Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-357/2021 20.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 27 May 2019-cu il ixli, QUFS-3481 KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4547,16 (dörd min beş yüz qırx yeddi) manat 16 qəpik, faiz borcuna görə 17,94 (on yeddi manat) 94 qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 4565,1 (dörd min beş yüz altmış beş manat) 10 qəpik məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı” ASC-nin nümayəndəsi Natəvan Məmmədova məhkəməyə teleqramma ilə müraciət edərək, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Quba filialı ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış 27 May 2019-cu il tarixli, QUFS-3481 KMP saylı kredit müqaviləsinə əsasən cavbdehə illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 4566,46 (dörd min beş yüz altmış altı) manat 46 qəpik məbləğində kredit verilmişdir. Həmin kredit qaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 27 May 2019-cu il tarixdə İddiaçı ASCnin Quba filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 27 May 2019-cu il tarixli, QUFS-3481 KMP saylı kredit qaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 27 May 2019-cu il tarixli, QUFS- 3481 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 27 May 2019-cu il tarixli, QUFS-3481 KMP saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 27-dən gec olmayaraq, hər ay 78,06 (yetmiş səkkiz manat 06 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımı qaydada icra etməmişdir.Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 27 May 2019-cu il ixli, QUFS-3481 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4547,16 (dörd n beş yüz qırx yeddi) manat 16 qəpik, faiz borcuna görə 17,94 (on yeddi manat) 94 qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 4565,1 (dörd min beş yüz altmış beş manat) 10 qəpik təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 27 May 2019-cu il ixli, QUFS-3481 KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4547,16 (dörd min beş yüz qırx yeddi) manat 16 qəpik, faiz borcuna görə 17,94 (on yeddi manat) 94 qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 4565,1 (dörd min beş yüz altmış beş manat) 10 qəpik məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 May 2019-cu il tarixli, QUFS-3481 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 4566,46 (dörd min beş yüz altmış altı) manat 46 qəpik məbləğində cavabdehə kredit verilmişdir İş materiallarında olan İddiaçı ASC-nin 24.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 27 May 2019-cu il tarixli, QUFS-3481 KM P saylı kredit müqaviləsi üzrə 27 noyabr 2020-ci il tarixə İddiaçı ASC-yə 4547,16 (dörd min beş yüz qırx yeddi) manat 16 qəpik, faiz borcuna görə 17,94 (on yeddi manat) 94 qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 4565,1 (dörd min beş yüz altmış beş manat) 10 qəpik məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 May 2019-cu il tarixli, QUFS-3481 KM P saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan 26.11.2020-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Cavabdeh1 Quba rayonu, Amsar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Banka gecikdirilmiş borcunun olması və ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 May 2019-cu il tarixli, QUFS-3481 KM P saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 4566,46 (dörd min beş yüz altmış altı) manat 46 qəpik məbləğində kredit almışdır, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək, 24 noyabr 2020-ci il tarixə iddiaçıya əsas borcuna görə 4547,16 (dörd min beş yüz qırx yeddi) manat 16 qəpik, faiz borcuna görə 17,94 (on yeddi manat) 94 qəpik, cəmi 4565,1 (dörd min beş yüz altmış beş manat) 10 qəpik məbləğində borcu yaranmışdır.. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 27 may 2019-cu il tarixli, QUFS-3481_KMP saylı kredit müqaviləsi üzrə 4547 (dörd min beş yüz qırx yeddi) manat 16 qəpik əsas borc, 17 (on yeddi) manat 94 qəpik faiz borcu, cəmi 4565 (dörd min beş yüz altmış beş) manat 10 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 27 may 2019-cu il tarixli, QUFS-3481_KMP saylı kredit müqaviləsi üzrə 4547 (dörd min beş yüz qırx yeddi) manat 16 qəpik əsas borc, 17 (on yeddi) manat 94 qəpik faiz borcu, cəmi 4565 (dörd min beş yüz altmış beş) manat 10 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-357/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-357/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver