Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-298/2021 06.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2019-cu il tarixli, QFS-4337 KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1882,47 (bir min səkkiz yüz səksən iki manat 47 qəpik) manat, faiz borcuna görə 7,85 (yeddi manat 85 qəpik) manat, dəbbə borcuna görə 127 (bir yüz iyirmi yeddi manat 00 qəpik) manat, cəmi 2017,32 (iki min on yeddi manat 32 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi Əbülfəz Zeynallı teleqram ilə məhkəməyə müraciət edərək, keçiriləcək mülki işə iştirakları olmadan baxmağı və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı-nin Qusar filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, QFS-4337 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 1882,47 (bir min səkkiz yüz səksən iki tam yüzdə qırx yeddi ) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.12.3.; 2.4 bəndləri). xx xxx 2019-cu il tarixli, QFS-4337 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, QFS-4337 KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 14-dan gec olmayaraq hər ay 32,18 (otuz iki manat 18 qəpik) manat Ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxx 2019-cu il tarixli, QFS-4337_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1882,47 (bir min səkkiz yüz səksən iki manat 47 qəpik) manat, faiz borcuna görə 7,85 (yeddi manat 85 qəpik) manat, dəbbə borcuna görə 127 (bir yüz iyirmi yeddi manat 00 qəpik) manat, borcun cəmi məbləği 2017,32 (iki min on yeddi manat 32 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1 -ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsüsən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan xx xxx 2019-cu d tarixli, QFS-4337 KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1882,47 (bir min səkkiz yüz səksən iki manat 47 qəpik) manat, faiz borcuna görə 7,85 (yeddi manat 85 qəpik) manat, dəbbə borcuna görə 127 (bir yüz iyirmi yeddi manat 00 qəpik) manat, cəmi 2017,32 (iki min on yeddi manat 32 qəpik) manat, cəmi 2017,32 (iki min on yeddi manat 32 qəpik) manat pul tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh xx xxx 2019-cu il tarixli, QFS-4337 KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1882,47 (bir min səkkiz yüz səksən iki manat 47 qəpik) manat, faiz borcuna görə 7,85 (yeddi manat 85 qəpik) manat, dəbbə borcuna görə 127 (bir yüz iyirmi yeddi manat 00 qəpik) manat, cəmi 2017,32 (iki min on yeddi manat 32 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı-nin Qusar filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, QFS-4337 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 1882,47 (bir min səkkiz yüz səksən iki tam yüzdə qırx yeddi ) manat məbləğində cavabdehə kredit verilmişdir İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh xx xxx 2019-cu il tarixli, QFS- 4337_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1882,47 (bir min səkkiz yüz səksən iki manat 47 qəpik) manat, faiz borcuna görə 7,85 (yeddi manat 85 qəpik) manat, dəbbə borcuna görə 127 (bir yüz iyirmi yeddi manat 00 qəpik) manat, borcun cəmi məbləği 2017,32 (iki min on yeddi manat 32 qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Quba rayonu, Küğçal kəndində qeydiyyatdadır. İş materiallarından görünür ki, tərəflər arasında olan xx.xx.2019-cu il tarixli kredit QFS- 4337_KMP nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişlərin surətindən görünür ki, Cavabdeh Banka gecikdirilmiş borcunun olması və ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Cəfərov Pərviz Mustafa oğlu kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh xx xxx 2019-cu il tarixli, QFS-4337 KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 1882,47 (bir min səkkiz yüz səksən iki) manat 47 qəpik, faiz borcuna görə 7,85 (yeddi) manat 85 qəpik, dəbbə borcuna görə 27 (iyirmi yeddi) manat, cəmi 1917,32 (bir min doqquz yüz on yeddi) manat 32 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxx 2019-cu il tarixli, QFS-4337 KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 1882,47 (bir min səkkiz yüz səksən iki) manat 47 qəpik, faiz borcuna görə 7,85 (yeddi) manat 85 qəpik, dəbbə borcuna görə 27 (iyirmi yeddi) manat, cəmi 1917,32 (bir min doqquz yüz on yeddi) manat 32 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-298/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-298/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver