Məhkəmə qərarları › İş №2(027)-320/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-320/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-320/2021 29.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə 37R000002124 saylı kredit razılaşması üzrə 3478,96 ABŞ Dolları məbləğində kredit borcun, 037R********** saylı kredit razılaşması üzrə 2630,52 ABŞ Dolları məbləğində kredit borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ilə 04.12.2013-cü il tarixdə bağladığı 37L000000934 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 150000 (bir yüz əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh İddiaçı ilə bağladığı 23.04.2014-cü il tarixli 37R000002124 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 (on üç min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli 37R000002124S saylı, 23.11.2015-ci il tarixli 37R000002124SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 23.12.2015-ci il tarixdən banka qaytarmamışdır. O, kredit razılaşması üzrə götürdüyü kredit borcundan 9521,04 ABŞ Dolları ödəmiş, onun 3478,96 ABŞ Dolları məbləğində əsas kredit borcu qalmışdır. Bundan başqa, cavabdeh İddiaçı ilə bağladığı 21.01.2015-ci il tarixli 037R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5100 (beş min yüz) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli 037R**********S saylı, 23.11.2015-ci il tarixli 037R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 24.12.2015-ci il tarixdən banka qaytarmamışdır. O, kredit razılaşması üzrə götürdüyü kredit borcundan 2469,48 ABŞ Dollan ödəmiş, onun 2630,52 ABŞ Dolları məbləğində əsas kredit borcu qalmışdır. Sözügedən kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclular Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən İddiaçı qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxanda göstərilən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün Kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı ilə 04.12.2013cü il tarixdə bağladığı 37L000000934 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 150000 (bir yüz əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh1 İddiaçı ilə bağladığı 23.04.2014-cü il tarixli 37R000002124 saylı kredit razılaşmasına əsasən, cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 (on üç min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli 37R000002124S saylı, 23.112015-ci il tarixli 37R000002124SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşması üzrə götürdüyü kredit borcundan 9521,04 ABŞ Dolları ödəmiş, onun 3478,96 ABŞ Dolları məbləğində əsas kredit borcu qalmışdır. İş materiallarında olan 21.01.2015-ci il tarixli 037R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5100 (beş min yüz) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli 037R**********S saylı, 23.112015-ci il tarixli 037R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşması üzrə götürdüyü kredit borcundan 2469,48 ABŞ Dollan ödəmiş, onun 2630,52 ABŞ Dolları məbləğində əsas kredit borcu qalmışdır. İddiaçı ilə digər cavabdehlər arasında bağlanmış zaminlik müqaviləsinə görə zaminlər Cavabdeh2 və Cavabdeh3 iddiaçının qarşısında kredit müqaviləsi üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 37R000002124 saylı, 23.04.2014-cü il tarixli kredit razılaşmasına görə əsas borc kimi 3478,96 ABŞ dolları, faiz borcu kimi 0 ABŞ dolları, cərimə borcu kimi 0 ABŞ dolları olmaqla ümumilikdə 3478,96 ABŞ dolları; 21.01.2015-ci il tarixli 037R********** saylı kredit razılaşmasına görə əsas borc kimi 2630,52 ABŞ dolları, faiz borcu kimi 0 ABŞ dolları, cərimə borcu kimi 0 ABŞ dolları olmaqla ümumilikdə 2630,52 ABŞ dolları pul öhdəliyi vardır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə 37R000002124 saylı kredit razılaşması üzrə 3478,96 (üç min dörd yüz yetmiş səkkiz manat doxsan altı qəpik) ABŞ Dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) məbləğində kredit borcu, 037R********** saylı kredit razılaşması üzrə 2630,52 (iki min altı yüz otuz manat əlli iki qəpik) ABŞ Dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) məbləğində kredit borcu tutulmasına dair iddia tələbi təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə 37R000002124 saylı kredit razılaşması üzrə 3478,96 (üç min dörd yüz yetmiş səkkiz manat doxsan altı qəpik) ABŞ Dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) məbləğində kredit borcu, 037R********** saylı kredit razılaşması üzrə 2630,52 (iki min altı yüz otuz manat əlli iki qəpik) ABŞ Dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar