Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-294/2021 03.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı Zergey oğlunun cavabdehlər Cavabdeh1 və X4 qarşı “pul" tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 3580 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o Cavabdeh1 Qeybulla oğlunu otuz ilə yaxındır ki, tanıyır. xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdeh1 Qeybulla oğlu, Quba rayonu Dağlı kənd sakini Sadıq və Qaladüz kənd sakini Baba adlı tanışları çay evinə yığışmışdır. Söhbət edərkən Cavabdeh1 bacısının oğlunun gözlərinin tutulması səbəbilə ondan əməliyyat etdirmək üçün borc pul istəmişdir. O da xx xxxxxxxx 2019-cu il tarixdə “xxxx” ASC-dən 2500 manat məbləğində krediti 18% lə almışdır. Bu zaman cavabdeh bankdan aldığım pulun faizi ilə birlikdə qaytaracağını bildirmişdir. Daha sonra Əsəd ona əməliyyat üçün pulun çatmadığını və yenidən borc pul istədiyini bildirmişdir. İddiaçı yenidən “xxxx” ASC-dən 1000 manat məbləğində pulu 10 %-lə kredit alaraq onun 300 manatını borc olaraq Cavabdeh1 bacısı oğlu Quba rayonu Dağlı kənd sakini Salahov Vədadiyə vermişdir. Kredit alaraq cavabdehlərə borc verdiyi pulların faizi ilə cəmi 3580 manat edir. Verdiyi borc pulların əvəzinə Cavabdeh1 özünə məxsus Quba rayonu Dağlı kəndində torpaq sahəsi satacağını bildirmiş, cavabdeh Vədadi Salahova zəng vuraraq Dağlı kəndinə çağırmışdır. Cavabdeh və Vədadi Salahov ona torpaq sahəsinin yerini göstərmişlər. Həmin torpaq sahəsinin 50 sot olduğunu demişlər. O hər sot üçün 100 manat olmaqla torpaq sahəsini almağa razılaşmışdır. Daha sonra Vədadi Salahov onun yanına gələrək alqı-satqı etmək məqsədilə ondan 300 manat məbləğidə pul almışdır. Cavabdehin dediyinə görə həmin torpaq sahəsinin sənədləri ona noyabr ayının 15-i verilməli idi. Lakin cavabdehlər nə onun pulunu verməməmiş nə də ki torpaq sahəsini satmamışlar. Buna görə də cavabdehlərdən pulu almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbini qismən qəbul edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, həqiqətən İddiaçı ehtiyacı olduğu üçün borc pul istəmiş, iddiaçı ona 2800 manat məbləğində borc pul vermiş, maddi imkanı olmadığı üçün borcunu qaytara bilməmişdir. Yaxın vaxtlarda borcu qaytaracaqdır. Lakin iddiaçının 3580 manat məbləğində pul tələbi əsassızdır və iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1938-ci ildə Quba rayonu Üçgün kəndində anadan olmuş, Quba rayonu Üçgün kəndində qeydiyyatdadır. iş materiallarına əlavə olunmuş AZE seriyalı 14905421 nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx xxxx 1964-cü ildə Quba rayonu Qəçrəş kəndində anadan olmuş, Quba rayonu Qəçrəş kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş X6 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli ərizədən görünür ki, o İddiaçı 2800 manat məbləğində borcunun olmasını qəbul edir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, X1 Arifşah Zərgey oğlundan 2800 manat məbləğində pul almış, həmin pulu hələ də qaytarmamış, İddiaçı digər Cavabdeh1 da ona pul borclu olmasını və borcun məbləğinin 3580 manat olmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh iddianı etiraf edərək, iddiaçıya olan borcunu qaytaracağını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, iddia qismən təmin edilməli, cavabdeh X2 2800 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 2800 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-294/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-294/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver