Məhkəmə qərarları › İş №2(027)-3298/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-3298/2025

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-3298/2025 04.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4100 manat məbləğində məbləğində pulun və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun, 20 manat 50 qəpik müqavilə bağlanması üçün marka pulu ödənişinin və 65 manat məhkəmə rüsumunun alınaraq ona gei qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh ilə uzun müddət tanışdır. Cavabdehə 4100 manat məbləğində borc pul vermişdir. Həmən məbləğin 2100 manatını özü, 2000 manatını isə qohumu Ülviyyə Alxasova vasitəsilə vermişdir. Cavabdeh 4100 manat aldığına dair özünün yazdığı qəbz də vardır. O aldığı 4100 manat pulu geri qaytaracağını bildirsə də qaytarmamışdır. İddiaçı göstərilən səbəblərdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, Niftəliyev X1 yaşadığı evinin yanında meyvə-tərəvəz satmışdır. Pəricahanla elə tanış olmuşlar. Mehman Pəricahandan 4200 manat borc pul istəmişdir. Pəricahan 2100 manatı Mehmana özü şəxsən vermiş, qalan hissəni isə Pəricahan qohumu Ülviyyənin vasitəsi ilə Mehmana vermişdir. Mehman ümumilikdə 4200 manat məbləğində borc almışdır. Həmin borcdan cəmi 100 manat qaytarmışdır. Pulun bir hissəsini Ülviyyədən alsa da, vəsaitin hamısı Pəricahana məxsusdur. İş üzrə Cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak etsə də, sonradan məhkəməyə ərizə təqdim edərək, Bakı şəhərində olduğu üçün keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keşirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. O qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində cavabdehin 4100 manat borc aldığını bildirsə də, əslində İddiaçı faiz olaraq 2100 manat pul almış, 1900 manat pulu isə Ülviyyə adlı qadından almışdır. Məhkəmə iddiaçı tərəfin ərizəsini nəzərə alıb, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh ehtiyacı olduğu üçün tanışı İddiaçı borc olaraq götüryüdü 4100 manat məbləğində pulu 5 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Qəbzdə qeyd etmişdir ki, 2100 manat Pəricana köhnədən olan borcudur. Pəricaha aid 2000 manat pulu isə Alxasova Ülviyyədən almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi müqaviləyə əsasən İddiaçı oğlu tərəfindən Cavabdeh 4100 (dörd min yüz) manat məbləğində borc verilmiş, cavabdeh həmin pulu 05 ay müddətində qaytarmağı öhdəsinə götürmüş və bu barədə iltizam yazmışdır. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh öz öhdəliklərinin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək vaxtında icra etməmiş, qarşısında 4100 (dörd min yüz) manat məbləği həddində məsuliyyəti yaranmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində Pəricahandan 2100 manat alığını, iddia edilən qalan 2000 manat pulu Ülviyyə Alxasova adlı xanımdan aldığını bildirsə də, bu xüsusatlar öz təsdiqini tapmamışdır. İşin mövcud sübutlarından bəllidir ki, cavabdehin borclu olduğu 4100 manat vəsait İddiaçı məxsusdur. İddiaçı pulunu tələb etməkdə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 4100 (dörd min yüz) manat məbləğində vəsait İddiaçı oğlunun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-cu maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzin surətindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 65 (altmış beş) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan hüquqi yardım göstərilməsinə dair xx.xx.2025-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı hüquqi yardıma görə Xaçmaz şəhər vəkil bürosunun hesabına 320 (üç yüz iyirmi) manat 50 (əlli) qəpik (300+20.50) manat köçürmüşdür. Belə ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi 65 (altmış beş) manat və hüquqi yardıma görə vəkil bürosunun hesabına köçürülmüş 320 (üç yüz iyirmi) manat 50 (əlli) qəpik (300+20.50) manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4100 (dörd min yüz) manat məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 65 (altmış beş) manat və hüquqi yardıma görə vəkil bürosunun hesabına köçürülmüş 320 (üç yüz iyirmi) manat 50 (əlli) qəpik (300+20.50) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar