Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-288/2024 19.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 89.250 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 436 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2006-cı ilin yay ayında qohumu X3 vasitəçiliyi ilə keçmiş süd zavodunun müdürünün oğlu X5 alıb onun yanına gəlmişdir. Zavodun özəlləşdirilməsi üçün pul lazım olduğunu, ondan onlara pul köməkliyi etməyini bunun əvəzində isə həmin ərazidən torpaq sahəsi verəcəklərini bildirdilər. Oda pul olmadığı üçün o, onlardan 1-2 gün vaxt istəmişdir. Bakıdakı qohumları ilə məsləhətləşəndən sonra gələcəkdə orada inşaat malları mağazası açmaq məqsədi ilə onlardan pul götürmüşdür. İlkin olaraq 20 000 (iyirmi min) ABŞ dolları məbləğində pulu Məhəmməd və Azərə vermişdir. Təqribən 1-2 həftə sonra pulun çatmadığını, orada payı olan keçmiş işçilərdən paylarını almaq lazım olduğunu bildirərək, verdilər ki, 3 ay ərzində bu məsələ həll olunacaq. Yenə də, ondan 20 000 (iyirmi min) ABŞ dolları məbləğində pul aldılar. Daha sonra payçılardan Rza adlı bir şəxsin payını vermədiyini, məsələnin həllinin bir azda qeyri-müəyyən vaxta qədər təxirə salındığını bildirərlər. Bir müddət sonra eşitmiş ki, payçılardan biri olan Rzaya 50 000 (əlli min) manat verib onun payını alıblar. Yenə də bir müddət sonra ona torpaq vermək vədlərini yerinə yetirmədən müəssisəni özəlləşdirmək üçün pul lazım olduğundan onun yanına gəlmişlər. Bu ərəfədə də, 65 000 (altımış beş min) ABS dolları məbləğində pul vermişdir. Cavabdeh ona olan borcu ümumilikdə 105 000 (yüz beş min) ABŞ dolları məbləğində təşkil edirdi. Müəssisə də, yerləşən tikliləri özəlləşdirdilər. Yenə də ondan torpağı özəlləşdirmək üçün pul istədilər. O, pul verə bilməmişdir. Bunun müqabilində Bakıdan başqa bir adamdan 30 000 alıb (otuz min) ona 30 faizlik payçı ediblər. Ona düşən pay olaraq o, Heydər Əliyev prospektindən 40 metrin 25 metrə olan hissəsini razılaşmışlar. Lakin, cavabdeh verdiyi sözə əməl etmədi və ona bildirdilər ki, “sənin pay əvəzinə pulunu 2 qat ödəyəcəyik.” Beləcə illər keçdi dollar bahalaşdı o, çox narahat olmuşdur. Azərlə görüşmüş ona bildirmişlər ki, sən narahat olma söz vermişik sənə borclu olduğumuz pulu yaxın zamanda qaytaracayıq. Bundan başqa, Azər ona özəlləşmədə qohumu Cavabdeh adına özəlləşdirdiyini bildirdi. Buna səbəb isə Azərin 8 bacısı olduğunu, bacılarının həmin ərazidə paylarının olduğunu, gələcəkdən bacılarının ailəsində problem olarsa bacılarının ailə qurduğu şəxslərin həmin paydan pay tələbi etməməsi olmuşdur. Müəyyən vaxtdan sonra eşitmiş ki, cavabdeh zavodun yarısını 420 000 (dörd yüz iyirmi min) manata satı. O, məsələni araşdırmaq üçün cavabdehlə görüşdü. Bildirdilər ki, 270 000 (iki yüz yetmiş min) manat özəlləşməyə xərcləri çıxıb, yerdə qalan puluda 3 yerə bölüblər. O, əsəbləşib səs-küy salandan sonra xahiş etdilər ki, onların pula ehtiyacı çox olduğu üçün bölmüşlər ona zavodun İİ yarısı satılanda borcunu tamamilə geri qaytaracaqlar. Bir müddət vaxt keçdikdən sonra zavodu baha qiymətə sata bilmədiklərini, buna görə də, borcun 250.000 manatla razılaşmağını istədilər. O, onlara güzəşt edərək, ümumi məbləğ 250 000 (iki yüz əlli min) manat borcun ona verilməsinə razılıq vermişdir. Bu məbləği onunla razlaşdıqdan sonra yenidən qohumunu Məhəmməd razılaşdırılmış 250 000 (iki yüz əlli min) manat məbləği video çəkilişlə ona təqdim etmişdir. O, qeyd olunan pul tələbi ilə əlaqədar Quba rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 100.000 (bir yüz min) manat məbləğində pul alınaraq, ona verilməsi qərara alınmışdır. Qeyd olunan iddia ərizəsindən Cavabdeh apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-133/2023 nömrəli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 30000 (otuz min) manat və cavabdeh X2 70000 (yetmiş) manat məbləğində pul vəsaiti alınaraq ona verilməsi qərara alınmışdır. Tərəflər Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1183/2023 saylı, 1 1.07.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verməmişlər, qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Hazırda bu iddiasında əldən çıxmış faydanın qanunvericiliyin tələbinə əsasən cavabdehdən alınaraq ona verilməsini tələb edir. Belə ki, cavabdeh qeyd olunan pul vəsaiti əsasında özünə iş qurmuş və gəlir götürmüşdür. Belə ki, cavabdehin dediyinə görə o pendir sexi işlətmiş, həmin ərazidə müxtəlif obyektləri icrayə verərək uzun illərlə gəlir əldə etmişdir. Həmçinin, həmin ərazinin alğı-satqısı zamanı onu aldadaraq çoxlu gəlir əldə etmişdir. Bundan başqa, cavabdeh həmin ərazini satarkən özünə 300 kv.m dən ibarət obyekt saxlamış və hazırdada oradan gəlir götürməkdədir. Hazırki bazar qiyməti ilə cavabdehin mülkiyyətində olan 300 kv.m ərazinin 500.000 manat dəyəri vardır. Cavabdeh ona həmin ərazidən yer verəcəyini öz üzərinə öhdəlik götürsə də, alğı-satqı zamanı ərazini tam olaraq digər şəxslərə satdığını qeyd etmiş, lakin özünə həmin ərazidən pay ayırmışdır. Bütün bu qeyd etdikləri ilə bir daha sübuta yetirilir ki, cavabdeh onun qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nə həmin ərazidən ona pay verməmiş, nə də ki, ərazinin özəlləşdirilməsi üçün ondan aldığı borc pulu geri qaytarmamışdır. Bunlar məhkəmə qətnamələri ilədə öz təsdiqini tapmışdır. Cavabdeh hazırda da həmin ərazidən gəlir götürərək onun qanunvericliklə qorunun hüquqlarını kobud sürətdə pozmaqdadır. O, isə cavabdehə verdiyi borc əsasında böyük ziyana uğramışdır. Qeyd olunan əldən çıxmış faydanın 89.250 ABŞ dolları məbləğində hesablanmalıdır. Belə ki, o, cavabdehə 105.000 ABŞ dolları məbləğində pul vermişdir. Mülki Qanunvericiliyin tələblərinə əsasən Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Belə olan halda, 105.000 ABŞ dollarının illik 5% 5250 ABŞ dolları edir. Cavabdeh o, 105.000 ABŞ dolları məbləğində pul 2006-cı ildə almışdır. Belə olan halda, 17 ildir ki, cavabdeh ondan aldığı puldan gəlir götürməkdədir. 17 ilin əldən çıxmış faydası 89.250 ABŞ dolları edir. Ona görə də, qeyd olunan məbləğ cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, o, və Azər iddiaçıdan Məhəmməd vasitəsi ilə müxtəlif tarixlərdə ümumilikdə 105.000 ABŞ dolları pul almışlar. Pulu şəxsən ona gəritib vermişlər. Onun pulu almaqda məqsədi Quba şəhərində yerləşən böyük əmlak kompleksini özəlləşdirmək olmuşdur. O, həmin pulla qeyd edilən əmlakı özəlləşdirmişdir. Lakin, iddiaçıya mübahisəli ərazidən yer verə bilmədiyi üçün ona həmin verdiyi pul əvəzində 250.000 manat pul qaytaracağına söz vermiş və aralarında müqavilə bağlamışlar. 2021-ci il tarixdə qeyd olunan pulun əvəzi olaraq 150.000 manat məbləğində pul qaytarmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh iddiaçıya 150.000 manat məbləğində pul vermişdir. İş materiallarında olan iltizamdan görünür ki, X1 Ramazanovdan borcunun əvəzi olan 70.000 manat məbləğində pul almışdır. Quba rayon Məhkəməsinin 2(027)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 100.000 (bir yüz min) manat məbləğində pul alınaraq, iddiaçıya verilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-133/2023 nömrəli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 30000 (otuz min) manat və cavabdeh X2 70000 (yetmiş) manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh süd zavodunun özəlləşdirilməsi məqsədi ilə, iddiaçıya həmin ərazidə torpaq sahəsi verəcəyini vəd edərək, iddiaçıdan müxtəlif tarixlərdə ümumilikdə 105 000 (yüz beş min) ABŞ dolları məbləğində pul almışlar. Daha sonra qeyd olunan ərazidə iddiaçıya torpaq sahəsi verə bilməmiş, lakin ona borclu olduğu 105 000 (yüz beş min) ABŞ dolları məbləğində pulun əvəzini iki qat şəkildə ödəyəcyini vəd etmişlər. İş materiallarında olan iddiaçının əlyazması ilə yazılmış iltizamdan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya 150.000 manat məbləğində pul qaytarılmışdır. Göründüyü kimi hazırki mülki iş üzrə iddia tələbinin əsaslılığı Quba rayon Məhkəməsinin 2(027)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh iddiaçıya mübahisəli ərazidən torpaq sahəsi verəcəyinə dair öz üzərinə öhdəlik götürsə də, alğı-satqı zamanı ərazini digər şəxslərə satmışdır. Cavabdeh özünə həmin ərazidən pay ayırmışdır. Bununla da bir daha sübuta yetirilir ki, cavabdeh iddiaçı qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nə həmin ərazidən iddiaçıya pay verməmişdir.Ərazinin özəlləşdirilməsi üçün iddiaçıdan aldığı borc pulu 15 il sonra geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1- 443.4-cü maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmi Məcəllənin 439.1– 439.4-cü maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmi Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 9 iyul 2009-cu il tarixli qərarında qeyd edilir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Qanun normalarının tələbinə görə borc verən şəxs, borc alan onun aldığı pulu qaytarmadıqda, bununla onun hesabına əsassız varlanıb, ona zərər vurduqda, həmin zərərin, həmçinin onun pul vəsaitini qanunsuz saxladıqda, onu qaytarmaqdan boyun qaçırdıqda, onun ödənilməsini digər şəkildə gecikdirdikdə, pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalandıqda, qanunda nəzərdə tutulmuş halda və məbləğdə faizləri borcludan tələb edə bilər. Bu tələb hüququ öhdəliklərin yaranması üçün əsas olan müqavilədən, digər öhdəlik əsaslarından, həmçinin öhdəliklərlə bağlı ümumi hüquqi prinsip olan pacta sund vervanda (öhdəliklər yerinə yetirilməlidir) prinsipindən irəli gəlir. Təbii ki, qanuna görə bu tələbin əsaslılığını sübut etmə vəzifəsi də iddiaçının üzərinə düşür. Qanun normasının mənasına görə iddiaçı cavabdehin ondan aldığı borcu qaytarmadığı şəraitdə, onun hesabına əsassız varlanmaqla ona tələb edilən məbləğdə maddi zərər yetirməsini, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmasını, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olmasını və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Lakin, iş üzrə qəbul edilmiş məhkəmə qətnamələri ilə cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü icra etmədiyini öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasına 14 saylı Protokol ilə əlavə edilmişdir ki, kriteriyada “əhəmiyyətli zərər” (“significant disadvantage”) anlayışının əsas 2 meyarı mövcuddur;
1. Maddi cəhətdən vurulmuş əhəmiyyətli zərər – Faktiki dəymiş zərər (“damnum emergens”) və əldən çıxmış fayda (“lucrum cessans”).
2. Dövlətlər tərəfindən Konvensiyanın prinsiplərinin pozuntusu, fundamental insan hüquqlarına hörmət prinsipi və yerli məhkəmələrin işi kifayət qədər araşdırmamış olması baxımından ərizəçiyə vurulmuş zərər. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı cavabdehə müxtəlif şəxslər vasitəsilə Quba şəhərində əmlakın özəlləşdirilməsi və həmin əmlakdan ona pay verilməsi məqsədilə 105 min ABŞ dolları məbləğində pul verib. Məhkəmə iclasında pulun verilməsini cavabdeh etiraf edib. Cavabdeh 2021-ci ildə 150 min manat məbləğində pulu iddiaçıya qaytarıb. Göründüyü kimi 15 il ərzində cavabdeh iddiaçıdan aldığı pulu özündə saxlamaqla ondan faydalanmışdır. Məhkəmə qeyd edirki, cavabdeh 15 il ərzində 105 min ABŞ dolları məbləğində puldan faydalandığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq, Cavabdeh 78500 ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 436 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 78500 (yetmiş səkkiz min beş yüz) ABŞ dolları məbləğində (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) pul alınaraq, İddiaçı verilsin. Dövlət rüsumunun əvəzi olan 436 (dörd yüz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rahim Həsənov