Məhkəmə qərarları › İş №2(027)-268/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-268/2025

22.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-268/2025 22.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdeh X2 nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 cavabdeh X4 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50000 manat maddi ziyanlığı əlavə olaraq, qanuni faiz məbləği olan 5814,06 manat ilə cəmi 55814,06 manat və ödənişini etdiyi 258,13 manat məhkəmə rüsumununda cavabdeh şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia tələbini onunla əsaslandırmışdır ki, fermer təsərrüfatı məqsədilə 2015-ci ildə Şabran rayonun, Pirəmsən kəndinin ərazisində torpaq sahəsi əldə etmişdir. Həmin torpaq sahəsində müvafiq abadlıq işləri apararaq və xeyli sayda xırda buynuzlu heyvanlar almışdır. Həmin heyvanlar həm yerli baytar xidmətində, həm də icra qəsəbə nümayəndəliyində qeydə alınmışdır. Fermada təsərrüfatın səmərəli aparılması məqsədilə əvvəlcədən İnqilab adlı şəxs dəvət olunmuşdur. Lakin bir müddət sonra isə İnqilab fermanı tərk etmək istədiyinə görə təsərrüfat işlərinin davam etdirilməsi məqsədilə Urfan Məmmədovla sövdələşərək işləri ona həvalə etmişdir. O, fermada çobanlıq etmişdir. Nəticədə, bu işləri üzərinə qəbul edərək, İnqilabdan fermada mövcud olan xırda buynuzlu heyvanları qəbul etmişdir. Beləliklə, də ümumlikdə 516 heyvan sayılaraq Urfan Məmmədov tərəfindən qəbul olunmuşdur. Lakin bir neçə müddət keçdikdən sonra ayrı-ayrı vaxtlarda bir neçə heyvanı itmiş və bu itkinin izah olunması üçün Urfan Məmmədovu çağıranda, o tutarlı səbəblər gətirə bilməmişdir. Səbəb olaraq sadəcə naməlum şəraitdə heyvanların batıbitməsini demişdir. Bu minvalla da xırda buynuzlu heyvanın fermadan onun tərəfindən yox olması kimi izah olunmuşdur. Məndə ona inanaraq məsələni dərindən araşdırmamışdır. Lakin bu hadisələrdən sonra bir müddət keçdikdən sonra ona telefonla zəng edərək Urfan Məmmədov bildirmişdir ki, heyvanların bir neçəsi məlum olmayan səbəbdən tələf olmuşdur. Onda dərhal Pərviz adlı yerli baytar həkiminə zəng vuraraq əlaqə saxlayaraq fermaya dəvət etmişdir. Baytar həkim öz növbəsində ölmüş heyvanlara baxış keçirirək, müəyyən edib ki, onlar zəhərlənmədən tələf olublar lakin o, yenə də Urfan Məmmədova inanmağa davam edərək ciddi araşdırma aparmamışdır. Lakin bir neçə gün keçdikdən sonra Urfan ona yenə də zəng edərək artıq bu səfər daha bir neçə heyvanın öldüyünü bildirmişdir. O, yenə də baytar həkiminə zəng edərək onunla əlaqə yaradaraq fermama dəvət etmişdir. Nəticədə, fermaya gələn baytar ölmüş heyvanlarda “brazot” adlı xəstəliyini diaqnoz edib. Bundan sonra o, dərhal fermaya gəldikdə təxmini 15- 20 heyvanın öldüyünü Ürfanla birgə saymışdır. Lakin o, fermanı tərk etdikdən sonra Urfan yenədə ona zəng edərək daha 300-dən artıq heyvanın öldüyünü ona bildirmişdir. Beləliklə də, 600 yaxın heyvanın olduğu halda, bir neçə həftə ərzində yarısından çoxu Urfanın dediyinə görə tələf olub. Amma həqiqətdə isə belə olmamışdır. Belə ki, yaranmış vəziyyətlə əlaqədar o, dərhal fermaya gəlmiş və orada cəmi 30-40 heyvanın cəsədini görmüşdür. Bundan sonra o, başa düşmüş ki, Urfan Məmmədov ona etibarından sui-istifadə edərək böyük bir cinayət planını quraraq, ona qarşı hiylə işlədərək onu aldatmış, malını talan edərək, malını mənimsəmişdir. Bununla da ona külli miqdarda maddi ziyan vurmuşdur. O, dərhal “102” Zəng xidmətinə xəbər verərək müvafiq araşdırmanın aparılmasını xahiş etmişdir. Hadisə ilə bağlı ilk növbədə Şabran Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin əməkdaşı tərəfindən araşdırma aparılmış və bir sıra zəruri prosessual hərəkətlər həyata keçirilmişdir. Nəticədə etibarlı isti izlər üzrə məlum olmuşdu ki, heyvanın bir qismi Urfan Məmmədov tərəfindən öz qayınatasının yaşadığı evinə aparılmış və oradan da bir neçəsi müxtəlif şəxslərin vasitəsilə bazarda satılmışdır. Beləliklə, bu cinayət hadisəsi təkcə Urfan Məmmədov tərəfindən yox, məhz digər şəxslərin köməyi ilə baş vermişdir. Əlbətdə ki, belə sayda olan heyvanları talan etməsi asan iş deyil və orada köməkçilərin iştirakı olmadan təkbaşına bu cinayət hadisəsini törətmək Urfan Məmmədova çətin olardı. Digər tərəfdən isə qeyd etmək istəyir ki, heyvanlarının ölməsi ilə təsadüfi deyil və tərəfindən istisna olunmur ki, onların zəhərlənmədən tələf olması məhz Urfan Məmmədovun qərəzli hərəkətləri nəticəsində baş vermişdir. Beləliklə də, bu cinayət hadisəsi araşdırılmasının nəticəsində qanunsuz olaraq “Cinayət işinin başlanılmasınm rədd olunması haqqında” Qərar qəbul olunmuşdur və qərara əsasən də, həmin məsələnin məhz guya mülki xarakterli olduğundan tərəflərə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilməsi də qanunsuzdur. Əfsuslar olsun ki, həmin qərardan o, Şabran Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də ona mahiyyəti üzrə baxılmamış və həmin qərarın ləğvi üçün prosessual əsaslar prokuror tərəfindən müəyyən edilməmişdir. O, prokorurluğun hərəkətsizliyindən narazı qalaraq Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Şabran Rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru E.Əliyevin xx.xx.2021-ci il tarixli, HK-1/377 sayılı marerial üzrə “cinayət işinin başlanılmasınm rədd edilməsi haqqında “ Qərarın ləğv edilməsini xahiş etmişdir. Nəticə etibarı ilə Şabran Rayon Məhkəməsinin 6(031 )-7/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarı ilə şikayətim təmin olunaraq, xx.xx.2021-ci il tarixli, HK- 1/377 sayılı marerial üzrə “cinayət işinin başlanılmasmm rədd edilməsi haqqında" Qərar qanunsuz hesab olunaraq tamamilə ləğv olunmuşdur.Şabran Rayon Məhkəməsinin Qərarında digər hallarla yanaşı, Məhkəmə iclasında tədqiq edilmiş HK- 1/377 saylı onun müraciəti əsasında toplanmış rədd materialından görünür ki, iş üzrə çoxlu sayda izahatlar alınmış, hadisə yerindən çəkilmiş fotoşəkillər materiala əlavə olunmuşdur. Lakin işin obyektiv həlli üçün hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, tələf olmuş heyvanlarının sayının müəyyən edilməsi məqsədi ilə onların basdırıldığı yerlər müəyyən edilməmiş, əməliyyat tədbirləri ilə həmin ərazidə vəhşi heyvanların xırda buynuzlu və iri buynuzlu heyvanları parçalayıb məhv etməsi vəziyyəti yoxlanılmamış, şikayətçinin və digər tərəfin şəxsi təsərüfatlarında nə qədər xirda buynuzlu heyvanların olması araşdırılmamış, heyvanların hansı səbəbdən tələf olması barədə mütəxəsis rəyi alınmamış, Məmmədov Urfanla qaynatası Mahmudov Nadirin izahatları ziddiyyət təşkil etsə də araşdırma zamanı bu hala diqqət yetirilməmişdir”. Daha sonra Qərarda göstərilir ki, “məhkəmə tədqiq edilən materiallara hüquqi qiymət verərək belə nəticəyə gəlib ki, onun Şabran rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru E.Əliyevin xx.xx.2021-ci il tarixli, HK1/377 sayılı marerial üzrə “cinayət işinin başlanılmasmm rədd edilməsi haqqında” qərarından verilmiş məhkəmə nəzarəti qaydasında şikayət ərizəm təmin edilməli, Şabran rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru X7 xx.xx.2021-ci il tarixli, HK-1/377 sayılı marerial üzrə “cinayət işinin başlanılmasnın rədd edilməsi haqqında” qərarı qanunsuz hesab edilməklə ləğv edilməli, onun şikayət ərizəmdə göstərilən və məhkəmə iclasında müəyyən edilmiş xüsusatlarla bağlı araşdırma aparılmalı, araşdırma zamanı iş üçün əhəmiyyət kəsb edən digər zəruri prosessual hərəkətlər yerinə yetirilməli və nəticəsindən aslı olaraq qanuna müvafiq qərar qəbul edilməli və əlavə araşdırma aparılması üçün material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroruna göndərildiyi” əsas kimi gətirilmişdir. Lakin həmin Qərar Məhkəmə tərəfindən ləğv olunmasına baxmayaraq, Şabran Rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru Elşən Əliyev məhkəmənin məcburi hesab edilən göstərişlərinə riayət etməmiş və təkrarən əvvəlki qərarı qəbul edərək, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərar qəbul etmişdir. Qərarda həqiqətə uyğun olmayan hallar göstərilir. Belə ki, guya ondan təkrar izahat alınmış və guya o, hər hansı br ifadə vermişdir. Ancaq o, nəinki izahat verməmiş, o, ümumiyyətlə müstəntiq, polis mayoru E.Əliyev tərəfindən heç polis orqanına çağırılmamışdır. Ümumiyyətlə heç bir araşdırma aparılmamışdır. Məhkəmənin verdiyi göstərişlər yerinə yetirilməmişdir. Guya tələf olan heyvanlarının cəsədləri aşkar olunmamış və onların basdırılma yeri ümumiyyətlə müəyyən olunmamışdır. Belə olduğu halda cinayəti törətmiş şəxs Urfan Məmmədovun törətdiyi cinayətin üstü açılmamış və polis müstəntiqi tərəfindən ört-basdır olunaraq saxlanılmışdır. Halbuki, dəfələrlə müstəntiqlə əlaqə saxlayaraq onun dinidirilməsini xahiş etmişdir. Lakin müstəntiq hər dəfə bildirib ki, “hələ vaxtı deyil, özüm rəsmi çağıracağam”. Lakin ətraflı, obyektiv araşdırma aparılmadan bu qanunusuz qərar təkrarən qəbul olunmuşdur. Ört-basdır olunmuş cinayət nəticəsində onun mülkiyyətnə, təsərrüfatıma ciddi maddi ziyan dəymişdir. Amma bütün bunlar nədənsə, polis orqanını maraqlandırmır. Açıq-aşkar müəyyən olunur ki, polis müstəntiqi E.Əliyev işin araşdırılmasını yubandıraraq, cinayətin izlərininin ört-basdır etmeyə çalışıb. İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin 03 avqust 2021-ci il tarixli 6(031 )-7/2021 saylı qərardan görünür ki, İddiaçı Şabran rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru E.Əliyevin xx.xx.2021-ci il tarixli, HK-1/377 sayılı marerial üzrə «cinayət işinin başlanılmasnın rədd edilməsi haqqında»qərarından verilmiş məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi təmin edilmiş, Şabran rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru E.Əliyevin xx.xx.2021-ci il tarixli, HK-1/377 sayılı marerial üzrə «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı qanunsuz hesab edilməklə ləğv edilmiş və əlavə araşdırma aparılması üçün material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroruna göndərilmişdir. Cavabdeh X2 nümayəndəsi qismində vəkili Vəkil məhkəməyə iddia tələbinə etiraz ərizə ilə müraciət edərək, ərizədə göstərmişdir ki, İddiaçı 22 mart 2021-ci il tarixində ərizə ilə Şabran RPŞnə müraciət edərək, özünə məxsus Şabran rayonu Pirəmsən kəndi ərazisində yerləşən fermada çoban işləyən Cavabdeh ölü adı ilə fermasından 135 baş xırdabuynuzlu heyvanını oğurlaması barədə məlumat vermişdir. Şabran RPŞ-nin İB-də HK-1/377 sayla qeydiyyatdan keçmiş material üzrə araşdırma aparılmışdır. Şabran RPŞ-i İB-nin baş müstəntiqi polis mayoru Elşən Əliyev icraatında olmuş material üzrə xx.xx.2021-ci il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarda Cavabdeh mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ tanınmışdır. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İddiaçı qarşı Şabran Rayon Məhkəməsinə maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı Quba rayonunun Qənidərəsi kəndindən özbaşına apardığı, 44 baş qoyun və 22 baş keçi olmaqla cəmi 66 (altmış altı) baş xırdabuynuzlu heyvanın qaytarılması, eləcə də ödənilməmiş 4000 (dörd min) manat əməkhaqqı məbləğinin cavabdeh İddiaçı alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bildirmək istəyir ki, Cavabdeh, 4 ilə yaxın müddətdə İddiaçı məxsus, Şabran rayonunun Pirəmsən kəndində kəndində yerləşən maldarlıq təsərrüfatında ona məxsus xırdabuynuzlu heyvanlara baxmaqla çobanlıq etmişdir. İddiaçı ilə Cavabdeh ilk tanışlığı Laçının əmisi Bayram vasitəsilə olmuşdur. Maldarlıq təsərrüfatını Cavabdeh ailəsi ilə birlikdə idarə etmiş, əməkhaqqı olaraq təsərrüfatı idarə edən ailəyə İddiaçı tərəfindən 600 (altı yüz) manat əməkhaqqı ödəniləcəyi razılaşdırılmışdır. Ürfan maldarlıq təsərrüfatını İddiaçı heyvandarlıq təsərrüfatında briqadir işləmiş X1 15 fevral 2021-ci il tarixində təhvil almış və təhvil-təslim zamanı qoyun və keçilərdən ibarət xırda buynuzlu heyvanların ümumi sayı 515 (beş yüz on beş) baş olmuşdur. Bu zaman xırda buynuzlu heyvanların 95 başı Cavabdeh ailəsinə məxsus olmuşdur. 17 fevral 2021-ci il tarixində heyvanların naməlum səbəbdən tələf olduqlarını müşahidə edən Cavabdeh dərhal İddiaçı əmisi Bayramla telefon əlaqəsi saxlayaraq, heyvanların kütləvi şəkildə tələf olduqlarını ona bildirmiş və 2 təcili olaraq fermaya baytar həkiminin gətirilməsi üçün Laçına vəziyyəti bildirməklə məlumat verilməsini xahiş etmişdir. Həmin gün Şabran rayonundan gəlmiş baytarlıq həkimi 36 baş ölmüş heyvan cəsədindən bir neçəsini yararaq, nümunələr götürmüş və onların zəhərlənmədən tələf olduqlarını bildirmişdir. Profilaktik tədbir kimi baytar həkimin tövsiyələrinə uyğun olaraq, Laçının əmisi Bayramın Gəndov kənd sakini Vüqar adlı şəxslə göndərdiyi çay sodası və şəkər tozunu su ilə qarışdıraraq heyvanlara verilmişdir. Daha sonra, 17 mart 2021-ci il tarixində heyvanlar yenidən kütləvi tələf olmağa başlamışlar. Cavabdeh dərhal İddiaçı əmisi Bayramla növbəti dəfə telefon əlaqəsi saxlayaraq, heyvanların kütləvi şəkildə tələf olduqlarını ona bildirmiş və təcili olaraq fermaya baytar həkiminin gətirilməsi üçün Laçına məlumat verilməsini xahiş etmişdir. Heyvanların tələf olmaları durmadan davam etməsinə baxmayaraq, fermer təsərrüfatının rəhbəri İddiaçı biganəlik göstərmişdir. Şabran rayonunun Gəndov kəndində baytar həkim işləyən Təbriz adlı şəxs də, heyvanlar arasında peyvəndləmə aparmaq üçün fermaya gəldikdə heyvan cəsədlərini müşahidə etmişdir. 21 mart 2021-ci il tarixində fermaya gələn İddiaçı və əmisi Bayramla birlikdə 120 baş heyvan cəsədini saymışlar. Yuxarıda qeyd olunan xüsusatlarla bağlı Şabran Rayon Məhkəməsində iddia icraatı aparılan zaman cavabdeh İddiaçı vəkili Eynar Əliyev məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə aparılan icraatın dayandırılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(031)-539/2021 saylı qərardadı ilə icraat dayandırılmışdır. Cavabdeh çobanlıq etdiyi üçün mütəmadi olaraq örüş yerlərində olmuş və iddia ərizəsinin sonrakı nəticəsi barədə məlumatsız olmuşdur. 2(031)-539/2021 saylı mülki iş üzrə cavabdeh İddiaçı işin davam etdirilməsində maraqlı olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi qismində vəkili Vəkil etirazda göstərilən faktlara uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. İş üzrə iddiaçı X6 məhkəmə iclaslarında iştirak edən zaman iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, iddiaçı onun qardaşının oğludur. Cavabdehə 516 ədəd heyvan təhvil vermişdir. Ürfan dəfələrlə zəng vuraraq heyvanların öldüyünü bildirdi. Sonradan heyvanların 12 ədədi Ələskərə, 65 ədədi cavabdehin qaynatasına, 4-5 ədədi isə İnqilaba verilmişdir. Məhkəmə nümayəndəsi qismində vəkilinin izahatını, şahidin ifadəsini dinləyib, iddiaçının izahatını nəzərə alaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Şabran RPŞ-nin İB-nin xx.xx.2022-ci il tarixli, HK- 1/377 saylı cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd edilən Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Beləliklə məhkəmə araşdırılması zamanı zahiri ifadəyə və başqa hallara görə tərəflərin iradəsinin məzmunu dəqiq müəyyənləşdirilə bilinmədiyindən, digər qaydada danışıqlar və yazışmalara dair sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh X4 qarşı maddi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X3 cavabdeh X4 qarşı maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar