Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-378/2023 24.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin vəkili və nümayəndəsi X1 və "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və "xxxx" ASCyə qarşı istehlakçının hüququnun pozulması nəticəsində dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxan 147325 manat məbləğində pulun əvəzi olaraq, 147325 manat məbləğində pulun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında vəsatətlə müraciət edərək, işin məhkəmədən kənar həll edilməsi ilə əlaqədar baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və "xxxx" ASC-yə qarşı istehlakçının hüququnun pozulması nəticəsində dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və "xxxx" ASCyə qarşı istehlakçının hüququnun pozulması nəticəsində dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-378/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-378/2023
24.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver