Məhkəmə qərarları › İş №2(027)-2663/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2663/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2663/2025 22.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 4500 ( dörd min beş yüz ) manat pulun və ödədiyi 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qızı Afaq Əhmədəliyevanm qaynanası olub, qızı Afaq Əhmədəliyeva cavabdehin oğlu Elşad Əhmədəliyevin həyat yoldaşı olub, Elşad Əhmədəliyev cinayət törətdiyi üçün cəzaçəkmə müəssisəsində cəza çəkir, qızım Afaq Əhmədəliyeva ilə onun həyat yoldaşı Elşad Əhmədəliyev arasında olan nikah Bakı şəhəri Nərimanov rayonu məhkəməsinin 13 may 2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehnm oğlu Elşad Əhmədəliyev cinayət törədib polis şöbəsində araşdırma aparılarkən zərərçəkmiş şəxslərin ziyanını ödəmək üçün pulu çatmadığını bildirərək ondan 5000 ( beş min ) manat borc pul istədi, onda qohumluq münasibətlərini nəzərə ona 5000 ( beş min ) manat borc pul vermiş və onun ondan borc pul alması onunla onun arasında olan telefon danışıqlarında öz əksini tapmışdır. Onun qızı Afaq Əhmədəliyeva ilə cavabdehin oğlu Elşad Əhmədəliyev arasında ailə münasibətləri pozulduğundan sonra o, Cavabdeh ona verdiyim borc pul məbləğini tələb etdiyi, o, əvvəlcə ondan borc aldığı 5000 ( beş min ) manat pulu imkanı olan kimi qaytaracağını bildirdi, sonradan 2023-cü ildə ondan borc aldığı 5000 ( beş min ) manat məbləğin 500 manatını geri qaytardı, qalıq məbləği isə geri qaytarmaqdan tam imtina etdi, ona görə də, mən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ilə telefon danışığının qeyd edilməsi barədə olan səs yazılarından açıq-aşkar məlum olunur ki, Cavabdeh məndən 5000 manat borc pul aldığını etiraf edir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən aşkar olunur ki, Cavabdehnm oğlu Elşad Əhmədəliyev ilə ailə həyatı quımuş və nikahları qeyd edilən qətnaməyə əsasən pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbinin əsasını təşkil edən pul məbləği onun oğlu həbs edildiyi zaman iddiaçı tərəfindən verilmişdir. Oğlu həbsdən çıxandan sonra pulun ödənişini həyata keçirəcəkdir. AR Mülki Məcəlləsinin: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən həqiqətən də cavabdeh Raziyə Əhmədilyevanın oğlu tərəfindən törədilmiş cinayətlə əlaqədar dəymiş ziyanın ödənilməsi məqsədilə ümumilikdə 5000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə iclasında ilkin olaraq cavabdeh onun tərəfindən pulun alınmadığını qeyd etsə də, sonradan göstərilən faktı inkar eetməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş səs yazılarında da, cavabdeh iddiaçıya evin satışını həyata keçirdikdən sonra borcu ödəyəcəyini qeyd etmişdir. Bundan əlavə oğlunun yaxın zamanda həbsdən çıxdıqdan sonra pulu ödəyəcəyini bildirmişdir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə AR Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyini nəzərə alaraq, hazırki işlə bağlı məhkəməyə təqdim edilmiş səs yazılarının mülki iş üzrə tərəflər arasında olmasını və qanuna zidd formada alınmadığını rəhbər tutmaqla onları iş üçün əhəmiyyətli hal hesab edir. Yuxarıda sadalanan işin faktiki hallarjına tətbiq edərək məhkəmə hesab edir ki, 4500 manat borcun tutulması tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 70 (yetmiş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar