Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-32/2025 19.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ənvər oğluna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “Zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, burada inşa edilmiş tikililərin cavabdehin hesabına məcburi qaydada sökülməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus, Quba şəhəri, 15ci məhəllədə yerləşən, 0,04 ha həyətyanı torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin arasından keçən yolun Cavabdeh1 tərəfindən məcburi qaydada boşadılması və burada çəkdiyi hasarın məcburi qaydada cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba şəhəri, 15-ci məhəllədə 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Göstərilən torpaq sahəsi Quba rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 158 saylı qərarı ilə ayrılmışdır. Həmin qərarla ona məxsus torpaq sahəsinin yerləşdiyi sıradakı bütün torpaq sahələri müxtəlif vətəndaşlara ayrılmışdır. Torpaq sahələri ayrılarkən kvadrat formasında kvartallar qaydasında paylanılıb. Hər kvartalda yanaşı və iki sıra olmaqla 4 həyətyanı torpaq sahəsi yerləşir. Belə ki, hər torpaq sahəsi iki tərəfdən qonşularla sərhəddir, hər torpaq sahəsinin qalan iki tərəfi isə yoldur. Lakin ona məxsus torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin arasından keçən yolu Cavabdeh1 zəbt edərək, yolu özünün hasarı daxilinə salmış və yolu kəsmişdir. Cavabdeh yolu boşaltmaqdan və bura çəkdiyi hasarı sökməkdən imtina edir. Göstərilən səbəbdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsinə əlavə təqdim edərək, əlavədə göstərmişdir ki, hazırlıq iclasında cavabdeh Xəlilov X1 Azər Ənvər oğluna verilmiş, Quba şəhəri ərazisindən 0.12 ha torpaq sahəsinə mülkiyyət hüquları barədə daşınmaz əmlakın dövlət reyesterindən çıxarış təqdim etmiş və bu sənədin mübahisələndirilən torpaq sahəsinə aidiyyəti olub-olmamasını araşdırmaq məqsədilə Cavabdeh2 Ənvər oğlunun cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 adına 0,12 ha torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, JN- 4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, xx.xx.2016-cı ildə Cavabdeh1 adına verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 Ənvər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv olunmaları və zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına məcburi qaydada sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq ərizədə göstərmişdir ki, vəkil tərəfindən verilmiş sorğuya X3 filialından alınmış cavabdan məlum olur ki, Cavabdeh1 adına 0,12 ha torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, JN-4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş Quba rayon Aqrar-İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı olmamışdır. Məlum olur ki, Şəhadətnamə Cavabdeh1 qanunsuz verilmişdir. Deməli, bu Şəhadətnamənin əsasında xx.xx.2016-cı ildə verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və bu çıxarış əsasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi və bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğlunun adına verilmiş çıxarış da qanunsuz xarakter daşıyır. Cavabdeh1 etiraz ərizəsiylə məhkəməyə müraciət edərək, ərizədə göstərmişdir ki, sözügedən torpaq sahəsi əvvəllər onun mülkiyyətində olmuşdur. Lakin 21 sentyabr 2022ci il tarixli AN N° ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Ənvər oğluna satılmışdır. Hazırda həmin torpaq sahəsinə heç bir hüququ olmadığından hazırki iddia üzrə də cavabdehlik daşımağ hüququ olaraq mümkün deyil. Torpaq sahəsinin mülkiyyət hüquqi hazırda ona məxsus deyil. Lakin mülkiyyət hüququ əvvəlki kimi onda olsaydı və iddiaçı müraciət etsəydi, məmnuniyyətlə o iddiaçının 0.04 ha həcmindəki torpaq sahəsinə kompensasiya qarşılığında belə bir yolun açılmasına razılıq verərdi. İddiaçının torpaq sahəsinin ictimai yola, digər bütün xətlərə də çıxışı var. Olmasaydı bunu iddia edərdi və sübutlar təqdim edərdi. II. Tərəflərin mövqeləri: İddiaçı elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və işin mahiyyəti üzrə qərar çıxarılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, onun sözügedən torpaq sahəsinə heç bir hüququ yoxdur, torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2 məxsusdur və iddianın rədd edilməsini xahiş etmişdi və Cavabdeh2 Ənvər oğlunun ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh2 Ənvər oğlu məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, Rusiya Federasiyasında olduğunu, hazırki məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianı rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsi nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. III. İşin faktiki halları: İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********58 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətinə əsasən, Quba şəhəri, 15-ci məhəllədə yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 61 reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olan Quba şəhəri ərazisində yerləşən 0.12 ha torpaq sahəsini Cavabdeh2 Ənvər oğluna satmış, müqavilə notarial qaydada təsdiq edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********34 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətinə əsasən, Quba şəhəri ərazisində yerləşən 0.12 ha torpaq sahəsi Cavabdeh2 Ənvər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 126 reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********58-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Quba rayonu, 15-ci məhəllə ünvanında 0.04 ha torpaq sahəsinin koordinatları ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********34 reyestr nömrəli, ********** qeydiyyat mömrəli, xx.xx.2022- ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, iddiaçı tərəfindən yol kimi iddia olunan torpaq sahəsi Cavabdeh2 məxsus Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********34 reyestr nömrəli, ********** qeydiyyat mömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsi üzərinə düşür və iddia olunan torpaq sahəsi **********34 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 məxsus torpaq sahəsidir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin hissədə yol göstərilməmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş matariallarını tədqiq edərək sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müvafiq ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı məxsus Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********58-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Quba rayonu, 15-ci məhəllə ünvanında 0.04 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh2 Ənvər oğluna məxsus Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********34 reyestr nömrəli, ********** qeydiyyat mömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür, iddiaçı tərəfindən yol kimi iddia olunan torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********34 reyestr nömrəli, ********** qeydiyyat mömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsi üzərinə düşür və iddia olunan torpaq sahəsi **********34 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 məxsus torpaq sahəsidir. Habelə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində zəbtdən kənar hər hansı digər maneələrin mövcudluğunu da sübuta yetirə bilmədiyindən, iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərdən Cavabdeh1 hazırda mülkiyyətçi oladığından tələb də ona qarşı yönələ bilməz, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı bildirdiyi arqumentlər hazırda məhkəmə araşdırmasının predmetinə aid deyil, lakin gələcəkdə həmin xüsusatlar müvafiq məhkəmədə mübahisələndiriləcəyi halda nəticəsindən asılı olaraq əqdi mübahisələndirmək hüququnu istisna etmir. İddiaçı tərəfindən ərizədə qeyd olunan xüsusatlarla bağlı qeyd olunmalıdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)/2025 nömrəli qərardadına əsasən Quba rayon Məhkəməsinin 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı İddiaçı cavabdehlər Cavabdeh2 Ənvər oğluna, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Cavabdeh1 ilə Cavabdeh2 Ənvər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğlunun adına verilmiş çıxarışın ləğv olunmaları və zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına məcburi qaydada sökülməsi tələbinə dair ərizəsi üzrə işin icraatına xitam verilməsi hissəsində və həmin qərardadla bağlı 2(027)-32/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadın qeyd edilən hissə üzrə şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ənvər oğluna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “Zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına məcburi qaydada sökülməsi, şəhadətnamənin, alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi ” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-nin: -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu və 95 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı xx.xx.2016-cı ildə Cavabdeh1 adına verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 Ənvər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğluna məxsus Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsinə verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunmaları və zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına məcburi qaydada sökülməsi tələbinə dair iddia rədd edilsin. Ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu və 95 manat ekspertiza xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-32/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-32/2025
19.11.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver