Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-30/2022 02.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı «borcun tutulması» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin İddiaçı-nin xeyrinə 826 (səkkiz yüz iyirmi altı) ABŞ dolları 87 sent əsas, müqavilənin bitmə tarixinə hesablanmış 345 (üç yüz qırx beş) ABŞ dolları 19 sent faiz, 556 (beş yüz əlli altı) ABŞ dolları 81 sent cərimə, xx.xx.2019-cu il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 74 (yetmiş dörd) ABŞ dolları 89 sent borcu olmaqla, cəmi 1803 (bir min səkkiz yüz üç) ABŞ dolları 76 sent məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi Səadət Əliyeva elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq ərizədə cavabdehin əsas borcunun 236 (iki yüz otuz altı) ABŞ dolları 46 sent olduğu qeyd olunmuşdur. İddiaçı LPO İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı-ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 33% dərəcəsi ilə 1530 (bir min beş yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı məqsədilə Zamin ilə 08 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2015-ci il tarixli Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1413.40 ABŞ dolları təşkil edir və müddəti 24 ay təyin edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh və Zamin İddiaçı-nin xeyrinə 236 (iki yüz otuz altl) ABŞ dolları 46 sent əsas, müqavilənin bitmə tarixinə hesablanmış 345 (üç yüz qırx beş) ABŞ dolları 19 sent faiz, 556 (beş yüz əlli altı) ABŞ dolları 81 sent cərimə, xx.xx.2019-cu il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 74 (yetmiş dörd) ABŞ dolları 89 sent borcu olmaqla, cəmi 1213 (bir min iki yüz on üç) ABŞ dolları 35 sent məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddia tələbini əsas hissədə qəbul edir, faiz və cərimə hissədə qəbul etmir. Onun maddi durumu borcu ödəmək iqtidarında deyil, iddianın qismən təmin edilməsini xahiş edir. İş üzrə cavabdeh Zamin qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Zamin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 33% dərəcəsi ilə 1530 (bir min beş yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ilə cavabdeh Zamin arasında imzalanmış 08 yanvar 2015-ci il tarixli saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin 08 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İddiaçı tərəfindən elektron kabinət vasitəsilə məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli ərizədən məlum olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə 236,46 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 345.19 ABŞ dolları faiz, 556.81 ABŞ dolları cərimə, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 74.89 ABŞ dolları borc, ümumilikdə 1213.35 ABŞ dolları məbləğində borcu qalıb. İş materiallarında olan MAPS arayışlardan görünür ki, Cavabdeh Quba rayonu, Aşağı-Xuc, Zamin Qusar rayonu, Urva kəndində qeydiyyatdadılar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə möəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 33% dərəcəsi ilə 1530 (bir min beş yüz otuz) ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı məqsədilə Zamin ilə zaminlk müqaviləsi bağlanmış, lakin cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməyərək, hazırki tarixə iddiaçı təşkilata cəmi 1213 (bir min iki yüz on üç) ABŞ dolları 35 sent məbləğində borcları yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin, müştərək qaydada, 236 (iki yüz otuz altı) ABŞ dolları 46 sent əsas borc, 345 (üç yüz qırx beş) ABŞ dolları 19 sent faiz borcu, 16 (on altı) ABŞ dolları 81 sent cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Resbublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 74 (yetmiş dörd) ABŞ dolları 89 sent borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamindan, müştərək qaydada, 236 (iki yüz otuz altı) ABŞ dolları 46 sent əsas borc, 345 (üç yüz qırx beş) ABŞ dolları 19 sent faiz borcu, 16 (on altı) ABŞ dolları 81 sent cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Resbublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 74 (yetmiş dörd) ABŞ dolları 89 sent borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-30/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-30/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver