Məhkəmə qərarları › İş №2(027)-2729/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2729/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2729/2024 11.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehnun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 3700 (üç min yeddi yüz) manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 57 manat dövlət rüsumunun, hüquqi yardımla bağlı ödədiyi 50 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, o, İddiaçı Quba rayonu, Qaraulüstü kəndində yaşayır. 2023- cü ilin may ayında qayınatası şəhid atası X1 rəhmətə getmişdir. Onlar yas mərasimi təşkil edən zaman qohum olan Cavabdeh da yas mərasiminə gəlmişdir. Cavabdeh onun yoldaşını itirməyini və ailədə maddi vəziyyətinin çətin olduğunu bilirdi. Yas mərasimində cavabdeh ona yaxınlaşaraq- “sənin maddi vəziyyətin ağırdır, köməyin yoxdur, gəl sənin oğlunu mühafizə işinə düzəldim”- ,deyərək bildirmişdir. O da, maddi vəziyyəti pis olduğu və artıq evə qazanc gətirən həyat yoldaşını itirdiyi üçün cavabdehə inanmışdır. Bu zaman cavabdeh ona oğlunun mühafizə işinə qəbul olunması üçün 4500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O da, bankdan pul alaraq 4500 manat məbləğində pulu Cavabdeh vermişdir. İş üzrə cavabdehə 4500 manat məbləğində pulu borc kimi vermiş və o da həmin pulu borc kimi aldığına dair əl yazısı ilə iltizam da yazmış, hər ikisidə həmin iltizamı imzalamışlar. Lakin üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq cavabdehdən heç bir xəbər çıxmamışdır. O, bununla bağlı Cavabdeh müraciət etdikdə o, ona aldığı borc puldan 800 manat geri qaytarmış, qalan 3700 manat məbləğində pulu isə bu günə kimi ödəməmişdir. Hazırda o, cavabdehdən pulunu ala bilmir. Bununla bağlı Quba rayon Polis Şöbəsinə müraciət etsə də, aralarında olan mübahisənin mülki xarakterli olduğu əsas gətirilərək məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir. Dəfələrlə pulunun geri qaytarılması üçün cavabdehə müraciət etmişdir. Lakin müraciətləri cavabsız qalmışdır. Cavabdeh ondan aldığı pulu könüllü razılıq əsasında geri qaytarmaq istəmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, izahatında bildirmişdir ki, iddia tələbini qəbul və borcunu etiraf edərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı 4500 manat məbləğində borc pul almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 57 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia etiraf edildiyindən və bu məhkəmə tərəfindən təsdiq edildiyindən, məhkəmə iddiaçının irəli sürdüyü 3700 manat borcun tutulmasına dair iddianın təmin olunması qənaətinə gəlir. İddiaçı həmçinin iddia tələbi ilə bağlı ödənilmiş 57 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi ilə bağlı ödədiyi 50 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, iddia tələbi ilə bağlı 57 manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə bağlı 50 manat vəsaitin ödənilmiş tələblərin məbləğinə münasib hissəsini təşkil edən 107 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3700 (üç min yeddi yüz) manat borc, 57 (əlli yeddi) manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə bağlı 50 (əlli) manat, cəmi 3807 (üç min səkkiz yüz yeddi) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar