Məhkəmə qərarları › İş №2(027)-266/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-266/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-266/2022 03.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gilas bağı almaq məqsədilə verdiyi 1800 manat və dövlət rüsumu olaraq ödədiyi 40 manat pul məbləğinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına İddiaçı iddiasını müdafiə edərək onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmkəndliləri olmaqla yaxın tanışlarıdır. 2020-ci ilin iyul ayında Cavabdeh1 ona özlərinə məxsus bir cərgə gilas bağını 2500 manata satmaq istədiklərini bildirmişdir. Cavabdehlərlə bağın satış dəyəri olan 2500 manat pul məbləğinin 1800 manatını ilkin olaraq, qalan 700 manatını 2021-ci ilin meyvə yığımı zamanı hər ay 50 manat ödəmək şərti ilə razılaşmışlar. 15 avqust 2020-ci il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 özlərinə məxsus bir cərgə gilas bağını 2500 manata ona satdılar və şahidlərin iştirakı ilə onlara 1750 manat pul vermişdir. Bu barədə onlar ona qəbz yazıb verdilər və bağın alqı-satqı müvaqiləsini notariat kontorunda rəsmiləşdirəcəklərini bildirdilər, o, da razılaşdı. 2021-ci ilin mart ayında bağa aqrotexniki qulluq etmək üçün bağ sahəsinə gedərkən cavabdehlər pulu tam ödəmədiyinə görə onu bağa buraxmadılar. O, onlara qalan 700 manatını 2021-ci ilin meyvə yığımı zamanı hər ay 50 manat ödəmək şərti ilə razılaşdığını bildirsə də onu meyvə bağına buraxmadılar və buna görə həmin il borclu qaldığı pulu ödəyə bilmədi. O, cavabdehlərdən verdiyi 1750 manat pulunu tələb etsə də onlar müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaq istəmirlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı həmkəndlisidir. 2020-ci ilin iyul ayında ona məxsus bir cərgə gilas bağını 2500 manata satmaq istədiyini İddiaçı bildirmişlər. İddiaçı təklifl razılaşmış, 1800 manat pulu naqd ödədiyi halda notariusda alqı-satqı müqaviləsi imzalamağa razılaşmışlar. Lakin onlara verdiyi 1750 manat pulu naqd şəkildə, qalan pulun hissə-hissə verəcəynə görə bağın notariusda alqı-satqı müqaviləsi əsasında satılması baş tutmamışdır. İddiaçı qalan pulunu vaxtında vermədiyinə görə 1750 manat pulunu qaytarmamışılar. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh2 iddianı qəbul etməyərək, Cavabdeh1 izahatına uyğun izahat vermiş və iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında Quba rayon İHB-nın Vəlvələ kənd İƏD üzrə nümayəndəsinin 30.11.2021-ci il tarixli, 983 saylı arayışından görünür ki, X4 Bərqov kənd sakini olub halhazırda həmin kənddə yaşayır. İş materiallarında olan Cavabdeh2, Cavabdeh1 və şahidlər X5 və X6 tərəfindən imzalanmış sadə yazılı qəbzdən görünür ki, Cavabdeh2 yoldaşı Cavabdeh1 aid olan gilas bağını İddiaçı 1 cərgə gilas bağını 1800 manat məbləğində satmışdır. İş materiallarında olan Quba RPŞ-nin İTB-nın Quba rayonu, Bərqov kəndində yaşayan İddiaçı müraciətinə baxılması nəticələrinə dair arayışından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 həmkəndlisi İddiaçı ondan 15.07.2020-ci il tarixdə 10 sot bağ sahəsini şifahi razılaşma yolu ilə 2500 manata aldığını və indiyədək sonuncunun 1750 manat pul ödədiyini bildirmişdir. Cavabdeh2 maddi vəziyyətinin yaxşı olmadığı üçün 1750 manat pulu İddiaçı hissə-hissə verəcəyini bildirmişdir. İş materiallarında olan 24.11.2021-ci il tarixli, 26790 №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə bağlı 38 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə təhqiqatı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 1750 manat məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan imtna etməsi, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, İddiaçı 1750 manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüqüq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəziniin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmiış fayda) başa düşülür. İddiaçı, 1800 manat əsas borc tələb etsə də, məhkəmə təhqiqatı zamanı, həmçinin iddiaçının özünün izahatı və cavabdehlərin izahatlarından müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 1750 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb olunan 1750 manat məbləğdən artıq tələb məbləği hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1750 manat (bir min yeddi yüz əlli) manat pul və 38 (otuz səkiz) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1750 manat (bir min yeddi yüz əlli) manat pul və 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilsin, iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar