Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-303/2021 15.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı X4 və müdafiəçisi X1 iştirakı ilə İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ümumilikdə ona borclu olduğu 880(səkkiz yüz səksən) manat pulun, hüquqi yardım üçün ödədiyi, 100 (yüz) manat məbləğində vəsaitin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 iddia ərizəsini müdafiə edərək göstərdi ki, 2019-cu ilin iyul ayından 2020-ci ilin yanvar ayınadək satıcı kimi Quba şəhəri, H.Əliyev prospektində yerləşən «Mini mod kids» mağazasında işləyib. Həmin mağazanın sahibi Cavabdeh onu işə götürərkən hər ay 200 manat maaş və bundan əlavə gündəlik olaraq dəyəri 5 manatdan yuxarı olan hər satılan maldan da 1 manat məvacib vermək şərti ilə onunla razılaşaraq işə götürmüşdür. Cavabdeh onu işə götürərkən bildirib ki, tezliklə onunla əmək müqaviləsi bağlayacaqdır. O həmin mağazada işə başladıqdan sonra hər gün axşam satdığı malın pulunu Cavabdeh verərkən Bəxtiyar, gün ərzində satılmış hər maldan 1 manat məvacibi gündəlik olaraq verib. Əmək haqqını isə ayın sonunda tam şəkildə 200 manat deyil, hər dəfə müəyyən bir hissəsini verib. Bir neçə ay işlədikdən sonra yəni, 2019-cu ilin oktyabr ayınm əvvəllərində Cavabdeh ona bildirib ki, ona 360 manat təcili pul lazımdır və tez bir zamanda borcunu qaytaracağdır. O, da bir mağazada işlədiyinə görə həmin borcu ona verməyə razılaşıb. Belə ki, o işdən sonra evdə dərzilik edərək yataq ağı tikib satıb və əldə etdiyi pulu da qızının gözü xəstə olduğundan onun əməliyyat olunması üçün yığıb. Cavabdeh ondan borc istədikdə, yığdığı 360 manat pulu Bəxtiyara borc verib. Bundan sonra Bəxtiyar bildirib ki, borclu olduğu 360 manat pulu və hər ay ödəməli olduğu əmək haqqının ödəmədiyi hissəsi ilə birlikdə ona tez bir zamanda ödəyəcəkdir. Hər ayın sonunda Bəxtiyar əmək haqqını və borc aldığı pulu verəcəyini bildirsə də, sonradan müxtəlif bəhanələrlə pulu verməmişdir. Bu səbəbdən də, 2020-ci il ilin yanvar ayında Bəxtiyara işdən çıxacağını və ona borclu olduğu pulu verməsini xahiş edib. Bəxtiyar ilə birlikdə ona verməli olduğu əmək haqqını və borcu hesablayıb və işdən çıxarkən Bəxtiyar bildirib ki, əmək haqqından borclu qaldığı 770 manat pulu və ondan borc aldığı 360 manat pulu tezliklə ödəyəcəkdir. Bir müddətdən sonra, Cavabdeh pulunu tələb etdikdə o, müxtəlil bəhanələr gətirərək, onu get-gələ salmış, sonda isə borclu olduğu 1130 manat pulı ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, məcbur olub ərizə ilə Quba rayon Polis Şöbəsinə müraciə etdib. Quba rayon Polis Şöbəsində araşdırma aparılarkən Cavabdeh ondan 360 manat borc aldığını, eləcə də, 770 manat əmək haqqı vermədiyini etiraf edib və borclu olduğu 1130 manat məbləğində borcdan 250 manatını Quba RPŞ-nin İB-də ödəyib və 880 manat borcu qalıb. Bu fakt ərizəyə əlavə etdiyi Quba rayon Polis Şöbəsinin xx xxx 2020-ci il tarixli qərarı ilə də təsdiq olunur. Cavabdeh Polis Şöbəsində ona borclu qaldığı 880 manat pulu tez zamanda ödəyəcəyini bildirsə də, hazırda həmin borcunu ödəməkdən imtina edir. Ona görə də qanunvericiliyin tələbinə əsasən hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmək qərarına gəlib. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ümumilikdə ona borclu olduğu 880 (səkkiz yüz səksən) manat pulun, hüquqi yardım üçün ödədiyi, 100 (yüz) manat məbləğində vəsaitin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki iş üzrə iddiaçı X6 dinləyib, sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləki, iş materiallarında olan AA******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1985-ci il təvəllüdlüdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2382 saylı arayışdan görünür ki, X2 şəhəri 32- 33-cü məhəllə, Ə. Mustafayev küçəsində yaşayır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki,Cavabdeh izahatında X7 ümumilikdən 1130 manat borcu olduğunu bildirmişdi. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 880 (səkkiz yüz səksən) manat əsas borc, hüquqi yardım üçün ödənilmiş 100 (yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınaraq, iddiaçı X7 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 880 (səkkiz yüz səksən) manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub X4 xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-303/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-303/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver