Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-311/2021 26.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDKYDƏDRX 5 saylı X4 qarşı evə mülkiyyət hüququnun verilməsi haqqında çıxarışın və texniki pasportun ləğv edilməsi və mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDKYDƏDRX 5 saylı X4 qarşı evə mülkiyyət hüququnun verilməsi haqqında çıxarışın və texniki pasportun ləğv edilməsi və mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmədə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDKYDƏDRX 5 saylı X1 müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDKYDƏDRX 5 saylı X3 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDKYDƏDRX 5 saylı X4 qarşı evə mülkiyyət hüququnun verilməsi haqqında çıxarışın və texniki pasportun ləğv edilməsi və mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-311/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-311/2021
26.01.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver