Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-40/2025 26.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə və ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və ərizəyə əlavə olunmuş sənədlərin qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır Həmçinin ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, hazırda tərəflər arasında faktiki olaraq mübahisəli durum ortada qalmamışdır. Qarşı tərəf iddia ərizəsindən imtina etdiyi təqdirdə onlar da qarşılıqlı iddiadan imtina etməyə hazırdırlar. Məhkəmə prosesinin bu qədər uzanmasına lüzum görmürlər. Elektron məhkəmə sisteminə bu barədə ərizə təqdim etsələr onlarda ərizə ilə məhkəməyə müraciət edəcəklər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddia tələbinin baxılmamış saxlanılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etsə də, ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddiadan imtina ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişlər. Belə ki, mülki işin baxılması ilə əlaqədar ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər heç bir üzürlü səbəb olmadan xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “ziyan” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “ziyan” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-40/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-40/2025
26.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver