Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-3239/2025 19.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi İddiaçı, Cavabdeh nümyəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Quba rayonu Zərdabi-Barlı bələdiyyəsinə qarşı “əməkhaqqı pulu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quba rayonu Zərdabi-Barlı bələdiyyəsinə qarşı “əməkhaqqı pulu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2042 manat 60 qəpik məbləğində əmək haqqı qalığının, 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 60 manat məbləğində mediasiyaya ödədiyi pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə Quba rayonu Barlı bələdiyyəsində mühasib vəzifəsində işə alınmış, 2020-ci ilə qədər eyni vəzifədə çalışmışdır. 2020-ci ilin yanvar ayından Zərdabi bələdiyyəsində mühasib vəzifəsi üzrə vakant yer olduğundan X1 bələdiyyəsinə keçmişdir. 2025-ci ilə qədər orada işləmişdir. İşlədiyi müddətdə heç bir qanun pozuntusu etməmişdir. İşinə çox məsuliyyətlə yanaşmışdır. Bütün kargüzarlıq və muhasibatlıq işlərini kompüterdə yazmışdır. Lakin 17 fevral 2025-ci il tarixində Zərdabi və Barlı bələdiyyəsi birləşmiş, vahid Zərdabi-Barlı bələdiyyəsi birləşdikdən sonra işdən azad olunmuşdur. O, həmin vaxt buna etiraz etsə də bu heç bir nəticə verməmişdir. Bələdiyyələr birləşən zaman təhvil-təslim aktı tərtib olunmuşdur. Həmin aktda ləğv olunmuş Zərdabi Bələdiyyəsinin işçilərə ödəməli olduğu 3640 manat 56 qəpik pul məbləği də qeyd olunmuşdur. Bu puldan 2042 manat 60 qəpik ona çatmalıdır. Tələb etdiyi əmək haqqı 2024-cü ilə məxsusdur. O, işdən azad olunduqdan sonra bir neçə ay alınmayan əmək haqqı qalmışdır. O, dəfələrlə əmək haqqını tələb etsə də ala bilməmişdir. Əmək haqqının bir hissəsini almamışdır. O, hal-hazırda heç yerdə işləmir. Maliyyə çətinliyi var. Özü açığ ürəy əməliyyatı keçirmişdir. İşləyə bilmir. Övladı da tələbədir. Maddi vəziyyəti olduqca ağırdır. Öz zəhmət haqqısının ona ödənilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, bələdiyyə sədrinin qəbulunda olmuş, əmək haqqını tələb etmiş, ona bələdiyyənin balansında pul olacağı zaman veriləcəyi bildirilmişdir. Məhkəmə iclasında Quba rayonu Zərdabi-Barlı bələdiyyəsinin nümyəndəsi X4 iddianı qəbul edərək bildirdi ki, İddiaçı bələdiyyə sədrinin qəbulunda olmuş, aralarında əmək haqqının ödənilməsi ilə bağlı razılaşma olmuşdur. Bələdiyyənin balansında pul olanda İddiaçı əmək haqqı ödəniləcəkdir. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh xx.xx.2024-cü il tarixinə olan əmək haqqı hesabatından görünür ki, İddiaçı ödənilməli olan əmək haqqı 2042 manat 60 qəpik təşkil edir; ilkin mediasiya prosessinin davab etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Quba rayonu Zərdabi-Barlı bələdiyyəsi ilkin mediasiya sessiyasında iştirak etsə də, tərəflər razılığa gəlməmişlər; xx.xx.2025-ci il tarixli 16201 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı mediasiya təşkilatının hesabına 60 (altmış) manat məbləğində rüsum ödəmişdir; xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 41 (qırx bir) manat məbləğində rüsum ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci bəndinin b yarımbəndinə əsasən, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsidir; 195-ci maddəsinin d bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin a, d, h bəndlərinə əsasən, fərdi əmək mübahisələrinin predmetinə, müvafiq olaraq əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi daxildir; 290-cı maddəsinin 2-ci bəndinə əsasən, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir; 292-ci maddəsinin 2-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər; 299-cu maddəsinə əsasən, fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ildən 2025-ci ilə qədər Cavabdehndə mühasib işləmiş, onunla əmək müqaviləsi bağlanmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinə bələdiyyə tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Zərdabi- Barlı bələdiyyəsi yaradıldıqdan sonra, ləğv edilmiş keçmiş Zərdabi bələdiyyəsi təhvil-təslim zamanı bələdiyyəni DSMF və digər qurumlara borc ilə birikdə təhvil vermişdir. Yaranmış borc vəsaitlərinə görə hal-hazırda Zərdabi-Barlı bələdiyyəsi tam gücü ilə fəaliyyət göstərə bilmir. Zərdabi-Barlı bələdiyyəsinin Poçt və Bank hesablarına sərəncam qoyulmuşdur. Bələdiyyə büdcəsinə daxil olan pul vəsaitləri müvafiq qaydada yaranmış borc vəsaitinə görə avtomatik hesablanaraq tutulur. Zərdabi-Barlı bələdiyyəsi qərara almışdır ki, cari ilin sonunadək müqavilə bağlayaraq audit yoxlama dəvət edib, ləğv edilmiş Zərdabi bələdiyyəsinin 2020-2025-ci illər üzrə maliyyə sənədlərini təftiş edərək, alınmış nəticəyə əsasən keçmiş Zərdabi bələdiyyəsinin fəaliyyəti dövründə bələdiyyənin yaranmış kreditor borcların hansı formada qaytarılması barədə qərar qəbul ediləcəkdir. Məhkəmə iddia ərizəsinin “cavabdeh Quba rayonu Zərdabi-Barlı bələdiyyəsindən ona borclu olduğu 2042 manat 60 qəpik məbləğində ödənilməmiş əmək haqqının onun xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən, hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməlidir. Belə ki, işin mübahisəlindirilməyən halı ondan ibarətdi ki, iddiaçı şəxs Cavabdehndə 2020-ci ildən 2025-ci il tarixədək, yəni 5 il işləmişdir. İddiaçı tərəf izahatında bildiririr ki, əvvəl müntəzəm olaraq əmək haqqı almışdır. 2025-ci ildə işdən azad edilən zaman əmək haqqının hesablanması zamanı Zərdabi bələdiyyəsinin ona 2042 manat 60 qəpik əmək haqqı borcu olması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh Quba rayonu Zərdabi-Barlı bələdiyyəsi tərəfindən ödənilməli 2042 manat 60 qəpik əmək haqqı İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 41 (qırx bir) manat və mediasiya təşkilatının hesabına köçürülmüş 60 (altmış) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Quba rayonu Zərdabi-Barlı bələdiyyəsi tərəfindən ödənilməli 2042 manat 60 qəpik əmək haqqı İddiaçı ödənilsin. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 41 (qırx bir) manat və mediasiya təşkilatının hesabına köçürülmüş 60 (altmış) manat məbləğində pul cavabdeh Quba rayonu Zərdabi-Barlı bələdiyyəsindən alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-3239/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-3239/2025
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver