Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2650/2022 08.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu İddiaçı Cavabdeh qarşı “borcun qytarılması tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (min iki yüz) manat borc, 24 (iyirmi dörd) manat gecikdirilmiş vaxt üçün faiz, 150 (yüz əlli) manat vəkilə ödənilən pul və 33 (otuz üç) manat 74 qəpik məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 1200 (min iki yüz) manat məbləğində pul borcludur. xx.xx.2020-ci ildə şəxsən təqdim etdiyi yazılı müqaviləyə əsasən onunla Cavabdeh arasında 1200 (bir min iki yüz) manat dəyərində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə müddətinə qaytarmağı öhtəsinə götürmüşdür. Cavabdeh borcunu ödəməyib. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bugünə kimi pul ödəməmişdir. Tərəfindən bir daha bildirişi Cavabdeh göndərməklə ona olan 1200 (bir min iki yüz) manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb edərək, əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədiylə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirib. Lakin yenədə pulu ödəməmişdir. Həmçinin gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 2 il üçün hər ilə 10 faiz olmaqla, cəmi 24 manat cavabdehdən tutulmalıdır. Odur ki, Cavabdeh 1200 (min iki yüz) manat borc, 24 (iyirmi dörd) manat gecikdirilmiş vaxt üçün faiz, 150 (yüz əlli) manat vəkilə ödənilən pul və 33 (otuz üç) manat 74 qəpik məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, o İddiaçı ilə lotareya oyunu qurub, xx.xx.2020-ci il tarixdə oyun başlanıb. 15 ay müddətində, hər ay 100 manat ödəmək şərtilə oyuna daxil olub. 1200 (min iki yüz) manat pulu götürərək, öz yerinə vermək şərtilə hər ay müntəzəm olaraq ödənişi 100 manat ödəməyə söz verib, əks halda məhkəməyə verilməsinə, qanun qarşısında cavabdehlik daşıyır. İltizamı öz imzasıyla təsdiq edib. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 50 saylı müqavilədən və xx.xx.2022-ci il tarixli ABB mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardımla bağlı Salyan rayon Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh 1200 (min iki yüz) manat pulu üç gün ərzində qaytarmağı təlb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İşə əlavə olunan xəbərnamədən məlum olur ki, bildiriş rəsmi olaraq poçt vasitəsilə cavabdehə göndərilmiş, cavabdeh həmin bildirişi xx.xx.2022-ci il tarixdə qəbul edərək imzasıyla təsdiq etmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh 1200 (min iki yüz) manat pulu İddiaçı qaytaracağı barədə iltizamı imzalayaraq, ona borcu olduğunu etiraf etmişdir. Lakin borcu qaytarmamışdır. Bu səbəbdən də iddiaçı 1200 (min iki yüz) manat məbləğində borcunu, hüquqi yardıma görə ödədiyi 150 (yüz əlli) manat pulu və iddia ərizəsinə görə ödədiyi 30 (otuz) manat 40 qəpik məbləğində dövlət rüsumunu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş və 30 (otuz üç) manat 40 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh 1200 (min iki yüz) manat borc, hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində olmaqla, cəmi 1350 (min üç yüz əlli) manat borc, 30 (otuz) manat 40 qəpik məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə elektron apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2650/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2650/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver