Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-355/2021 18.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmirasıan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın alınmasına yaradılıan maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqa zidd hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən Quba rayonu Paşaoba kəndində JN-268A kod 30310038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ona məxsus 0.08 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinə dair adına Çıxarışın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Quba rayon AİK-nın xx xxxx 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu, Paşaoba kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün ona 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş və adına JN-268A Kod 30310038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib olurmuşdur. Həmin həyətyanı torpaq sahəsində cavabdehlə birgə nikah dövründə 5 otaqlı, 1 mərtəbəli yaşayış evi tikib. Bu fakt iddia ərizəsinə əlavə etdiyi Quba rayon Vəlvələ İƏD üzrə nümayəndəliyin 715 saylı, xx xxxxxx 2020-ci il tarixli arayışı ilə də təsdiq olunur. Bildiririb ki, Quba rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, iş № 2(027)-1472/2020 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında xx xxxxx 1992-ci il tarixdə bağlanmış 09 nömrəli akt qeydi pozulmuş, faktiki ayrıldıqdan sonra evin bir hissəsində cavabdeh, digər hissəsində Cavabdeh yaşayır. Həmin evə bütövlükdə çıxarış verilməsi üçün evin ümumi hissəsinin ölçüləri aparılmalıdır. Nikahı pozulduğundan yaşayış evinin bölünməsi üçün Quba rayon məhkəməsinə ərizə ilə müraciət etmək istəyib. Lakin yaşayış evinə dair reyestr Çıxarışı olmadığından evin bölünməsi üçün məhkəməyə müraciət edə bilmir. Bu səbəbdən də Reyestr Çıxarışının verilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ə müraciət edib. Lakin Cavabdeh AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına həmin yaşayış evinin ölçülərinin aparılmasına imkan vermir və ölçü işləri aparmağa maneələr yaradır. Bu səbəbdən də DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsindən adına fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasport və Dövlət reyestrindən Çıxarış ala bilmir. Göstərilənləri nəzərə alaraq Cavabdeh hüquqa zidd hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən Quba rayonu Paşaoba kəndində JN-268A kod 30310038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ona məxsus0.08 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinə dair adına Çıxarışın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddanı qəbul edərək bildirdi ki, ölçmə işlərinin aparılması üçün gələn şəxslərin əlində sənəd olmadığına görə onları həyətə buraxmayıb. Əllərində sənəd olduğu halda ölçmə işlərinin aparılmasına etiraz eləmir. Həmçinin həmin Çıxarışda uşaqların adları olmalı və payı müəyyən olmalıdır. Məhkəmə İddiaçı Cavabdeh dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Quba rayon İHB-nın Vəl-Vələ kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 715 nömrəli arayışdan görünür ki, İddiaçı, Vəl-Vələ kənd İƏD-nin Paşaoba kənd sakini olub, hal-hazırda həmin kəndə hesabında 0.08 ha torpaq sahəsində tikilmiş beş otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi vardır. İşdə olan Quba rayon İHB-nın Vəl-Vələ kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 713 nömrəli arayışdan görünür ki, İddiaçı, Vəl-Vələ kənd İƏD-nin Paşaoba kənd sakini olub hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Quba rayon İHB-nın Vəl-Vələ kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 714 nömrəli arayışdan görünür ki, Cavabdeh, Vəl-Vələ kənd İƏD-nin Paşaoba kənd sakini olub hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1472/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.1992-ci il tarixli 09 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması haqqında qərar verilmişdir. İşdə olan JN-268A KOD 30310038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Quba rayon AİK-nın xx xxxx 1997ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu, Paşaoba kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün ona 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı özünə məxsus olmayan torpaq sahəsini qeyri-qanuni yol ilə zəbt etməklə hazırda həmin torpaq sahəsinin mülkiyyətçisinə qarşı. qanunsuz müdaxiləsi nəticəsində cavabdeh mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki Cavabdeh hüquqa zidd hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən Quba rayonu Paşaoba kəndində JN-268A kod 30310038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ona məxsus 0.08 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinə dair adına Çıxarışın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehin yaratdığı maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hüquqa zidd hərəkətlərə son qoyulsun və onun Quba rayonu, Paşaoba kəndində JN-268A KOD 30310038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən İddiaçın məxsus 0,08 ha torpaq sahəsində yerləşən yaşayış evinə çıxarışın verilməsi lə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına yaratdığı maneələr aradan qaldırılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-355/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-355/2021
18.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver