Məhkəmə qərarları › İş №2(027)-349/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-349/2023

08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-349/2023 08.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1140 manat məbləğində pulun, ziyan aktının alınması ilə bağlı ödənilmiş 50 manat məbləğində pulun, 50 manat hüquqi yardım xərcinin və 33 manat məbləğində dövlət rüsumu kimi məhkəməyə ödənilmiş pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, “Mercedes Benz 190 minik” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olsa da, 7E-12-916 reyestr nömrəli xx.xx.2022- ci il tarixli etibarnamə ilə onun qanuni sahibliyindədir. O, 10 noyabr 2022-ci il tarixdə qeyd edilən avtomobil ilə Quba rayonu, Səbətlər kəndində hərəkətdə olarkən həmin kənd sakini Cavabdeh idarə etdiyi “Tümosan TM8/8110” markalı, **-AB-*** qeydiyyat nişanlı traktor nəqliyyat vasitəsi ilə arxaya manevr etmiş və nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə sahibliyində olan nəqliyyat vasitəsinə ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozması olmuşdur. Bununla bağlı Quba rayon Polis şöbəsinin YPX əməkdaşları tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra TP5397590 saylı, xx.xx.2022-ci il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 60 manat məbləğində cərimə edilmişdir. Quba rayon Polis şöbəsində izahat verən Cavabdeh nəqliyyat vasitəsinin toqquşmasını özü də izahatında təsdiq etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli ziyan aktına əsasən, “Mercedes-Benz 190 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın məbləği 1140 manatdır. Avtomobilə vurulmuş ziyanın ödənilməsi Cavabdeh tələb edilsə də, ziyanı ödəməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o əlavə ziyana düşmüşdür. Ziyan aktının tərtib edilməsinə görə 50 manat, iddia ərizəsinin tərtib edilməsinə görə də 50 manat ödəniş etmiş, iddia ərizəsinin verilməsinə görə rüsum ödəməli olmuşdur. Qeyd edilən məbləğlərdə də cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onun təqsirindən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə ziyan dəymişdir. Lakin dəymiş ziyan çox hesablanmışdır. Belə ki, hadisə nəticəsində avtomobilin cəmi 3 detalı zədələnmişdir. Həmin avtomobilin qəzadan əvvəlki vəziyyəti yaxşı olmamışdır. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.20223-cü il tarixli 9/653 saylı rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1992-ci il buraxılışlı “Mercedes Benz 190” markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 1140 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli ziyan aktından görünür ki, “Mercedes-Benz 190 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1140 manat ziyan dəymişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara qalınmışdır; İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 10 noyabr 2022-ci il tarixdə “Mercedes Benz 190 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Səbətlər kəndində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Tümosan TM8/8110” markalı, **-AB-*** qeydiyyat nişanlı traktor nəqliyyat vasitəsi ilə arxadan toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, qəza nəticəsində İddiaçı idarə etdiyi avtomobilə 1140 manat ziyan dəymişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, Cavabdeh təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə İddiaçı zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi Cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia əsaslı olduğuna görə təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi 1140 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, pozulmuş hüququnun bərpası ilə bağlı İddiaçı hüquqi yardım almaq üçün vəkil ilə xx.xx.2022-ci il tarixdə “Hüquqi yardım müqaviləsi” bağlamış və müqavilə üzrə 50 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, qeyd edilən 50 manat Cavabdeh tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 33 manat məbləğində Cavabdeh alınaraq İddiaçı verilməlidir. Bundan başqa, mülki iş üzrə keçirilmiş ekspertizanın xərci olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi 1140 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 33 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertizanın xərci olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar