Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-293/2023 24.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tərtər rayonunun Şıxarx kəndində məskunlaşmışdır. Cavabdehlə munasibəti yaxşı olmuş, 17 dekabr 2021-ci ildə Cavabdeh problemi yarandığı üçün ondan 8000 manat borc pul istəmişdir. O da, münasibəti yaxşı olduğu üçün ona inanıb həmin məbləğdə pulu ona borc olaraq vermişdir. Cavabdehlə aralarında notarial qaydada kredit müqaviləsi bağlamışlar. Həmin müqavilə üzrə cavabdeh pulu 17 yanvar 2022-ci ildə qaytarmağı söz vermişdir. Beləliklə o, Cavabdehlə aralarında bağladıqları kredit müqaviləsinin şərtlərinə əməl etməklə ona 8000 manat pulu vermişdir. Lakin Cavabdeh kredit müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. O, pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun cavabdehdə 8000 manat pulum qalmışdır. Qeyd etmək istəyir ki, o məcburi köçkündür rüsum ödəməkdən azaddır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, maddi imkanları ağırdır. Həmçinin yaşadığı yerdən məsafə uzaqlıq təşkil edir. Məhkəmə baxışı iclası 24 fevral 2023-cü il tarixə saat 11-30-a təyin edilmişdir. Pul tələbi ilə bağlı mülki işin məhkəmə baxışı iclasına səhhəti, maddi vəziyyəti və məsafə uzaqlığı ilə bağlı gələ bilməyəcək. Məhkəmə baxışı iclasını iştirakı olmadan keçirməklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarında olan SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən və poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətidən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən ki, Cavabdeh iddiaçıdan 8.000 manat məbləğində pul almış və həmin borcu xx.xx.2022-ci il tarixdə qaytaracağına görə öhdəlik götürmüşdür. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün olduğundan Qaçqınların və X1 üzrə Dövlət Komitəsində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tarixdə 8.000 manat məbləğində pul almış və həmin borcu xx.xx.2022-ci il tarixdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə, cavabdehin iddiaçıya 8.000 manat məbləğində pul öhdəliyi icrasız qalmışdır. Cavabdeh isə iddianın əsassız olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 8.000 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Dövlət Rüsumu haqqında Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan hüquq normasının tələblərinə əsasən, Cavabdeh 100 manat məbləğində dövlət rüsumu alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8.000 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-293/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-293/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver