Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2842/2025 27.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20500 manat saxlama xərci və tərəfindən ödənilmiş 152 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona Quba rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 130 saylı Sərəncamı ilə özəl torpaq sahəsində anbar və yardımçı binaların tikintisinə icazə verilmişdir(Sərəncamda soyadım Məmmədova göstərilmişdir, nikaha girdikdən sonra soyadı dəyişib Zülbalayeva olmuşdur). O həmin Sərəncama əsasən, Quba rayonunun İkinci Nügədi kəndinin ərazilərində yerləşən, özünə məxsus 1,24 hektar torpaq sahəsində soyuducu anbar və bu anbardan özünün bağlarından yığılan meyvələri saxlamaq üçün istifadə edir. 2022-ci ilin sentyabr ayında cavabdeh müraciət edərək, soyuducu anbarda boş kamera varsa, onun meyvələrinin orada saxlanılmasını xahiş elmişdir və saxlama xərclərini ödəyəcəyini bildirmişdir.Həmin vaxt soyuducu anbarda boş kameralar olduğundan, onun meyvələrinin saxlanılmasına razılıq verilmişdir. Soyuducu anbarın 32 saylı kamerasına 27«senlyabr 2022-ci ildə Vasif Mahmudov 80 ton meyvə - ağ palmet-qolden alması yığmışdır. Həmin meyvəni, o, 31 mart 2023-cü ildə kameradan çıxarmışdır. Saxlama xərci İ ay üçün 2.500 manat razılaşdırılmışdır. 6 ay üçün saxlama xərci 15.000 (6 ayX2.500) manat təşkil edir. Bundan başqa, Vasif Mahmudov soyuducu anbarın 21 saylı kamerasına 04 oktyabr 2022-ci ildə 31 ton meyvə - qırmızı palmel alması yığmışdır. Həmin meyvəni, o, 15 mart 2023-cü ildə kameradan çıxarmışdır. Saxlama xərci 1 ay üçün 1.200 manat razılaşdırılmışdır. 6 ay üçün saxlama xərci 7.200 (0 ауХ 1.200) manat təşkil edir. Saxlama xərci cəmi 22.200 manat təşkil edir. Bu məbləğdən cavabdeh cəmi 1.700 manat ödəmişdir. Onun borcu 20.500 manat təşkil edir. Lakin həmin dövrdən hal-hazıra qədər cavabdeh saxlama xərcini ödəmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək tərəflə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini müzakirə edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə mülki işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ümumiyyətlə iddia tələbi ilə razı olmadığını qeyd etmişdir. Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib, cavabdehin izahatını dinləyib hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir və VÖENİ **********-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11-ci bəndinə görə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndinə görə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, elektron sistemdə şəxsə məxsus VÖEN-nin statusu müvəqqəti olaraq fəaliyyətini dayandırmış olaraq göstərir. Bununla bağlı məhkəmə bildirir ki, İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28-ci bəndində göstərilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Eyni zamanda tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterindən də məlum olur ki, məhz münasibətlərin yaranmasına əsas soyuducu anbarda meyvə məhsullarının saxlanılması olmuşdur. Cavabdeh fərdi sahibkar olaraq fəaliyyət istiqaməti də məhz “alma, armud, heyvanın becərilməsi” kimi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Quba rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 31, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamilli Günel
Məhkəmə qərarları › İş №2(027)-2842/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2842/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver