Məhkəmə qərarları › İş №2(027)-292/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-292/2021

13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-292/2021 13.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aralarında bağlanmış 10 fevral 2002-ci il tarixli alqı-satqı əqdinə əsasən aldığı 0.85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırki dəyəri 24 000 manatın və ona dəymiş 7000 manat zərərin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, 2002-ci ildə həmkəndlisi X9 onun torpaq sahəsilə qonşu olan ona və ailə üzvlərinə məxsus 0,85 ha torpaq sahəsini uzaq olduğu üçün istifadə edə bilmədiklərindən, eləcə də Rusiya Federasiyasına getmək üçün təcili pul lazım olduğundan satmaq istədiyini bildirib. Cavbdehin təklif etdiyi torpaq sahəsi onun torpaq sahəsilə qonşu olduğuna görə həmin torpaq sahəsini satın almağı məsləhət görüb. Əvvəl həmin torpaq sahəsini almaq istəməyib. Sonra Mədətə təcili pul lazım olduğundan torpaq sahəsini almağa razılaşıb. Mədət torpaq sahəsini həmin vaxt dövriyyədə olan 1000 000 (100 şirvan) manata satdığını bildirib. O, alqı-satqını notariat kontorunda bağlamağı təklif edib, lakin Mədət vaxtı olmadığını, təcili həmin gün Rusiya Federasiyasına getməli olduğunu bildirərək, ona torpaq sahəsini satmaları barədə alqı-satqı müqaviləsini İ Nügədi bələdiyyəsində rəsmiləşdirəməyi deyib. Quba rayonu 1-ci Nügədi bələdiyyəsinə gələrək, X4 JN 455 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən özünə və ailə üzvlərinə məxsus 0,85 ha torpaq sahəsini ona satması barədə müqavilə yazaraq imzalayıblar. X10 evinə gələrək torpaq sahəsinin dəyəri olan 1000 000 (100 şirvan) manatı tam şəkildə Mədət Məmmədbəyova və həyat yoldaşı Lütviyə Məmmədbəyovaya verib. Lütfiyə Məmmədbəyova özlərinə məxsus 0,85 ha torpaq sahəsini ona satmaları barədə razılıq ərizəsi-qəbz yazaraq verib. Bundan başqa cavabdehlər Dövlət Aktının əslini ona veriblər. Həmin vaxt Xəyal və Vüsal azyaşlı uşaqlar olub. Mədət Məmmədbəyov bildirdi ki, bu gün Rusiya Federasiyasına gedir, tezliklə qayıdacağdır, qayıtdıqdan sonra alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirərik. Lakin cavabdeh X11 Ferderasiyasından 17 il qayıtmayıb, qayıtdıqdan sonra isə müxtəlif bəhanələr gətirərək alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirməkdən boyun qaçırıb. Cavabdehlərin həmin torpaq sahəsini ona satmalarını və pullarını tam şəkildə almalarını təsdiq edəcək şahidlər var. Sonradan ona məlum olmuşdur ki, Mədət Məmmədbəyov Federasiyada olduğu zaman oğlu Xəyala etibarnamə verib ki, ona satdıqları torpaq sahəsinin alqı-satqı müqaviləsini onun adından notariat kontorunda rəsmiləşdirsin. Lakin oğlu Xəyal və ailə üzvləri hazırda torpaq sahəsinin qiyməti artdığından ona satdıqları torpaq sahəsinə dair Dövlət Aktını itmiş kimi göstərərək torpaq sahəsinə dair adlarına Çıxarış alaraq, həmin torpaq sahəsini 15 iyul 2017-ciı tarixdə AN-0633076 və AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi əsasında X1. Bu səbəbdən də Quba rayon polis şöbəsinə müraciət edib. Polis şöbəsində iş araşdırıldığdan sonra iş mülki xarakterli olduğundan məhkəməyə müraciə etməyi izah olunub. Qeyd edib ki, həmin vaxtdan bu günə kimi torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsində illərdir ki, əkin əkir və aldığı torpaq sahəsinə dair 2001- 2019-cu illər üzrə vergi borclarını ödəyib. 19 il ərzində həmin torpaq sahəsinin münbitləşməsinə, əkinə yararlı vəziyyətə salınmasına 7,000 manat məbləğində pul xərcləyib. Hazırda cavabdehlər torpaq sahələrini başqa şəxsə sataraq ona zərər vurmuşlar. Hazıda həmin torpaq sahəsinin qiyməti 24.000 manatdır və hesab edir ki, torpaq sahəsinin dəyəri olan 24.000 manat və 19 il ərzində çəkdiyi 7.000 manat manat pulun cavabdehlərdən alınıb ona qaytanlmalıdır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlundan aralarında bağlanmış 10 fevral 2002-ci il tarixli alqı-satqı əqdinə əsasən aldığı 0.85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırki dəyəri 24 000 manatın və ona dəymiş 7000 manat zərərin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh X9 iddian qəbul etməyərək bildirdi ki, ona və ailə üzvlərunə məxsus 0.85 ha pay torpağını İddiaçı 1000 000 (100 şirvan) manata razılaşıb və aralarında əl yazısı ilə torpağın satılması barədə etirazları olmadığını bildirərək, yoldaşı Lütfiyyə ilə imza etmişlər. Lakin həmin puldan Xəlil ona cəmi 20 şirvan pul verib, qalan pulu isə torpağı onun adına rəsmlədirildikdən sonra verəcəyini deyib , o da onunla razılaşıb. Bundan sonra Rusiya Federasiyasına getdiyi üçün torpağı Xəlilin adına rəsmləşdirə bilməyib, Xəlil də ona qalan pulu verməyib. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən zaman Cavabdeh4 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPMnin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki iş üzrə İddiaçı və cavabdeh X6 dinləyib, sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Beləki, iş materiallarında olan AA0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan 15.07.2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə üzrə Quba rayonu İ Nügədi kəndi ərazisində yerləşən birgə mülkiyyət hüququ ilə X9, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus olan 0.3419 ha torpaq sahəsini alıcı X2. İş materiallarında olan kod 30319018 JN-455 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli, 07 saylı qərarı ilə Quba rayonu İ Nügədi kəndi ərazisində yerləşən 0.85 ha kənd təssərrüfatı istehsalı məqsədilə torpaq sahəsi X9, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 01.02.2019-cu il tarixli 11 nömrəli Quba rayonu İ Nügədi bələdiyyəsinin aryışından məlum olur ki, İddiaçı 2001-ci ildən 2019-cu ilədək X7 aid 0.85 ha pay torpağının vergilərini ödəmişdir. İş materiallarında olan 08.04.2002-ci il tarixli icarə müqaviləsindən görünür ki, Abdulov X3 Mədət Axun oğluna və ailə üzvlərinə məxsus olan Quba rayonu İ Nügədi kəndi ərazisində yerləşən 0.85 ha pay torpağını İddiaçı daimi icarəyə verib, onun müqabilində 1000 000 (100 şirvan) manat birdəfəlik haqq alacağdır. İş materiallarında olan 10.02.2002-ci ildə əl yazma ilə yazılmış qəbzdən görünür ki, Cavabdeh2 10.02.2002-ci il tarixdə əri tərəfindən onlara məxsus 0.85 ha pay torpağ sahəsinin satılmasına etirazının olmaması barədə qəbz imza etmişdir. İş materiallarında olan 01 fevral 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən məlum olur ki, İddiaçı 18.04.2002-ci il tarixdə X9 və ailə üzvlərunə məxsus Quba rayonu İ Nügədi kəndi ərazisində yerləşən 0.85 ha pay torpağ sahəsini həmin vaxt dövriyyədə olan 1000 000 (100 şirvan) manata İddiaçı daimi müddətdə alması barədə müqavilə bağlamış və hər ikisi həmin müqaviləni imza etmiş, sonuncunun arvadı Cavabdeh2 10.02.2002-ci il tarixdə əri tərəfindən onlara məxsus həmin torpaq sahəsinin satılmasına etirazının olmaması barədə qəbz imza etmişdir. X12 İddiaçı ona torpağın pulunu tam verməməsi və sənədlərini də itirirməsini bildirdiyindən torpaq sahəsinin sənədlərinin itməsi kimi aidiyyatı orqana müraciət edib, çıxarış alıb başqa şəxsə satıb. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının Statiska departamentinin direktoru Samir Nəsirov tərəfindən Quba rayon Məhkəməsinə ünvanlanmış 04.05.2021-ci il tarixli 20-00088-2021 saylı məktubundan görünür ki, 01 yanvar 2006-cı il tarixindən etibarən 5000 köhnə manat (AZM) = 1 yeni manat (AZN) nisbətində denominasiya olunmuşdur. Bunu nəzərə alaraq, qeyd olunmuş 2002-ci ildə 1.000.000 AZM məbləğində olan pul vəsaitinin nominal dəyəri hal hazırda (inflyasiya nəzərə alınmadan) 200 manat (AZN) təşkil edir. Eyni zamanda pul məbləğlərinin indeksasiyası Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətlərinə aid deyil. İnflyasiya ilə bağlı hər hansı məlumat əldə etmək üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət etməyiniz tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statiska Komitəsinin sədr müavini Rauf Səlimov tərəfindən Quba rayon Məhkəməsinə ünvanlanmış 16.06.2021-ci il tarixli 04/1-42 saylı məktubundan görünür ki, infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2021- ci ilin may ayında 2002-ci ilin dekabr ayına nisbətən 327.4 % təşkil etmişdir. “İnsan Hüquqları və X8 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, müştərək qaydada, 654 (altı yüz əlli dörd) manat 80 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, müştərək qaydada, 654 (altı yüz əlli dörd) manat 80 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar