Məhkəmə qərarları › İş №2(027)-394/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-394/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-394/2021 24.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı “FİNKA Azərbaijan” MM QBKT-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “FİNKA Azərbaijan” MM QBKT-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı “FİNKA Azərbaijan” MM QBKT-nin nümayəndəsi Ramil Heydərov ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən borcun bağlanması səbəbindən mülki işi baxılmamış saxlanmasını və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinə dair rəsmi sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki 2(027)-394/2021 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “FİNKA Azərbaijan” MM QBKT-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar