Məhkəmə qərarları › İş №2(027)-311/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-311/2023

01.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-311/2023 01.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçılar X8, İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçılar X15, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “daşınmaz əmlakın müayinəsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar X15, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqazidd hərəkətlərinə son qoyulması və vərəsəlik üzrə onlara düşən əmlakın müayinəsinə yaradılan süni maneələrin aradan qaldırılmasına, 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu və müdafiəçiyə ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində müdafiə xərcinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar X15, İddiaçı3 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, o və qardaşı İddiaçı2, İddiaçı3 xx.xx.2018-ci ildə dünyasını dəyişmiş X2 və xx.xx.2022-ci ildə dünyasını dəyişmiş X9 qanun üzrə vərəsəlik sırasına daxildirlər. Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə X16 və X6 Quba rayonu Şuduğ kənd ərazisində fərdi yaşayış evi tikmək üçün 0.15 ha həyətyanı torpaq sahəsi ayrılmış və JN-117 A KOD 30330018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan əlavə Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 nömrəli qərarı ilə X17 və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Quba rayonu Şuduğ kənd ərazisində JN 0061, KOD 30330018 olan 2.34 ha torpaq sahəsi verilmişdir. O, qanun üzrə vərəsəliklə əlaqədar ona və bacı-qardaşına düşən payın müəyyən edilməsi üçün əmisi Cavabdeh maneçilik törətməsinin qarşısını almaq məqsədilə sahə müvəkkilinə müraciət etmişdir. Sahə müvəkkili də bu barədə Cavabdeh zəng vurub məlumat vermişdir. Sahə müvvəkili Cavabdeh qapını açmağa razılığ vermədiyin və məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Qanun üzrə vərəsəlik sırasına daxil edildikləri üçün onlara düşən payı adlarına rəsmiləşdirmək istəyirlər. Bu məqsədlə də DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət etmiş, DƏDRX-nin 5 saylı Xaçmaz ərazi İdarəsinin ona verdiyi xx.xx.2022-ci il tarixli **********30 saylı cavab məktubunda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mübahisə mövcud olduğu üçün daşınmaz əmlakın müayinəsinin baş tutmadığı qeyd olunmuşdur. Hal-hazırda qeyd olunan yaşayış evinə öz payına düşən mülkiyyət hüquqlarını bərpa etmək istəyir lakin Cavabdeh buna maneçilik törədir. Məhkəmə iclasında iddiaçılar X15 və İddiaçı2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan əmlak atasının vəsiyyətnaməsi əsasında onun mülkiyyətindədir. Qeyd olunan evdə hal-hazırda heç kəs yaşamır və baxımsızdır. İddiaçıların həmin əmlaka dair vərəsəlik haqqında şəhadətnamələri yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət Hüququn dair JN-0061, KOD30330018 saylı Dövlət Aktından görünür ki, Quba rayonu AİK-nın xx.xx.1197-ci il tarixli, 08 saylı qərarına əsasən X17, X10 və X14 Quba rayonu, Şuduq kəndində yerləşən 2.34 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-117A, KOD30330018 saylı Şəhadətnamədən görünür ki, Quba rayonu AİK-nın xx.xx.1197-ci il tarixli, 08 saylı qərarına əsasən X17 və X6 Quba rayonu, Şuduq kəndində yerləşən 0.15 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 rayonu, Şuduq kəndində xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 rayonu, Şuduq kəndində xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 rayonu, Şuduq kəndində xx.xx.2022-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1 rayonu, Şuduq kəndində xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli V-664 nömrəli vərəsəlik işinə əsasən X11, İddiaçı3, İddiaçı1 və İddiaçı2 xx.xx.2016-cı il tarixdə vəfat etmiş X12 vərəsəsi sırasına daxildir. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı3, İddiaçı2, İddiaçı1, xx.xx.2022-ci il tarixli, 413/414 saylı ərizəsinə və Quba rayonu İHB-nın Şuduq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 74 saylı arayışa və xx.xx.2022-ci il tarixli, 72 saylı arayışa əsasən İddiaçı3, İddiaçı2. İddiaçı1, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1963-cü il tarixində Azərbaycan Respublikasının Quba rayonu Şuduq kəndində anadan olmuş X13 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1981-ci ildən xx.xx.2000-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış X13 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sənədlərin ekspertizası və müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçılar xx.xx.2018-ci ildə dünyasını dəyişmiş X2 və xx.xx.2022-ci ildə dünyasını dəyişmiş X9 qanun üzrə vərəsəlik sırasına daxildirlər. Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə X16 və X6 Quba rayonu Şuduğ kənd ərazisində fərdi yaşayış evi tikmək üçün 0.15 ha həyətyanı torpaq sahəsi ayrılmış və JN-117 A KOD 30330018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan əlavə Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 nömrəli qərarı ilə X17 və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Quba rayonu Şuduğ kənd ərazisində JN 0061, KOD 30330018 olan 2.34 ha torpaq sahəsi verilmişdir. İddiaçılar vərəsəlik hüququ əsasında mübahisə predmetini təşkil edən əmlaka paylarının müəyyən edilməsini istəsələr də, cavabdeh tərəfindən həmin əmlakın müayinəsinə maneələr yaradılmışdır. Belə ki, iddiaçılar mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən sənədlərin ekspertizası və müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bununla da, mübahisə predmetini təşkil edən əmlakın müayinəsinə cavabdeh tərəfindən maneələrin yaradılması öz təsdiqini tapmışdır. Cavabdeh tərəf mübahisə predmetini təşkil edən əmlakın vəsiyyətnamə əsasında onun mülkiyyətində olduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, vərəsəlik hüququ üzrə iddiaçılar X15, İddiaçı2 və Babayeva (Talıbova) Gülvərd Rahim qızının payına düşən əmlakın müayinəsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmalıdır. Həmçinin, iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Bundan başqa, hüquqi yardımla bağlı iddiaçıların ödədiyi məbləğ onların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vərəsəlik hüququ üzrə iddiaçılar X15, İddiaçı2 və Babayeva (Talıbova) Gülvərd Rahim qızının payına düşən əmlakın müayinəsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılsın. İddiaçı X15, İddiaçı2 və Babayeva (Talıbova) Gülvərd Rahim qızı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılara ödənilsin. Hüquqi yardımla bağlı iddiaçıların ödədiyi məbləğ onların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar