Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-292/2022 01.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəy yən e td i : İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 6300 (altı min üç yüz) manat pulun və dövlət rüsumu kimi ödədiyi 83 (səksən üç) manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Rustov kəndində yaşayır. Şəxsi təsərrüfatında mal-qara saxlamaqla maddi təminatı az da olsa təmin edirilər. Cavabdeh həmkəndli kimi tanıyır, onunla yaxın münasibəti olmamışdır. 2021-ci ilin yay aylarında şəxsi təsərrüfatında olan 16 baş iribuynuzlu mal-qaranı otun qiymətinin baha olması, həm də maddi vəziyyəti ilə bağlı pula ehtiyacı olduğu üçün satmaq qərarına gəlmiş və bu barədə tanışlarına bildirmişdir. 22 iyul 2021-ci il tarixdə Cavabdeh yanına gələrək 7 baş inəyi və 4 baş dananı nisyə almaq istədiyini bildirmişdir. O, onunla razılaşaraq son qiymət olaraq hər bir baş iribuynuzlu heyvanı 1500 manatdan olmaqla 7 baş inəyi və 4 baş dananı cəmi 8000 manata razılaşmışlar. Cavabdeh axşam gəlib heyvanları aparacağını demiş, iki saatdan sonra zəng edib gələcəyini bildirərək bir müddətdən sonra gəlib ona ilkin olaraq 4000 manat ödəyəcəyini, qalan 4000 manat pulu 28 iyul 2021-ci il tarixə kimi ödəyəcəyini vəd etmişdir. O, ona heyvanları nisyə satmaq istəmədiyini bildirmişdir. Lakin Cavabdeh and içərək pulunu vaxtında ödəyəcəyini bildirmişdir. Buna görə də o, Zülfüqardan qəbz yazıb verməsini tələb etdiyinə görə ona ilkin ödəniş olaraq 2000 manatı iyul ayının 28-nə kimi, 4000 manatı avqust ayının 5-nə kimi ödəyəcəyi barədə qəbz yazıb vermiş, ona 2000 manat pul verərək həmin puldan 300 manat borc istəyərək, 300 manatı səhərisi günü, yəni 23 iyulda ona çatdıracağını bildirərək heyvanları aparmışdır. Həmin qəbzi təhqiqatçı ondan alaraq təhqiqat materiallarına əlavə etmişdir. Sonradan Cavabdeh vəd etdiyi nə 2000 manatı, nə də 300 manatı mənə çatdırmamış, ona verməli olduğu qalan pulunu da qaytarmamışdır. O, Zülfüqarla əlaqə saxlamaq üçün onun telefonuna zəng etsə də o, telefonu söndürmüş, telefonuna zəng çatmamışdır. Buna görə də məcbur olub onun yaşadığı evə getmişdir. Zulfüqarın atası onu söyüb təhqir etmiş, bir daha bu qapıya gəldiyi halda onu qovacağı ilə hədələmişdir. Sonradan Zülfüqarın ondan aldığı heyvanları satdığını eşitmişdir. Dəfələrlə etdiyi zənglərdən sonra Cavabdeh telefonu açaraq pulunu verməyəcəyini demişdir. Ona görə də o, məcbur olub şikayət ərizəsi ilə Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Təhqiqat zamanı Cavabdeh ondan aldığı 11 baş iribuynuzlu heyvana görə ona 8000 manat verməli olduğunu, həmin puldan 1700 manat pulu qaytardığını, 6300 manat borclu qaldığını etiraf etmiş, həmin pulu 2021-ci ilin avqust ayına kimi qaytaracağını bildirmişdir. O, izahatında ondan aldığı heyvanların doqquzunu satmasını bildirmiş, iki baş inəyi guya ona qaytardığını göstərmişdir. İki baş inəyi ona qaytarması barədə dediyi yalandır, o, ona heç bir heyvan qaytarmamışdır. Cavabdeh ondan aldığı 11 iribuynuzlu heyvana görə borclu olduğu 8000 manatdan 1700 manat pulu qaytarmış, 6300 manat borcu qalmışdır. Quba rayon Polis Şöbəsinin təhqiqatçısı Famil Mirzəbəyovun 08 avqust 2021-ci il tarixli qərarı ilə Cavabdeh barəsində cinayət, işinin başlanması rədd edilmiş və ona borc tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etməli olmağı izah olunmuşdur. Cavabdeh dəfələrlə bildirməyinə baxmayaraq pulu qaytarmadığına görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ondan aldığı 11 baş iri buynuzlu heyvana görə razılaşdıqları 8000 manat puldan 1700 manat, 500 manat və 2 baş iri buynuzlu heyvanı qaytardığını, hazırda cavabdehin ona 4800 manat borcu qaldığını göstərmiş və həmin pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ondan 2021-ci ilin yay aylarında 11 baş iri buynuzlu mal-qaranı 8000 manata nisyə almış və həmin 8000 manat pulu qısa müddət ərzində ödəyəcəyini vəd etmişdir.Cavabdeh borclu olduğu puldan 2200 manatını ödəmiş və 2 baş iri buynuzlu heyvanı qaytarmış, qalan 4800 manatını isə hal-hazıradək ona ödəməmişdir. Bununla bağlı müraciəti Quba Rayon Polis Şöbəsində araşdırılmış və Cavabdeh araşdırma zamanı verdiyi izahatında ondan 8000 manata 11 baş iri buynuzlu mal-qaranı aldığını təsdiq etmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh ona ödənilməli olan 4800 manat borc, iddianın qaldırılması üçün ödənilmiş 83 manat dövlət rüsumu alınaraq, ona ödənilməlidir. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh İddiaçı ona qarşı iddiasını qismən- 3516 manat hissədə qəbul edib, qalan hissədə qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı borclu olduğu puldan 1700 manat və 500 manat olmaqla cəmi 2200 manatını ödəmiş və 2 baş iri buynuzlu heyvanı qaytarmışdır. Hazırda iddiaçıya 3516 manat borclu qalmış maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. İddianın 3516 manat borc hissəsində təmin olunmasına etirazı yoxdur. İddianın qalan hissələrdə rədd olunmasını xahiş edir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Rustov kənd İƏD üzrə nümayəndəsinin 08.11.2021-ci il tarixli, 911 №li arayışından görünür ki, İddiaçı Quba rayonu Rustov kəndində yaşayır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış sadə yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı nisyə aldığı heyvanlara dair 8000 manat borclu olduğunu etiraf etmişdir. İş materiallarında olan Quba rayon PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 8 avqust 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Cavabdeh borc tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Quba Rayon Statistika İdarəsinin 27 yanvar 2022-ci il tarixli, 07№li məktubundan görünür ki, mal ətinin (kəsilmiş çəkidə) 1 kiloqramının pərakəndə satış qiyməti Quba bazarında 2021-ci ilin iyul ayında 10 manat olmuşdur. İş mareriallarında olan 14 mart 2022-ci il tarixli 17 saylı X6 X3 sektorunun müdiri Aydın Qədməliyevin rəyindən görünür ki, Quba rayon Rustov kənd sakini İddiaçı iddiasında olduğu bir baş yerli cins inəyin 2021-ci il iyul ayında olan bazar qiymətinin müəyyənləşdirməsi üçün vətəndaş İddiaçı ilə əlaqə saxlanılaraq həmin inəyi məlum səbəblərdən canlı olaraq göstərə bilmədiyini nəzərə alaraq şifahi danışıqlarına və yazılı izahatına əsaslanaraq dəyəri aşağıdakı kimi müəyyən edildi: inəyin rəngi - Qara-ala inəyin Yaşı - 7 (yeddi) yaş, bala verib - 4 (dörd) bala, gündəlik süd sağımı - 6-7 litr, diri çəkisi - 230 (iki yüz otuz) kq, köklük dərəcəsi – orta cinsi–yerli. Belə məhsuldarlıq göstəricilərinə, damazlıq keyfiyyətlərinə və göstərilən əlamət və xüsusiyyətlərə malik inəyin 2021-ci il iyul ayında orta bazar qiyməti 900-950 manat dəyərində ola bilər. İş materiallarında olan 29.11.2021-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə təhiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 2021-ci ilin yay aylarında 11 baş iri buynuzlu mal-qaranı 8000 manata nisyə almış, cavabdeh borclu olduğu puldan 2200 manatını ödəmiş və 2 baş iri buynuzlu heyvanı qaytarmış, qalan borcunu isə iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüş, yəni öhdəliyin icra müddəti təyin olunmuş, lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş, cavabdeh iddiaçıya 4000 manat nisyə alqı-satqıdan yaranmış borc nəticəsində həmin məbləğdə ziyan vurmuş və iddiaçının hesabına əsassız varlanmış, həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 83 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikaksı Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 4000 manat məbləğində pul alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4000 manat məbləğində pul, həmçinin dövlət rüsumuna görə ödənilmiş 83 manat alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e td i: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat məbləğində pul, həmçinin dövlət rüsumuna görə ödənilmiş 83 manat alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-292/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-292/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver