Məhkəmə qərarları › İş №2(027)-366/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-366/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-366/2024 28.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddaçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 (otuz min) manat əsas borcunu və 180 (yüz səksən) manat dövlət rüsumuna görə pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun yaxın qohumudur. Cavabdeh onun rəhbərlik etdiyi mağazaya mal gətirib verib, onunla mal mübadiləsi etmiş və hərdən ondan borc alaraq, biznesini genişləndirmək istədiyini bildirərək borc almış, aldığı pulu vaxtında qaytararaq bu hərəkət və davranışı ilə onun etibarını qazanmışdır. Cavabdeh 2022-ci ilin əvvəlində ona yaxınlaşıb bildirdi ki, bir yaxşı biznes işi var, lakin bu işi qurmaq üçün vəsaiti çatmadığından ona 10.000 manat borc pul verməyini xahiş etmişdir. O, da arasında etibar olduğu üçün Cavabdeh 10.000 manat borc pul vermişdir. Təxminən 2 aydan sonra Cavabdeh ona yaxınlaşıb 20.000 manat əlavə borc verməyi xahiş etmiş, bildirmişdir ki, 5-10 günə 30.000 manat aldığı pulu qaytaracaqdır. O da ona inanıb 20.000 manat borc pul vermişdir. 2022-ci ilin may ayında onu Polis Şöbəsinə dəvət edən zaman ona məlum olmuşdur ki, cavabdehin atası oğlunun borclarına dözməyərək özünü asaraq intihar etmişdir. O, Polis Şöbəsində izahat verərək. Cavabdeh borca görə narahat etmədiyi barədə izahat vermişdir. Sonradan bu iş üzrə Quba rayon Polis Şöbəsi araşdırma aparmış və Quba rayon Polis şöbəsində Cavabdeh ona 30.000 manat borcu olduğunu etiraf etmiş və Quba RPŞ-nin 01 noyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində cinayət işi başlanması rədd edilərək, onlara izah edilmişdir ki, Cavabdeh pul tələbi barədə məhkəməyə müraciət etmək hüquqları vardır. O, Cavabdehla yaxın münasibətdə olduğu üçün dəfələrlə onun özünə və valideynlərinə ona borclu olduğu pulu qaytarmağı təklif etmişdir. Lakin cavabdeh və ailə üzvləri müxtəlif bəhanələrlə ona pulu qaytarmaqdan imtina etmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həqiqətən İddiaçı ehtiyacı olduğu üçün borc pul istəmiş, iddiaçı ona 20.000 manat məbləğində borc pul vermiş, maddi imkanı olmadığı üçün borcunu qaytara bilməmişdir. Yaxın vaxtlarda borcu qaytaracaqdır. Lakin iddiaçının 30.000 manat məbləğində pul tələbi əsassızdır və iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Quba rayon prokurorluğundan RPŞ-nə göndərilmiş Cavabdeh barəsində göndərilmiş toplanmış ilkin araşdırma materialı mülki iddia qaydasında məhkəmə səlahiyyətlərinə aid olduğundan material üzrə cinayət işinin başlanılması rədd olunmuş və bununla bağlı rayon məhkəməsinə müraciət etmək hüquqları olması onlara izah edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı cavabdeh İddiaçı 30.000 manat məbləğində pulun alınaraq ona verilməsini tələb edir. Lakin məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçıya 20.000 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir. Bununla yanaşı iddiaçı isə öz növbəsində cavabdehin ona 30.000 manat məbləğində pul borclu olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin etirafı hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324.6-cı maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Eldarov X1 Ceyhun Əliqulu oğlundan 20.000 manat məbləğində pul almış və həmin pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilə yazılı formada bağlanmamışdır. Lakin cavabdeh öhdəliyi etiraf etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə, cavabdehin iddiaçıya 20.000 manat məbləğində pul öhdəliyi icrasız qalmışdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh 20.000 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 180 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20.000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 180 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar