Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-343/2022 24.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Məmmədov İlqar Aslan oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, kredit müqaviləsi üzrə 2428 (iki min dörd yüz iyirmi səkkiz) manat 30 qəpik məbləğində əsas borc, 34 (otuz dörd) manat 21 qəpik məbləğində faiz borcu, ümumilikdə 2462 (iki min dörd yüz altmış iki) manat 51 qəpik və 44 (qırx dörd) manat 63 qəpik məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş “Maliyyə” arayışı ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, Cavabdeh1 06 noyabr 2019-cu il tarixli 300821-51114/10 nömrəli kredit müqaviləsinə əsasən, 15.11.2021-ci il tarixə banka, ümumilikdə 2462.51 (iki min dörd yüz altmış iki) manat 51 qəpik borcu qalmış, kredit müqaviləsi üzrə gecikmə 493 gün təşkil edir. İş sənədlərindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli 300821-51114/10 nömrəli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2428.30 manat məbləğində kredit verilmişdir. İş sənədlərindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli 300821-51114/10 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 bank qarşısında borcalan tərəfindən 06 noyabr 2019-cu il tarixli 300821-51114/10 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə görə borcalanla eyni dərəcədə borcun ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlər irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 44.63 (qırx dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, kredit müqaviləsi üzrə 2428 (iki min dörd yüz iyirmi səkkiz) manat 30 qəpik məbləğində əsas borc, 34 (otuz dörd) manat 21 qəpik məbləğində faiz borcu, ümumilikdə 2462 (iki min dörd yüz altmış iki) manat 51 qəpik borc və 44 (qırx dörd) manat 63 qəpik məbləğində dövlət rüsumu "xxxx" ASC xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-343/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-343/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver