Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-269/2020 16.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7370 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Quba rayonu Afurca kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır. 2015-ci ilin mart ayının 29-da pula ehtiyacı olduğu üçün Quba rayonu Giləzi kənd sakini X7 müraciət etmişdir. X11 “xxxxxxxxx” ASCnin Quba filialından 14000 ABŞ dolları məbləğində kredit götürərək ona vermişdir. 2015-ci ilin aprel ayından 2016-cı ilin iyul ayına qədər xx.xx.2015-ci il tarixdə 500 manat, xx.xx.2015-ci il tarixdə 500 manat, xx.xx.2015-ci il tarixdə 529 manat, xx.xx.2015-ci il tarixdə 528 manat, xx.xx.2015-ci il tarixdə 528 manat, xx.xx.2015-ci il tarixdə 530 manat, xx.xx.2015-ci il tarixdə 530 manat, xx.xx.2015-ci il tarixdə 530 manat, xx.xx.2015-ci il tarixdə 530 manat, xx.xx.2016-cı il tarixdə 600 manat, xx.xx.2016-cı il tarixdə 200 manat və xx.xx.2016-cı il tarixdə 200 manat olmaqla, cəmi 5705 manat məbləğində pulu banka ödəniş etmişdir. xx xxxx 2016-cı il tarixdə baş vermiş devalvasiya ilə əlaqədar bank tərəfindən xarici valyutada olan kreditlərin manata çevrilməsi məqsədilə X11 ilə 15000 manat məbləğində yeni kredit müqaviləsi bağlanmış və hesab “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə köçürülmüşdür. Bundan sonra, xx.xx.2016-cı il tarixdə 515 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 50 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 100 manat və xx.xx.2019-cu il tarixdə 100 manat olmaqla cəmi 1665 manat məbləğində pulu banka ödəniş etmişdir. Bir müddət maddi imkanı olmadığından krediti ödəyə bilməmiş və həmin vaxt kreditin ödənişi X5 pensiyasına yönəldilərək 10 ay müddətində onun pensiyasından tutulmuşdur. Ona görə də xx xxxxxx 2016-cı il tarixdə X10 ilə onun arasında Quba rayon Notariat Kontorunda 3 M- 359 reyestrlə təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. O, mərhum X2 həmin kredit müqaviləsinə əsasən borc pul almamış, Quba rayon Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə, 3 M-359 reyestrlə təsdiq edilmiş kredit müqaviləsinin bağlanma səbəbi kimi o, onun adına xx xxxx 2015-ci il tarixdə əvvəl ABŞ dolları ilə və sonradan xx xxxx 2016-cı il tarixdə bağlanmış xx-xx-11052450 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən “xxxxxxxxx” ASC-nin Quba filialından 33 ay müddətinə 28% dərəcəsi ilə 15.000 manat məbləğində kredit götürməyi olmuşdur. Həmin kreditdən 5705 manat və 1665 manat olmaqla, cəmi 7370 manat məbləğində pulu banka ödəmişdir. X10 xx.xx.2017-ci il tarixdə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. O, X3 vəfatından sonra da onun adına olan kredit borcunu ödəməyə davam etmişdir. Lakin, X3 həyat yoldaşı, qanun üzrə vərəsəsi Cavabdeh Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Quba rayon Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə, 3 M-359 reyestrlə təsdiq edilmiş kredit müqaviləsinə əsasən Quba rayonu Afurca kənd sakini İddiaçı yəni-o, Cavabdeh əri-X4 25000 borc pul almış və həmin pulu xx.xx.2017-ci il tarixədək tam olaraq faizsiz nağd qaydada borc verənə qaytarmağına dair öhdəlik götürmüşdür. Borc verən X10 borc müqaviləsi üzrə öhdəliyinin icrası ilə bağlı müddətin bitməsinə az qalmış xx.xx.2017-ci il tarixdə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Borcun ödənilməsi ilə bağlı öhdəliyin icra müddətinin xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq guya o, bu günədək müqavilə üzrə 25000 manat məbləğində pul öhdəliyini yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınırmış, Aydəddin Əzizovun vəfat etməsi faktından sui-istifadə etməklə həmin borcu qaytarmaqdan imtina etmiş, iddiaçıya və ya onun mərhum əri Ayəddin Əzizova heç bir ödəniş etməmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(027)-1451/2018 saylı qətnaməsi ilə ondan 25000 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. O, sözügedən qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-1451/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsini ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-2185/2019 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(027)-1451/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bir daha qeyd etmək istəyir ki, o, mərhum X2 borc pul almamışdır. Quba rayon Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə, 3 M-359 reyestrlə təsdiq edilmiş kredit müqaviləsinin bağlanma səbəbi onun adına xx xxxx 2015-ci il tarixdə əvvəl ABŞ dolları ilə və sonradan xx xxxx 2016-cı il tarixdə bağlanmış xx-xx-11052450 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən “xxxxxxxxx” ASC-nin Quba filialından 33 ay müddətinə 28% dərəcəsi ilə 15.000 manat məbləğində kredit götürməyi olmuşdur. Həmin kredit borcu onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 16-xx-xx-052450 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxx” ASC tərəfindən X8 illik 28%, 33 ay müddətnə olmaqla xx.xx.2019-cu il tarixədək 5871 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1451/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 25000 manat borc və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan “xxxxxxxxx”ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X12 ilə “xxxxxxxxx”ASC-nin Quba filialı ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 16-xx-xx-052450 saylı kredit müqaviləsinə əsasən banka 2445 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin mərhum həyat yoldaşının adına 16-xx-xx-052450 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi əsasında xxxxxxxxx” ASC tərəfindən illik 28%, 33 ay müddətnə olmaqla xx.xx.2019-cu il tarixədək 5871 manat məbləğində kredit almışdır. İddiaçı cavabdehin həyat yoldaşı vəfat etdikdən sonra həmin kredit borcunun ödədiyini iddia etsə də, iş materiallarında olan “xxxxxxxxx”ASC-nin xx.xx.2020-ci il məktubundan görünür ki, X12 ilə “xxxxxxxxx”ASC-nin Quba filialı ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 16-xx-xx- 052450 saylı kredit müqaviləsinə əsasən banka 2445 manat məbləğində vəsait ödənilmişdir. Bundan başqa, iddiaçı Cavabdeh 7370 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsini tələb etsə də, məhkəmə tərəfindən cavabdehin iddiaçıya qarşı hər-hansı bir pul öhdəliyinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 777.1-777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 7370 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 7370 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavadehdən alınıb ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-269/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-269/2020
16.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver