Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-367/2022 24.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən borclunun əvəzinə ödənilmiş pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən borclunun əvəzinə ödənilmiş pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 20.10.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini məqsədilə onunla "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsi üzrə ödədiyi 1057,63 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 20.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 28,23 % ilə 36 ay müddətinə 1100 manat məbləğində kredit götürmüş, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminin məqsədilə onunla "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit götürdükdən sonra kredit müqaviləsinə əsasən hər ay ödəməli olduğu kredit borcunu ödəməmişdir. Bu səbəbdən Quba Rayon Məhkəməsi "xxxx" ASC məhkəməyə müraciəti əsasında müqavilə üzrə 974,31 manat əsas, 192,83 manat faiz olmaqla, cəmi 1167,14 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun Cavabdeh və ondan müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri verilmişdir. Məhkəmə əmrinin icrası təmin olunaraq, kredit borcunun tutulması onun əmək haqqısına yönəldilmiş, 2017-ci ilin avqust ayından 2018-ci ilin aprel ayınadək 1057,63 manat tutulmaqla "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Dəfələrlə cavabdehdən ondan əsassız olaraq tutulmuş 1057,63 manat məbləğində pulu tələb etsə də, sonuncu həmin pulu ona ödəməkdən imtina etmişdir. O, cavabdeh pulunu ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Sadalananlara əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 08.11.2016-cı il tarixli 2(027)-6510/2016 nömrəli məhkəmə əmrinə əsasən, Cavabdeh və İddiaçı müştərək qaydada 974,31 manat əsas, 192,83 manat faiz olmaqla, cəmi 1167,14 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə əmr verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar xidmətlər agentliyinin bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin 02.12.2021-ci il tarixli BMFM 15/04.02.216 nömrəli arayışından görünür ki, İddiaçı aylıq əmək haqqından 2017-2018-ci illər üzrə 1057,63 manat məbləğində zaminlik borcu tututlaraq "xxxx" ASCnin Quba filialına köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh bankdan kredit götürmüş, kredit öhdəliyinin təminatı məqsədilə İddiaçı zamin durmuşdur. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün, banka borcu yaranmış və həmin borc İddiaçı tutulmuşdur. İddiaçı tərəf 1057,63 manat məbləğində pulun ondan tutulmasını əsassız hesab edərək iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 20.10.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini məqsədilə bağlanmış zaminlik müqaviləsi üzrə ödənilmiş 1057,63 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 20.10.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini məqsədilə bağlanmış zaminlik müqaviləsi üzrə ödənilmiş 1057,63 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-367/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-367/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver