Məhkəmə qərarları › İş №2(027)-2975/2025

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-2975/2025

16.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2975/2025 16.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quba rayonu Girdah kənd sakini Cavabdeh Azərbaycan Elmi- X2 X8 müdürü kimi onun xeyrinə 10506 (on min beş yüz altı) manat pul və 126 (yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb iddaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh onun xeyrinə 5860 manat pul və 78.60 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildən Azərbaycan X1 X8 müdürü vəzifəsində çalışır. Məntəqədə bir sıra işçilər çalışır, xidmət göstərir. Bunların sırasında Quba rayonu Girdah kənd sakinləri olan Cavabdeh və X5 adında malabaxan vəzifəsində çalışanlar da vardır. Cavabdeh və X3 2023-cü ildə malabaxan vəzifəsində işə götürmüşdür. Xosrovla aralarında olan razılaşmaya görə 2023-cü ilin yay aylarında baxılmaq üçün ona 30 (otuz) baş iribuynuzlu və 70 (yetmiş) baş xırdabuynuzlu heyvan vermişdir. Bu barədə 25 may 2023-cü il tarixli akt tərtib olunmuşdur. Tərtib olunan akt tərəflərindən imzalanmışdır. Həmin akt təsərrüfatın əməkdaşları və həmçinin Cavabdeh və Mehparə Mirzəyeva tərəfindən imzalanmışdır. Həmin ilin oktyabr ayında Cavabdeh heyvanları geri qaytaran zaman heyvanlara təsərrüfatda baxış keçirilmiş və baxış zamanı 1 (bir) baş iribuynuzlu və 4 (dörd) baş xırda buynuzlu heyvanın çatışmadığı müəyyən olunmuşdur. Bu barədə Xosrovdan soruşanda o, heyvanların oğurlandığını və polisə məlumat verdiyini bildirmişdir. Növbəti dəfə 2024-cü ilin iyun ayında Xosrov yenidən yaşadığı Quba rayonu Girdah kəndinə gedərkən ona baxılması üçün 35 (otuz beş) baş iribuynuzlu, 70 (yetmiş) baş xırdabuynuzlu heyvan və 1 (bir) baş at verilmişdir. Bu barədə də 05 iyun 2024-cü il tarixli akt tərtib olunmuş və təsərrüfatın əməkdaşları və həmçinin Cavabdeh və Mehparə Mirzəyeva tərəfindən imzalanmışdır. Bundan sonra həmin ilin oktyabr ayında heyvanlara baxmağa gedəndə onların yaxşı olmadığını müəyyən eləmişdir. Ona görə də maşın göndərərək heyvanları məntəqəyə aparmışdır. Bu dəfə heyvanlara baxış zamanı onlardan 3 (üç) baş (2 düyə 1, inək olmaqla) iribuynuzlu, 4 (dörd) baş xırdabuynuzlu heyvanın və 3 (üç) baş quzunun olmadığını, 4 (dörd) baş sağlam vəziyyətdə olan xırdabuynuzlu heyvanın xəstə heyvanlarla dəyişdirildiyini müşahidə etmişdir. Bu barədə 08 oktyabr 2024-cü il tarixində təsərrüfatın əməkdaşları və sahə baytar həkiminin iştirakı ilə müvafiq akt tərtib olunmuş və aktda vəziyyət barədə qeydlər edilmişdir. Sahə baytar həkimi gətirilən heyvanlara baxış keçirən zaman balalamış qoyunların quzularının olmaması müəyyən edilmişdir. Belə ki, quzusu olmayan qoyunlar aydın seçilir. Buna aid sübut kimi foto və video materiallar da təqdim edilə bilər. Bunların səbəbini soruşduqda aydınlıq gətirəcəyini bildirsə də, heç bir məntiqli açıqlama verməmişdir. Sonradan isə heç telefon zənglərinə də cavab verməmişdir. Xosrova məxsus (070) ***-**-** mobil nömrəsinə zəng vursalar da, zənglərə cavab verməmişdir. Heyvanlara nəzarət etmədiyi üçün 2024-cü ildə heyvanlar maşında aparılan zaman 2-si yolda ölmüşdür. Sonuncu dəfə heyvanları dağdan yola salanda Xosrov işlərini yekunlaşdırıb bir neçə günə özünün də gələcəyini bildirmişdir. Lakin nə özü gəlmiş, nə də telefon zənglərinə cavab verməmişdir. Bundan sonra o, Xosrovu heç yerdə tapa bilməmişdir. Axırda naəlac qalıb polis şöbəsinə ərizə ilə müraciət etməli olmuşdur. Quba RPŞ-nin 09 noyabr 2024-cü il tarixli HK-1,3085 saylı qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Ötən ilin oktyabr ayında Xosrov işə gəlmədiyi üçün baş idarəyə müraciət edib onu işdən azad etmişdirlər. İddiaçı bildirir ki, tələb etdiyi heyvanlardan 1(bir) baş inək, 1 (bir) baş düyə, 1 (bir) baş at, 4 (dörd) baş qoyun, 4 (dörd) baş quzu təsərrüfat aid heyvanlardır. Qalan heyvanlar: 1 (bir) baş cöngə, 1 (bir) baş düyə 4 (dörd) baş qoyun, 4 (dörd) baş quzu onun şəxsi heyvanlarıdı. Heyvanların ümumi balans-bazar dəyəri 10506 (on min beş yüz altı) manat təşkil edir. İİ Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat vermiş və məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə qiyabi icraat qaydasında qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsini təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o Azərbaycan Elmi- X2 X10 çalışır. Cavabdeh yaylağa apardığı heyvanlar əskik gəlmişdir. Onlardan bir hissəsi institunun bir hissəsi isə iddiaçıya məxsus heyvanlar olmuşdur. İİİ. İşin faktiki halları: xx.xx.2023-cü il tarixli akta əsasən iri buynuzlu mal-qara və xırda buynuzlu heyvanlar Quba rayonu, Qirdəh kəndi ərazisində yerləşən yaylağa aparılması, sağsalamat saxlanılması, otarılması, bala alınması və digər lazımi xidmətlərin göstərilməsi üçün İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Həmin aktda heyvanlara ziyan vurulduğu zaman dəymiş ziyanın ödənilməsini cavabdeh öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən 37 baş iri buynuzlu mal-qara və 72 ədəd xırda buynuzlu heyvan Quba rayonu, Qirdəh kəndi ərazisində yerləşən yaylağa aparılması, sağ-salamat saxlanılması, otarılması, bala alınması və digər lazımi xidmətlərin göstərilməsi üçün İddiaçı tərəfindən Cavabdeh və X4 təhvil verilmişdir. Həmin müqavilədə heyvanlara ziyan vurulduğu zaman dəymiş ziyanın ödənilməsini cavabdeh öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli akta əsasən Quba rayonu, Girdəh kəndi ərazisində yerləşən yaylağa aparılmış iri buynuzlu və xırda buynuzlu heyvanlar geri gətirilərkən 02 ədəd iri buynuzlu və 04 ədəd xırda buynuzlu heyvanın əskik olması, 03 ədəd balalamış qoyunun quzularının oğurlanması və 04 ədəd heyvanın dəyişdirildiyi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli akta əsasən 1(bir) baş inək, 1 (bir) baş düyə, 1 (bir) baş at, 4 (dörd) baş qoyun, 4 (dörd) baş quzunun bazar dəyəri 10506 manat məbləğində müəyyən edilmişdir. Quba RPŞ-nin İB-nin müstəntiqi X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən Cavabdeh özgə əmlakını dələduzluq yolu ilə ələ keçirilməsi təsdiq olunmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. 09 noyabr 2024-cü il tarixdə Quba RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1), “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (448.2), Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. (448.4) 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşmaya görə cavabdehə 37 baş iribuynuzlu və 72 baş xırdabuynuzlu heyvan verilmiş, bu barədə 25 may 2023-cü il tarixli akt tərtib olunmuş, tərəflərindən imzalanmışdır. Daha sonra xx.xx.2024-cü il tarixli akta əsasən Quba rayonu, Girdəh kəndi ərazisində yerləşən yaylağa aparılmış iri buynuzlu və xırda buynuzlu heyvanlar geri gətirilərkən 02 ədəd iri buynuzlu və 04 ədəd xırda buynuzlu heyvanın əskik olması, 03 ədəd balalamış qoyunun quzularının oğurlanması və 04 ədəd heyvanın dəyişdirildiyi müəyyən olunmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən ona məxsus olan heyvanların geri qaytarılmadığını əsas gətirməklə, 5860 manat məbləğində pulun tutulması tələbi ilə çıxış etmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə İddiaçıya borcunun yarandığını, belə olan halda isə İddiaçının borcun ödənilməsini Cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehdən ümumilikdə 5860 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir İddiaçı həmçinin 78.60 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, ödənilmiş 78.60 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəm V.Nəticə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5860 (beş min səkkiz yüz altmış) manat məbləğində pul və ödənilmiş 78.60 (yetmiş səkkiz manat altmış qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar