Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-321/2021 10.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı8, iddiaçı, eyni zamanda digər İddiaçı3 nümayəndəsi İddiaçı2, iddiaçı, eyni zamanda digər İddiaçı7 nümayəndəsi İddiaçı4, Cavabdeh iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus Torpağa Mülkiyyət Hüququna Dair JN-0042 KOD 30321038 saylı Dövlət Aktına əsasən 1,82 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh tərəfindən onlara məxsus torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırmışlar ki, ona və ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna Dair JN-0042 KOD 30321038 saylı Dövlət Aktına əsasən onlara Quba rayonu, Bağçalı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,82 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq istəyərkən onlara məlum olmuşdur ki, həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Hazırda onlar özlərinə məxsus olan 1,82 ha torpaq sahəsindən istifadə edə bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı8, iddiaçı, eyni zamanda digər İddiaçı3 nümayəndəsi İddiaçı2, iddiaçı, eyni zamanda digər İddiaçı7 nümayəndəsi İddiaçı4 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 24 ildir ki, həmin torpaq onun sahibliyindədir. Mübahisə predmeti olan ərazi illərdir onun istifadəsindədir, onun həyətyanı torpaq sahəsidir. Belə ki, sözügedən torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, torpaq sahəsinin planı və ölçüsü barədə sənədlər mövcuddur. Torpaqlar zəbt edilmiş olsaydı, iddiaçılar bu məsələni vaxtında araşdırardılar. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı1 evinin yanında olan 1 ha artıq torpaq sahəsi sonuncu tərəfindən zəbt edilmişdir. Hesab edir ki, həmin torpaq sahəsi ekspert tərəfindən ölçüldükdən sonra İddiaçı1 torpaq payı verilməlidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyin 11.11.2020-ci il tarixli 931 nömrəli arayışından görünür ki, Quba rayonu, Rustov kəndində yaşayan İddiaçı1 İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 ibarət ailə tərkibi vardır; Torpağa mülkiyyət hüququna dair JN-0042 nömrəli KOD 30321038 saylı dövlət aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat komissiyasının 01.11.1997-ci il tarixli 14 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5, X4, İddiaçı7 və X2 kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Quba rayonu, Bağçalı kəndindən 1,82 ha torpaq sahəsi verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin ******* nömrəli çıxarışının surətindən görünür ki, Quba rayonu, Bağçalı kəndində yerləşən 0,3514 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir; Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyin 2016-2020-ci illər üzrə təsərüfatbaşına kitabdan çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində Rustov kənd İƏD-nin Baxçalı kəndində 17 nömrəli təsərrüfatbaşına kitabın 136-cı səhifəsinin 1344 saylı şəxsi hesabda 0,12 ha həyətyanı torpaq sahəsi vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.09.2021-ci il tarixli 10/4637 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-0042 KOD 30321038 nömrəli Dövlət Aktına əsasən İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4, X5, Zamanlı (Fətəliyeva) Əfsanə Güloğlan qızı, İddiaçı7 məxsus Quba rayonu, Bağçalı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,82 ha torpaq sahəsinin döngə nöqtələri və koordinaları faktiki istifadə etdiyi torpaq sahəsindən fərqlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-0042 KOD 30321038 nömrəli Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı5, Zamanlı (Fətəliyeva) Əfsanə Güloğlan qızı, İddiaçı7 məxsus Quba rayonu, Bağçalı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,82 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə Cavabdeh və digər kənd sakinləri tərəfindən faktiki olaraq istifadə mövcuddur. 1,82 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunan hissəsi isə 0,18-ha-dır. Azərbaycan Respublikası İqtisadiyyatNazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, Bağçalı kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 0,3514 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları ilə natura arasında kəskin fərq (sürüşmə) vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, Bağçalı kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 0,3514 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları ilə natura arasında kəskin fərq (sürüşmə) olduğundan Cavabdeh mülkiyyətində olan, Quba rayonu, Bağçalı kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 0,3514 ha torpaq sahəsinin döngə nöqtələri və kordinatları Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşürməsi barədə sualın cavablandırılması mümkün deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, Bağçalı kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 0,3514 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları ilə natura arasında kəskin fərq (sürüşmə) olduğundan həmin torpaq sahəsinin Torpağın Mülkiyyətə Verilməsinə dair JN-0042 KOD 30321038 nömrəli Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Zamanlı (Fətəliyeva) Əfsanə Güloğlan qızı, İddiaçı7 məxsus Quba rayonu, Bağçalı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,82 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 mülkiyyətində Quba rayonu, Bağçalı kəndi ərazisində 1,82 ha torpaq sahəsi vardır. Cavabdeh ona məxsus olan torpaq sahəsinin 0,18 ha hissəsini zəbt etmişdir. Bu hal iddiaçıların mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməyə mane olur. Ona görə də, iddiaçılar zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdeh tərəfindən torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə dair yaranmış maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olmasını iddia etsə də, mötəbər sübut olan ekspert rəyinin nəticəsindən göründüyü iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı5, Zamanlı (Fətəliyeva) Əfsanə Güloğlan qızı, İddiaçı7 məxsus Quba rayonu, Bağçalı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,82 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunan hissəsi isə 0,18 ha-dır. Beləliklə də iddiaçılara məxsus torpaq sahəsindən onların sərbəst istifadə etməsinə cavabdeh tərəfindən maneələr yaradıldığı məhkəmədə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Konstitutsiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək və tərəfləri dinləyərək, belə nəticəyə gəlir ki, cavabdeh öz hərəkətləri ilə iddiaçıların mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırır və buna görə iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 məxsus Quba rayonu, Bağçalı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,82 ha torpaq sahəsinin 0,18 ha hissəsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, Cavabdeh iddiaçılara məxsus 1,82 ha torpaq sahəsinin 0,18 ha hissəsindən çıxarılmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 25 (iyirmi beş) manatı iddiaçıdan, 25 (iyirmi beş) manatı cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0042 KOD 30321038 saylı dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 məxsus 1,82 ha torpaq sahəsinin 0,18 ha hissəsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Cavabdeh torpağa mülkiyyət hüququna dair JN-0042 KOD 30321038 saylı dövlət aktına əsasən iddiaçılara məxsus 1,82 ha torpaq sahəsinin 0,18 ha hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 25 (iyirmi beş) manatı iddiaçıdan, 25 (iyirmi beş) manatı cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X6, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-321/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-321/2021
10.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver