Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-305/2022 19.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 29.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********21302 olan Honor 8s Prime markalı telefon üçün 331 (üç yüz otuz bir) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə, 23.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********94036 olan Xiaomi Redmi 9C markalı telefon üçün 379,8 (üç yüz yetmiş doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə borcu olmaqla, cəmi 780,8 (yeddi yüz səksən manat səksən qəpik) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 29.08.2020-ci il və 23.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21972 olan Honor 8s Prime markalı telefon, İMEİ kodu **********94036 olan Xiaomi Redmi 9C markalı telefon almış və nəticədə 780,8 (yeddi yüz səksən manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 380,4 (üç yüz səksən manat qırx qəpik) manat, İMEİ kod **********21972 Honor 8s Prime markalı telefon üçün ümumilikdə 364 (üç yüz altmış dörd) manat olmaqla, ondan 331 (üç yüz otuz bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 (otuz üç) manat cərimə; 23.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 479,8 (dörd yüz yetmiş doqquz manat səksən qəpik) manat, İMEİ kod **********94036 Xiaomi Redmi 9C markalı telefon üçün ümumilikdə 416,8 (dörd yüz on altı manat səksən qəpik) manat olmaqla ondan 379,8 (üç yüz yetmiş doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 149,4 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.08.2020-ci il və 23.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21972 olan Honor 8s Prime markalı telefon, İMEİ kodu **********94036 olan Xiaomi Redmi 9C markalı telefon almış və nəticədə 780,8 (yeddi yüz səksən manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh 29.08.2020-ci il tarixli müqavilə üzrə 331 (üç yüz otuz bir) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə, 23.09.2020-ci il tarixli müqavilə üzrə 379,8 (üç yüz yetmiş doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə borcu olmaqla, cəmi 780,8 (yeddi yüz səksən manat səksən qəpik) borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi 16 noyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 29.08.2020-ci il və 23.09.2020-ci il tarixlərdə bağlanmış müqavilələr üzrə ödənilməmiş 780,8 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.08.2020-ci və 23.09.2020-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh İMEİ kodu **********21972 olan Honor 8s Prime markalı telefon, İMEİ kodu **********94036 olan Xiaomi Redmi 9C markalı telefon almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********21302 olan Honor 8s Prime markalı telefonu və İMEİ kodu **********94036 olan Xiaomi Redmi 9C markalı telefonu tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş 22.07.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilələr üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı "xxxx" MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 29.08.2020-ci il tarixli müqavilə üzrə 331 manat, 23.09.2020-ci il tarixli müqavilə üzrə 379, 8 məbləğində ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 29.08.2020-ci il tarixli müqavilə üzrə 3 manat, 23.09.2020-ci il tarixli müqavilə üzrə 3 manat məbləğində müəyyən edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. 29.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********21302 olan Honor 8s Prime markalı telefon üçün 331 (üç yüz otuz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 23.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********94036 olan Xiaomi Redmi 9C markalı telefon üçün 379,8 (üç yüz yetmiş doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 716,8 (yeddi yüz on altı manat səksən qəpik) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-305/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-305/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver