Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-354/2022 26.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Məmmədov İlqar Aslan oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 avqust 2018-ci il tarixli kredit müqaviləsi üzrə 269.84 manat əsas borc, 21.27 manat faiz borcu, 31.53 manat cərimə borcu və 24.08.2021-ci il tarixdən 19.11.2-021-ci il tarixədək illik 5%-lə hesablanmış 3.65 manat əldən çıxmış fayda, cəmi 326.29 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdırki, Cavabdeh 24 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 22 % olmaqla, 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. Bank üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borclu müqavilənin şərtlərini pozaraq, üzərinə düşən öhdəliyi lazımi qaydada terinə yetirməmişdir. Nəticədə 19.11.2021-ci il tarixə Cavabdeh 24 avqust 2018-ci il tarixli kredit müqaviləsi üzrə 269.84 manat əsas borc, 21.27 manat faiz borcu, 31.53 manat cərimə borcu və 24.08.2021-ci il tarixdən 19.11.2-021-ci il tarixədək illik 5%-lə hesablanmış 3.65 manat əldən çıxmış fayda, cəmi 326.29 manat məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 avqust 2018-ci il tarixli kredit müqaviləsi üzrə 269.84 manat əsas borc, 21.27 manat faiz borcu, 31.53 manat cərimə borcu və 24.08.2021-ci il tarixdən 19.11.2-021-ci il tarixədək illik 5%-lə hesablanmış 3.65 manat əldən çıxmış fayda, cəmi 326.29 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Belə ki, mülki işin materiallarından görünür ki, "xxxx" İKB ASC ilə cavabdeh arasında bağlanmış 24 avqust 2018-ci il tarixli 23-y-2-0-693-18 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 22 % olmaqla, 36 ay müddətinə 4000 manat məbləğində kredit verilib. İşdə olan 19.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" İKB ASC ilə arasında bağlanmış 24 avqust 2018-ci il tarixli 23-y-2-0-693-18 saylı kredit müqaviləsinə əsasən banka 269.84 manat əsas borc, 21.27 manat faiz borcu, 31.53 manat cərimə borcu və 24.08.2021ci il tarixdən 19.11.2-021-ci il tarixədək illik 5%-lə hesablanmış 3.65 manat əldən çıxmış fayda, cəmi 326.29 manat məbləğində borcu yaranmışdır. İşdə olan 17.12.2020-ci il tarixli qəbzdən görünür ki, «Unibank” KB ASC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan MAPS arayışından görünürki, Cavabdeh Quba rayonu Kür Ərazi Dairəsi, Adur kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh 24 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 269 (iki yüz altmış doqquz) manat 84 qəpik əsas borc, 21 (iyirmi bir) manat 27 qəpik faiz borcu, 01 (bir) manat 53 qəpik cərimə borcu və 24.08.2021-ci il tarixdən 19.11.2-021-ci il tarixədək illik 5%-lə hesablanmış 3.65 manat əldən çıxmış fayda, cəmi 296.29 (iki yüz doxsan altı) manat 29 qəpik məbləğində borc və 30 (0tuz) manat məbləğdə pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-354/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-354/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver