Məhkəmə qərarları › İş №2(027)-38/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-38/2024

05.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-38/2024 05.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddaçılar İddiaçı1, X6, İddiaçı4, İddiaçı3, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, X6, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçririlməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X6, İddiaçı4, İddiaçı3 və İddiaçı5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı3, Qurbanova (Məmmədova) Sevinc Sabir qızına, İddiaçı4 və İddiaçı2 qızma verilmiş Quba rayonu. Paşaoba kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna Dair JN-279 KOD 30310038 saylı Dövlət Aktına əsasən 279C ilə işarələnmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,91 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli, 03 nömrəli qərarı ilə o, İddiaçı1, İddiaçı3 qızma, Qurbanova (Məmmədova) Sevinc Sabir qızına, İddiaçı4 və İddiaçı2 Torpağa Mülkiyyət Hüquqna Dair JN-279 KOD 30310038 saylı Dövlət Aktına əsasən, Quba rayon Paşa-Oba kəndindən kənd Təsərrüfatı məhsulları istehsalı təyinatlı 2,69 ha torpaq sahəsi verilmişdir. Onlar Daşınmaz Əmlakın 22 yanvar 2021-ci il tarixli, AN-İ nömrəli alqı-satqı müqaviləsinə əsasən özlərinə məxsus Quba rayonu, Paşa-Oba kəndində yerləşən 2,96 ha torpaq sahəsindən 0,7722 ha hissəsini satmışlar. Bundan sonra yerdə qalan 1,91 ha torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 29 yanvar 2021-ci il tarixli, **********99 nömrəli məktubu ilə xx.xx.2021-ci il tarixli 4Ə-119 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 2,69 ha torpaq sahəsinin 0,7722 ha hissədə bölünməsi nəticəsində əldə edilmiş yerdə qalan torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmaması və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmaması qeyd edilmişdir. Bundan sonra yerdə qalan özlərinə məxsus 1,91 ha torpaq sahəsinə başqa şəxslərin çıxarış alıb-almaması barədə rəsmi vəkil sorğusu verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18 yanvar 2022-ci il tarixli, **********74 nömrəli məktubu ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-279 KOD 30310038 saylı Dövlət Aktının 279C ilə işarələnmiş 1,91 ha hissəsinə dövlət aktının koordinatları daxilində başqa şəxsin adına çıxarış verilməməsi qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsini cavabdehlər zəbt etmiş, tikililər inşa etmiş, həmçinin qanunsuz fəaliyyət göstərirlər. Onlar dəfələrlə cavabdehlərə torpaq sahəlrindən çıxmalarını bildirsələr onlar bundan imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddaçılar İddiaçı1, X6, İddiaçı4, İddiaçı3 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X3 iddianı qəbul etməyərək, iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə İddiaçı5 və Cavabdeh1 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, onun təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-279 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X12 görünür ki, İddiaçı1, İddiaçı3, X7, İddiaçı4 və İddiaçı2 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli, 03 nömrəli qərarı ilə 2,69 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı5 İddiaçı4, X6 və İddiaçı3 mülkiyyətində olan Quba rayonu, Paşaoba kəndində yerləşən 2,69 ha torpaq sahəsinin 0,7722 ha hissəsini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********74 nömrəli məktubdan görünür ki, elektron məlumat bazasına əsasən JN-279 C ilə işralənmiş 1.91 ha hissəsinə dövlət aktının koordinatları daxilində başqa şəxsin adına çıxarış verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə verilən çıxarışdan görünür ki, Quba rayonu, Paşaoba kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 262 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3-16- 16/2-10/938 saylı rəyindən görünür ki, iddiaçı və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüşdür. Kameral araşdırma zamanı məlum olmuşdur ki, həmin sözügedən mübahisəli torpaq sahəsi yerləşən ərazidə mülkiyyətçilərin faktiki istifadəsi ilə baza məlumatlarında olan xəritə materialları arasında kəskin uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən iddiaçı və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüş, araşdırma zamanı məlum olmuşdur ki, həmin sözügedən mübahisəli torpaq sahəsi yerləşən ərazidə mülkiyyətçilərin faktiki istifadəsi ilə baza məlumatlarında olan xəritə materialları arasında kəskin uyğunsuzluq mövcuddur. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, iddiaçılar İddiaçı1, X6, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçririlməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, X6, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçririlməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar