Məhkəmə qərarları › İş №2(027)-290/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-290/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-290/2021 26.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1516,00 (bir min beş yüz on altı) manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 164.22 (bir yüz altımış dörd) manat 22 qəpik məbləğində pul məbləğinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 461 saylı alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları göstərilən malları "Satıcı" satmağı, "Alıcı" isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürüb. İddiaçı üzərinə götürdüyü öhdəlikləri tamamilə icra etmiş, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə ayrıayrılığda 374,00 AZN və 1142,00 AZN olmaqla ümumilikdə 1516,00 (bir min beş yüz on altı) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müəssisədaxili audit yoxlaması keçirilmiş və yoxlama əsasında üzləşdirmə aktları tərtib edilmişdir. İkitərəfli qaydada imzalanmış aktlara əsasən, Cavabdeh, İddiaçı-yə 374,00 AZN və 1142,00 manat olmağla ümumilikdə 1516,00 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlığlar edilsə də, göstərilən xəbərdarlığları cavabsız qoyarağ, qalıq borcunu ödəməmişdir. Əlavə olaraq xx.xx.2020-ci il tarixində Cavabdeh ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh 1516,00 (bir min beş yüz on altı) manat məbləğində əsas borcun əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 164.22 (bir yüz altımış dörd) manat 22 qəpik məbləğində pul məbləğinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Мəhkəmə İddiaçı” MMC-nin nümayəndəsi X2 və iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-cı il tarixli, 461 N-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları göstərilən malları qəbul etməyi, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh qalıq debitor borc üzrə 374.00 manat, qalıq kreditor borc üzrə 374.00 manat, xx.xx.2020-ci il tarixli üzləşdirmə aktından görünür ki, qalıq debitor borc üzrə 1142.00 manat, qalıq kreditor borc üzrə 1141.00 manat borcu təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh İddiaçı-yə 1516,00 (bir min beş yüz on altı) manat məbləğində borcu, əldən çıxmış faydaya görə əsas borcun bir il üçün 5%-i 75.8 manat, bir ay üçün 5%-i 6.31 manat, bir gün üçün 5%-i 0.21 manat məbləğində təşkil edir. İş materiallarında olan MAPS arayışından məlum olur ki, Cavabdeh Quba rayonu, İspik kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020- ci il tarixli ********* saylı mədaxil qəbzindən şəlum olur ki iddiaçı iddia ərizəsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmamadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-cı il tarixli, 461 N-li alqı-satqı müqaviləsinə əsasən müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları göstərilən malları Cavabdeh qəbul etmiş, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin öhdəliyini yerinə yermədiyinə görə “xxxx” MMC-yə 1516,00 (bir min beş yüz on altı) manat məbləğində borcu yaranmışdır ki, bu da iddiaçının Cavabdeh qarşı 1516,00 (bir min beş yüz on altı) manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 164.22 (bir yüz altımış dörd) manat 22 qəpik məbləğində pul məbləğinin tutulması barədə iddia tələbi əsaslıdır, təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tələblə bağlı məhkəməyə heç bir əsaslı sübut təqdim etməmiş və göstərilənlərə etirazını bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 1516 (bir min beş yüz on altı) manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 164.22 (bir yüz altımış dörd) manat 22 qəpik məbləğində pul məbləğinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə ödənilməsini qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1516 (bir min beş yüz on altı) manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 164 (bir yüz altımış dörd) manat 22 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar