Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-344/2022 28.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 3373,73 (üç min üç yüz yetmiş üç manat yetmiş üç qəpik) manat məbləğində əsas borcu və 1023,53 (bir min iyirmi üç manat əlli üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4397,26 (dörd min üç yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat məbləğində borcun və dövlət büdcəsinə köçürülmüş rüsumunun əvəzi olan 64,38 (altmış dörd manat otuz səkkiz qəpik) manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 17.12.2020-ci il tarixli 109804-339433/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 23.50% dərəcəsi ilə 4029,17 (dörd min iyirmi doqquz manat on yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında 17.12.2020-ci il tarixli, 109804-339433/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 17.12.2020-ci il tarixili 109304-339433/2 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 25.11.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3373,73 (üç min üç yüz yetmiş üç manat yetmiş üç qəpik) manat məbləğində əsas borcu və 1023,53 (bir min iyirmi üç manat əlli üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4397,26 (dörd min üç yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2020-ci il tarixli 109804-339433/2 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 illik 23.50% dərəcəsi olmaqla 18 ay müddətinə 4029,17 (dörd min iyirmi doqquz manat on yeddi qəpik) manat məbləğində kredit verilmiş, sonuncu hər ayın hər ay müəyyən edilmiş vaxtdan gec olmayaraq hər ay 270 (iki yüz yetmiş) manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış 17.12.2020-ci il tarixli 109804-339433/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 Cavabdeh1 zamin durmuşdur; 25.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17.12.2020-ci il tarixli 109804-339433/2 nömrəli krediti müqaviləsi üzrə 25.11.2021-ci il tarixə 3373,73 (üç min üç yüz yetmiş üç manat yetmiş üç qəpik) manat məbləğində əsas borcu və 1023,53 (bir min iyirmi üç manat əlli üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4397,26 (dörd min üç yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat borcu yaranmışdır; bildirişlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər; 26.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 64,38 (altmış dörd manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" ASC-nin “Quba” filialı ilə Cavabdeh1 arasında 17.12.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, sonuncu bankdan 4029,17 (dörd min iyirmi doqquz manat on yeddi qəpik) manat məbləğində kredit götürmüş və krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit ödənişinin təminatı məqsədilə digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan sənədlərdən aydın olduğu kimi, kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün, cavabdehlərin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də, həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlədən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 64,38 (altmış dörd manat otuz səkkiz qəpik) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 17.12.2020-ci il tarixli 109804-339433/2 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3373,73 (üç min üç yüz yetmiş üç manat yetmiş üç qəpik) manat və faiz borcuna görə 1023,53 (bir min iyirmi üç manat əlli üç qəpik) manat olmaqla, cəmi 4397,26 (dörd min üç yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat və dövlət büdcəsinə köçürülmüş rüsumunun əvəzi olan 64,38 (altmış dörd manat otuz səkkiz qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-344/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-344/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver