Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-309/2021 04.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2019-cu il tarixli, QBNPU-0239 _KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3619,97 (üç min altı yüz on doqquz) manat 97 qəpik, faiz borcuna görə 9,9 (doqquz) manat 90 qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 3629,87 (üç min altı yüz iyirmi doqquz) manat 87 qəpik məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərini əsas tutaraq iddia tələbinin azadılmasına dair məhkəməyə ərizəylə müraciət etmiş Cavabdeh1 xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən xx xxxx 2019-cu il tarixli, QBNPU-0239 _KMP saylı kredit müqaviləsi üzrə banka əsas borc üzrə 3474.97 manat, faiz borcu üzrə 6.76 manat, olmaqla, cəmi 3481,73 manat məbləğində borcu iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqramma ilə müraciət edərək İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasıını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış x xxxx 2019-cu il tarixli, QBNPU-0239 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 3621,97 (üç min altı yüz iyirmi bir) manat 97 qəpik məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq x xxxx 2019-cu il tarixdə İddiaçı-nin Quba filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin x xxxx 2019cu il tarixli, QBNPU-0239JKMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. x xxxx 2019-cu il tarixli, QBNPU-0239 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.Tərəflər arasında bağlanmış x xxxx 2019-cu il tarixli, QBNPU-0239_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 3-dan gec olmayaraq hər ay 61,92 (altmış bir ) manat 92 qəpik ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2019-cu il tarixli, QBNPU-0239 _KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3474 (üç min dörd yüz yetmiş dörd) manat 97 qəpik, faiz borcuna görə 6 (altı) manat 76 qəpik, cəmi 3481,73 (üç min dörd yüz səksən bir) manat 73 qəpik məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış x xxxx 2019-cu il tarixli, QBNPU-0239 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 3621,97 (üç min altı yüz iyirmi bir) manat 97 qəpik məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan İddiaçı-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 x xxxx 2019-cu il tarixli, QBNPU-0239 KMP saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə İddiaçı-yə əsas borcuna görə 3619,97 (üç min altı yüz on doqquz) manat 97 qəpik, faiz borcuna görə 9,9 (doqquz) manat 90 qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3629,87 (üç min altı yüz iyirmi doqquz) manat 87 qəpik məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 x xxxx 2019-cu il tarixli, QBNPU-0239 KMP saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3474.97 manat, faiz borcu üzrə 6.76 manat, olmaqla, cəmi 3481,73 manat məbləğində təşkil edir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 və arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QBNPU-0239 KMP saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 ünvan 1 Q, m:11 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, QBNPU-0239 KMP saylı ödəniş tapşırığından görünürki, Cavabdeh1 illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 3621,97 (üç min altı yüz iyirmi bir) manat 97 qəpik məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünürki, İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 08.02/576 və 08.02/577 saylı bildirişlərin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçı İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəyə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəyə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış x xxxx 2019-cu il tarixli, QBNPU-0239 KMP saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə İddiaçı-yə əsas borcuna görə əsas borc üzrə 3474.97 manat, faiz borcu üzrə 6.76 manat, olmaqla, cəmi 3481,73 manat məbləğində borcu hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2019-cu il tarixli, QBNPU-0239 _KMP saylı kredit müqaviləsi üzrə 3474 (üç min dörd yüz yetmiş dörd) manat 97 qəpik əsas borc, 6 (altı) manat 76 qəpik faiz borcu, cəmi 3481 (üç min dörd yüz səksən bir) manat 73 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2019-cu il tarixli, QBNPU-0239 _KMP saylı kredit müqaviləsi üzrə 3474 (üç min dörd yüz yetmiş dörd) manat 97 qəpik əsas borc, 6 (altı) manat 76 qəpik faiz borcu, cəmi 3481 (üç min dörd yüz səksən bir) manat 73 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-309/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-309/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver