Məhkəmə qərarları › İş №2(027)-401/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-401/2022

04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-401/2022 04.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclasının katibi X35, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi Şahid1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X5 nümayəndəsi X16 iştirakı ilə İddiaçı X7 qarşı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və X5 İddiaçı qarşı torpaq sahəsinə vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X3 yaylaqda otarmaq adı ilə alaraq qaytarmadığı 8 baş iri buynuzlu mal-qaranın yerinə qiymətləndirib əvəzləşdirməklə verdiyi ünvan 1i ərazisində yerləşən 1,33 ha torpaq sahəsinin bu günkü real dəyərini təşkil edən 33250 (otuz üç min iki yüz əlli) manatın və məhkəməyə iddia verilməsi məqsədilə tərəfindən ödənilmiş 190 (yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X17 iddia ərizəsinə etiraz verərək, İddiaçı iddiasnın əsassız olduğunu, göstərmiş, həmçinin ərizə təqdim edərək, İddiaçı iddiasını qəbul etmədiyini və mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişdir. X2 Fəxriyyə Qafar qızına qarşı Quba Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşıqlı iddianın təmin edilməsi, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.09.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,8 ha torpaq sahəsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.09.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,5322 ha torpaq sahəsində əkdiyi 250 alma ağacının cavabdeh tərəfindən məhv edilməsinə görə (150x0.80=120, 250x120=30.000) 30.000 manat və 15.000 manat məbləğində əldən çıxmış fayda olmaqla 45.000 manat məbləğində pulun və tərəfindən ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsinə etiraz verərək, cavabdeh X16 İddiaçı qarşı torpaq sahəsinə vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edərək, İddiaçı cavabdeh X7 qarşı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh X5 qarşılıqlı iddia ərizəsinə iddia müddəti tətbiq edərək, qarşılıqlı iddiadan imtina edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla onunla əsaslandırmışdır ki, 2003-cü ildə tərəflərindən ünvan 1ində yaşayan cavabdeh X7 yaylağa aparmaq üçün 8 baş iri buynuzlu mal-qara verilmiş, lakin 2003-cü ilin noyabr ayında heyvanlar yaylaqdan qayıdan vaxt o, heyanları onlara geri qaytarmamışdır. Bu barədə Ağahüseyn Ağahüseynovdan soruşarkən, o, mallara baxan çobanın Quba rayonunun ərazisinə çatarkən gecə vaxtı olduğu üçün sürünü Xaçmaz rayonu ərazisindəki dənizkənarı kəndlərin birinə aparıldığını bildirmişdir. Bundan sonra qardaşı Nəcəf Nəcəfov, Ağahüseyn Ağahüseynovla birlikdə həmin ərazini axtarmış, lakin mal-qaranı tapa bilməmişlər. Sonradan isə cavabdeh Ağahüseyn Ağahüseynov sürünün Şabran rayonunun kəndlərindən birinə aparıldığını demişdir. Onlar həmin ərazini də axtarmış, lakin tapa bilməmişlər. 2004-cü ilin may ayında cavabdeh onlara hazırda tapa bilmədikləri sürünün yaylaqda olduğunu bildirmişdir. Lakin 8 baş iri buynuzlu mal-qaranın yaylaqda da, aşkar olunmadığından məlum olmuşdur ki, cavabdeh Ağahüseyn Ağahüseynov inəkləri mənimsəmişdir. Bundan sonra X38 ona təhvil verilmiş 8 baş iri buynuzlu mal-qaranı tələb etdikdə Ağahüseyn Ağahüseynov inəklərin yerinə onun özünə və ailə üzvlərinə məxsus ünvan 1i ərazisində yerləşən 1,33 ha torpaq sahəsini 1.700.000 (bir milyon yeddi yüz min) manata qiymətləndirib əvəzləşdirməklə verməyi təklif etmişdir. Atası X20 Ağahüseynovun təklifindən əvvəl də onun təklif etdiyi torpağın sahəsinə və qiymətinə uyğun torpaq sahəsi almaq niyyətində olduğunu və belə bir təklif olunmasa belə yaxınlıqdakı ərazilərdən həmin torpaq sahəsinə uyğun başqa torpaq sahəsi alacağını nəzərə alaraq onun bu təklifi ilə razılaşmışdır. Beləliklə, Dövlət aktı ilə mülkiyyət hüququ əsasında Ağahüseyn Ağahüseynova və onun ailə üzvlərinə məxsus ünvan 1i ərazisində yerləşən 1,33 ha torpaq sahəsinin 20 sentyabr 2004-cü il tarixdə atası X4 dair öz aralarında Şahid1, X47 və X26 şahidliyi ilə Torpaq alqı-satqısı müqaviləsi yazaraq imzalamışlar. Müqavilə imzalanarkən Dövlət aktının əsli atasına təhvil verilmiş və razlığa gəlmişlər ki, münasib bir vaxtda notariusa gedib onu rəsmiləşdirsinlər. Qeyd edir ki, həmin torpaq, sahəsi alındığı 2004-cü il tarixdən vəfat edənə qədər atasının istifadəsində olmuşdur. Atası 17 avqust 2014-cü il tarixdə vəfat edəndən sonra torpaq sahəsi vərəsələri tərəfindən idarə edilməklə istifadə edilir və bütün vergiləri də tərəflərindən ödənilir. 2017-ci İlin dekabr ayında isə onlara təsadüfən məlum olmuşdur ki, “Şəfəq” qəzetinin 16 dekabr 2017-ci il tarixli nömrəsində Ağahüseyn Ağahüseynov öz əli ilə onlara verdiyi dövlət aktının guya itirilməsi barədə elan vermişdir. Belə olan halda tərəflərindən Ağahüseyn Ağahüseynovun onlara qarşı qanunsuz hərəkətləri barədə Quba rayon polis şöbəsinə şikayət edilmişdir. Quba rayon X63 şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X30 qəbul etdiyi Cinayət işinin başlanmasının rədd edilməsi 29 yanvar 2018-ci il tarixli qərarı ilə X5 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Quba rayon polis şöbəsi tərəfindən yuxarıda göstərilən qərarın qəbul edilməsinə baxmayaraq, araşdırma zamanı 20 sentyabr 2004-cü il tarixdə 1,33 ha torpağı 1.700.000 manata Ağahüseyn Ağahüseynov tərəfindən Qafar Nəcəfova satması barədə tərtib olunmuş müqavilədə hal şahidi kimi iştirak edən X48 göstərmişdir ki, təxminən 2004-cü ildə Ağahüseyn Faiqin atası Qafarın 8 baş iri buynuzlu heyvanlarını mənimsədiynə görə, o, həmin heyvanların əvəzinə Qafar kişi ilə razılaşaraq, sonuncuya yaşadıqları kənddə yerləşən torpaq sahəsini vermişdir. Ağahüseyn həmin torpaq sahəsinin sənədlərini Qafar kişiyə vermişdir. Daha sonra öz aralarında alqısatqı müqaviləsi imzalanmış o, da həmin vaxt hal şahidi kimi həmin müqaviləni imzalamışdır. Quba rayon polis şöbəsində aparılan araşdırma zamanı X27 da analoji izahat verərək Refat İskəndərovun izahatını təsdiq etmiş və bildirmişdir ki, 2004-cü ildə Ağahüseyn Faiqin atası Qafarın 8 baş iri buynuzlu heyvanlarını mənimsədiyinə görə o, həmin heyvanların əvəzinə Qafar kişi ilə razılaşaraq, sonuncuya yaşadıqları kənddə yerləşən torpaq sahəsini vermişdir. Ağahüseyn həmin torpaq sahəsinin sənədlərini Qafar kişiyə vermişdir. Daha sonra öz aralarında alqı-satqı müqaviləsi imzalanmış, o, da həmin vaxt hal şahidi kimi həmin müqaviləni imzalamışdır. Beləliklə, Quba rayon polis şöbəsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, X17 2003-cü ilin may ayında yaylaqda otarmaq adı ilə aldığı 8 baş iri buynuzlu mal-qaranı sonradan müəyyən səbəblərə görə ona qaytara bilmədiyindən, aralarında olan razılaşmaya əsasən, özünə və ailə üzvlərinə məxsus 1,33 ha torpaq sahəsini 1.700.000 manata qiymətləndirərək X19 bu barədə 20 sentyabr 2004-cü il tarixdə Ağahüseyn Ağahüseynovun və ailə üzvlərinin, eləcə də hal şahidləri R.İskəndərovun və Z.Tarverdiyevin iştirakı ilə alqı-satqı müqaviləsi tərtib edərək X72 Nəcəfova vermişdir. Bundan başqa tərəfindən X7, X6, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızına, X21 və X18 qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmin iş üzrə Quba Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(027)-2298 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(105)- 1133/2019 saylı qətnaməsi ilə isə iddia tələbi rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(102)-5966/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli, 2(105)-1133/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddia ərizəsindən imtinası təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bundan başqa tərəfindən iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət olunaraq ünvan 1ində yerləşən 1,33 ha torpaq sahəsinə dair atası Nəcəfov Səməd oğlu ilə X22, X11, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X31, X28 arasında imzalanmış 20 sentybar 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 1ində yerləşən 1,33 ha torpaq sahəsinə dair X52 adına Çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Quba Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(027)-677/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(105)-1562 saylı qətnaməsi ilə təmin edilməmiş, Quba Rayon Məhkəməsinin iş üzrə 26 oktyabr 2020-ci il tarixli, 2(027)-677/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(105)-1562/2021 saylı qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayəti də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(102)-5582/2021 sayı qərarı ilə təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən aydın şəkildə görünür ki, məhkəmə iddia ərizəsini rədd edərkən, tərəflər arasında bağlanmış alqı-satqı müqavilsinin qanunla müəyyən olunmuş qaydada olmamasına istinad etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmış və bu barədə məhkəmənin hüquqi mövqeyi qətnamənin “Hüquqi məsələlər” hissəsinin birinci və ikinci abzaslarında öz əksini tapmışdır. Göründüyü kimi, məhkəmələr tərəfindən mübahisələndirilən müqavilənin etibarlı hesab edilməməsi üçün qanunla müəyyən olunmuş qaydada olmamasına istinad etmiş, lakin müqavilənin faktiki olaraq bağlandığı və müqavilə bağlanarkən tərəflərin iradə ifadələri istisna edilməmişdir. Eyni zamanda iş üzrə təyin edilmiş və keçirilmiş “Sənəd rekvizitlərinin tədqiq” ekspertizasının 06 avqust 2020-ci il tarixli, 5/408 sayh ekspert rəyindən görünür ki, 20 sentyabr 2004-cü il tarixli müqavilədə montaj əlamətləri müəyyən edilməmişdir. Belə olan halda X17 8 baş iri buynuzlu mal-qaranı mənimsədiyindən, eyni zamanda mənimsədiyi mal qaranın yerinə qiymətləndirib əvəzləşdirməklə verdiyi ünvan 1i ərazisində yerləşən 1,33 ha torpaq sahəsinə dair bağlanmış aıqı-satqı müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə bağlanmış hesab edilmədiyindən mübahisəli torpaq sahəsi cavabdeh Ağahüseyn Ağahüseynovun mülkiyyətinə keçdiyi halda, cavabdehin əsassız varlanması halı yaranmış olur. Qeyd olunanlardan göründüyü kimi, Ağahüseyn Ağahüseynov və onun ailə üzvləri tərəfindən satdıqları torpaq sahəsi ilə bağlı atası Qafar Nəcəfovun sağlığında və onun vəfatından 3 il ötənədək hər hansı tələb irəli sürülməmiş, 2017-ci ilin dekabr ayında isə Şəfəq” qəzetinin 16 dekabr 2017-ci il tarixli nömrəsində Ağahüseyn Ağahüseynovun öz əli ilə atasına verdiyi dövlət aktının guya itirilməsi barədə elan yerləşdirilmişdir. Elanın yerləşdirildiyi ərizə məlum olduqdan sonra tərəfindən cavabedhlərə qarşı ilk dəfə “torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi”, sonradan isə “torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələblərinə dair iddia ərizələri ilə məhkəmələrə müraciət edilmişdir, Məhkəmələr tərəfindən yuxarıda sadalanan məhkəmə aktları qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(105)-1562/2021 saylı qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təmin edilmədiyi 18 noyabr 2021-ci il tarixdə isə ona cavabdeh X5 əsassız varlandığı və torpaq sahəsindən məhrum olduğu məlum oldu. Beləliklə, hesab edir ki, X5 mənimsədiyi 8 baş iri buynuzlu mal-qaranın yerinə qiymətləndirib əvəzləşdirməklə verdiyi Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində yerləşən 1,33 ha torpaq sahəsinin bu günə olan real bazar dəyəri məhkəmə qaydasında ondan tutularaq ona ödənilməlidir. Belə ki, Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X64 17 avqust 2014-cü il tarixdə ölmüşdür 02 noyabr 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin mətnindən görünür ki, 17 avqust 2004-cü il tarixdə ölmüş X52 vərəsəsi - qızı İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak Quba rayon torpaq şöbəsi tərəfindən 28.02.2001-ci il tarixdə X56 verilmiş seriya nömrəsi JN-856, KOD30319018 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha an torpaq sahəsindən ibarətdir. 02 noyabr 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin mətnindən görünür ki, 17 avqust 2004-cü il tarixdə ölmüş X52 vərəsəsi - qızı İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 13.10.2020-ci il tarixdə X56 verilmiş **********-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 191.9 kv.m olan daşınmaz əmlak və ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 13.10.2020-ci il tarixdə X56 verilmiş 30**********-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət eyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsindən ibarətdir. 03 sentyabr 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin mətnindən görünür ki, 17 avqust 2004-cü il tarixdə ölmüş X52 vərəsəsi qızı İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak ZAZ 110307 minik markalı, 40BX441 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Quba rayonu, X40 14 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, ünvan 1i ərazisində olan X17 və ailə üzvlərinin adına olan 1.33 ha və X12 adına olan 0.19 ha pay torpaqları 2004-cü ildən etibarən ünvan 1 sakini X64 tərəfindən, 2014-cü ildən hal-hazıra kimi oğlu Şahid1 tərəfindən əkilib becərilmiş və torpaq vergiləri onlar tərəfindən ödənilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, X3 alındığı 2004-cü ildə torpaq sahəsi onun və ailə üzvlərinin tərəfindən uzun müddət əkilib-becərilmədiyindən təsərrüfata yararsız vəziyyətdə olduğundan tərəfindən uzun illər öz mülkiyyəti hesab etdiyi torpaqda yaxşılaşdırma işləri aparılaraq müxtəlif vasitələrlə dərmanlanmış və bu illər ərzində torpağa zəruri aqrotexniki qulluq edilmişdir. Bunun üçün isə külli miqdara vəsait sərf edilmişdir. 20 sentyabr 2004-cü il tarixli müqavilədən görünür ki, X17, X11, X23, X31, X28 və X64 tərəfindən Birinci Nügədi kənd sakinləri Şahid1, X47 və X26 şahidlikləri ilə tərtib edilmiş müqaviləyə əsasən, Ağahüseynovlar ailəsinə - Ağahüseyn, Mehriban, Kamilə, Pənah, Pərvizə 10/X-2001-ci il tarixdə Dövlət Yerqurlayihə İnstitutu tərəfindən verilmiş JN- 868 saylı, kod 30319018 torpağa mülkiyyət hüququna X74 əsasən onlara məxsus olan ünvan 1ində yerləşən 0.80 ha əkin sahəsi, 0.53,2 ha bağ sahəsi olmaqla cəmi 1.33 ha torpaq sahəsini bir milyon yeddi yüz min manata X9. Torpağa mülkiyyət Hüququna dair Dövlət aktının surətindən görünür ki, X17, X11, Nurəhmədli (Ağahüseynova) Kamilə Ağahüseyn qızı, X31 və X18 Quba Rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarına əsasən, JN-868 saylı, kod 30319018 nömrəli Dövlət aktı tərtib edilərək, 1.33 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Qeyd olunanlardan görünür ki, cavabdeh X17 ona yaylağa aparmaq üçün verilmiş 8 baş iri buynuzlu mal-qaranı mənimsəmiş, mal-qaranın və ya onun dəyərini X38na qaytarmaqdan yayınmaq üçün inəklərin yerinə onun özünə və ailə üzvlərinə məxsus ünvan 1i ərazisində yerləşən 1,33 ha torpaq sahəsini 1.700.000 (bir milyon yeddi yüz min) manata qiymətləndirib əvəzləşdirməklə onunla alqı-satqı müqaviləsi bağlamış, sonradan isə həmin müqaviləni notariat qaydada rəsmiləşdirməkdən imtina edərək torpaq sahəsini onlardan geri tələb etməklə əsassız varlanmışdır. Hazırda uzun illər sahibliyində və istifadəsində olan, öz mülkiyyəti bildiyi ailəsinin dolanacaq yeri olan 1,33 ha torpaq onlardan geri alındığından həmin torpaq sahəsinə uyğun başqa torpaq sahəsi almaq məcburiyyətindədir ki, həmin torpaq sahəsinin 1 sotunun bu günkü bazar dəyəri 250 manat təşkil edir. Bu isə özlüyündə cavabdeh X5 əsassız varlanması ilə ona torpağın dəyəri məbləğində zərər dəyməsi ilə nəticələnmişdir. Belə ki, X17 X38nu aldadaraq 2004-cü ildə sözügedən torpaq sahəsini ona satmasaydı, həmin dövrdə bu torpağın sahəsinə və digər xüsusiyyətlərinə uyğun torpaq sahəsi alınacaqdı ki, həmin torpaq sahəsi bu gün atasının vərəsəsi olaraq onun mülkiyyətində olacaqdı. Hazırda isə həmin torpağa uyğun başqa torpaq sahəsi almaq üçün 33.250 manat vəsait sərf etmək məcburiyyətindədir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh və onun ailəsi ilə heç vaxt birgə təsərrüfat idarə etməmişlər və cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Torpaq sahəsi cavabdehə və onun ailə üzvlərinə Quba rayon AİK-nin 23.03.1999-cu il tarixli qərarı ilə verilsə də, aktdan görünür ki, JN:868, 30319018 kod nömrəli Dövlət Aktı cavabdehə 10 oktyabr 2001-ci ildə verilmiş və torpaqların yerinin müəyyən edilməsinə yalnız bundan sonra başlanmışdır. Beləliklə, 2001-ci ilin sonlarınadək cavabdeh və onun ailəsinin Dövlət aktı ilə onlara verilmiş torpaq sahəsinin harada yerləşməsindən məlumatları belə olmamışdır. 1991-ci ildə Sovet Hakimiyyətinin süquta uğraması sovxozlara da təsirsiz ötüşmədi və həmin dövrlərdən sovxozun suvarma sistemi tədricən sıradan çıxmağa başladı. Suvarma qaydasında aparılmadığından isə sovxoza məxsus torpaq sahələrində əkilmiş ağaclar qurumağa başladı. Mavi qaz olmadığından isə həmin dövrlərdə kənd əhalisi tərəfindən qurumuş ağaclar kəsilərək odun kimi istifadə edilirdi. Beləliklə, Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,33 ha torpaq sahəsinin cavabdehin və onun ailə üzvlərinin istifadəsinə faktiki olaraq verildiyi 2001-ci ildə həmin torpaq sahəsində hər hansı bar verən meyvə ağacı olmamışdır. 2001-ci ildən atası Qafar Nəcəfova satıldığı 2004-cü ilədək torpaq sahəsi cavabdeh və onun ailə üzvləri tərəfindən əkilib-becərilmədiyindən ümumiyyətlə istifadəyə yararsız vəziyyətə düşmüşdür ki, istifadə etdikləri dövrdə tərəfindən torpaq sahəsinin kənd təsərrüfatına yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda vəsait sərf edilmişdir. Qarşılıqlı iddia ərizəsinin torpaq sahəsində kələm əkərək 15.000 manat xeyir götürə biləcəyi dəlili ilə bağlı bildirmək istərdi ki, torpaq sahəsinin cavabdehin mülkiyyətinə verildiyi 1999-cu ildən iddiaçı tərəfin istifadəsinə keçdiyi 2004-cü ilədək ötən müddət ərzində həmin torpaq sahəsi təyinatı üzrə istifadə etmədiyi halda, cavabdeh yaylaqda otarmaq adı ilə alaraq qaytarmadığı 8 baş iri buynuzlu mal-qaranın yerinə qiymətləndirib əvəzləşdirməklə verdiyi 2004-cü ildən sonrakı müddət ərzində kələm əkərək xeyir götürəcəyini iddia edir. Hansı ki, tərəfindən iddia ərizəsinin qoşmasına əlavə edilmiş Quba rayon X63 Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X30 Cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 yanvar 2018-ci il tarixli qərarından görünür ki, 20 sentyabr 2004-cü il tarixdə 1,33 ha torpağı 1.700.000 manata Ağahüseyn Ağahüseynov tərəfindən Qafar Nəcəfova satması barədə tərtib olunmuş müqavilədə hal şahidi kimi iştirak edən X48 izahatında göstərmişdir ki, təxminən 2004-cü ildə Ağahüseyn Faiqin atası Qafarın 8 baş iri buynuzlu heyvanlarını mənimsədiyinə görə, o, həmin heyvanların əvəzinə Qafar kişi ilə razılaşaraq, sonuncuya yaşadıqları kənddə yerləşən torpaq sahəsini vermişdir. Ağahüseyn həmin torpaq sahəsinin sənədlərini Qafar kişiyə vermişdir. Daha sonra öz aralarında alqı-satqı müqaviləsi imzalanmış, o, da həmin vaxt hal şahidi kimi həmin müqaviləni imzalamışdır. Quba rayon polis şöbəsində aparılan araşdırma zamanı X27 da analoji izahat verərək Refat İskəndərovun izahatını təsdiq etmiş və bildirmişdir ki, 2004-cü ildə Ağahüseyn Faiqin atası Qafarın 8 baş iri buynuzlu heyvanlarını mənimsədiyinə görə, o, həmin heyvanların əvəzinə Qafar kişi ilə razılaşaraq, sonuncuya yaşadıqları kənddə yerləşən torpaq sahəsini vermişdir. Ağahüseyn həmin torpaq sahəsinin sənədlərini Qafar kişiyə vermişdir. Daha sonra öz aralarında alqı-satqı müqaviləsi imzalanmış, o, da həmin vaxt hal şahidi kimi həmin müqaviləni imzalamışdır. Həmin vaxt Ağahüseyn Qafara söz vermişdir ki, mal-qaranın qalan pulunu yavaş-yavaş ödəyəcəkdir. Beləliklə, Quba rayon polis şöbəsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, X17 2003-cü ilin may ayında yaylaqda otarmaq adı ilə aldığı 8 baş iri buynuzlu mal-qaranı sonradan müəyyən səbəblərə görə ona qaytara bilmədiyindən, aralarında olan razılaşmaya əsasən, özünə və ailə üzvlərinə məxsus 1,33 ha torpaq sahəsini 1.700.000 manata qiymətləndirərək X19 bu barədə 20 sentyabr 2004-cü il tarixdə Ağahüseyn Ağahüseynovun və ailə üzvlərinin, eləcə də hal şahidləri R.İskəndərovun və Z.Tarverdiyevin iştirakı ilə alqı-satqı müqaviləsi tərtib edərək X72 Nəcəfova vermişdir. Eyni zamanda, iddia ərizəsində sadalanan məhkəmə aktlarına diqqət yetirdikdə aydın şəkildə görünür ki, həmin aktlarla tərəflər arasında torpaq sahəsinə dair alqı-satqının olmaması deyil, bağlanmış alqı-satqı müqaviləsinin qanunla müəyyən olunmuş qaydalara riayət edilmədən bağlanması müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının “tərəflər arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddia tələbi təmin edilməmişdir. Belə ki, Quba Rayon Məhkəməsinin 2(027)-2298/2018 saylı iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin 5-ci səhifəsinin 2ci abzasında qeyd olunur ki, məhkəmədə müəyyən olunmuşdur ki, sözügedən müqavilədə və iddia ərizəsində göstərildiyinin əksinə olaraq satılan torpağın əvəzinə iddiaçı tərəf cavabdehlərə 1.700.000 manat pulu ödəməmişdir. İş materiallarından və məhkəmə araşdırması nəticəsində aşkar olunmuşdur ki, həmin məbləğ iddiaçının qardaşı X60 Ağahüseynova verdiyi və sonuncunun mənimsədiyi 8 baş iri buynuzlu mal-qaranın dəyəridir. Bu dəyər şərti olaraq onun əvəzinə verilməsi nəzərdə tutulan torpağın qiyməti kimi müəyyənləşdirilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2298/2018 saylı iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin 5-ci səhifəsinin 5-ci abzasında qeyd olunur ki, göründüyü kimi, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin həmin torpağın pul müqabilində alqı-satqısı üzrə niyyətləri və iradə ifadələri mövcud olmamış və tərəflər arasında bu müqavilə bağlanarkən 8 baş iri buynuzlu mal-qaranın mənimsənilməsi ilə bağlı vurulmuş ziyanın əvəzinin ödənilməsi niyyəti olmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-677/2020 saylı iş üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsinin 3-cü səhifəsinin 3-cü abzasında qeyd olunur ki, iş üzrə təyin edilmiş və keçirilmiş “Sənəd rekvizitlərinin tədqiq” ekspertizasının 5/408 saylı, 06 avqust 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 20.09.2004-cü il tarixli müqavilədə montaj əlamətləri müəyyən edilməmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-677/2020 saylı iş üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsinin 4-cü səhifəsinin 6-cı abzasında qeyd olunur ki, belə ki, iş üzrə İddiaçı mərhum X38 ilə cavabdeh X17 arasında 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin 20.09.2004- cü il tarixdə bağlanmasına baxmayaraq iddiaçının atası X15 həmin müqaviləni notariat qaydasında rəsmiləşdirməmiş, alqı-satqı müqaviləsi əsasında istifadələrində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsinə dair çıxarış və ya hər hansı bir rəsmi qaydada sənəd əldə etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-156282021 saylı iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsinin 3-cü səhifəsinin (Hüquqi məsələlər) hissəsinin birinci abzasında qeyd olunur ki, işdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin qanunla müəyyən olunmasının qaydada olmamasına istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(102)- 5582/2021 saylı qərarında da, qeyd olunan məhkəmə qətnamələrinə uyğun hüquqi mövqe sərgilənmişdir. Quba rayonu, X40 14 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, ünvan 1i ərazisində olan X17 və ailə üzvlərinin adına olan 1.33 ha və X12 adına olan 0.19 ha pay torpaqları 2004-cü ildən etibarən ünvan 1 sakini X64 tərəfindən, 2014-cü ildən hal-hazıra kimi oğlu Şahid1 tərəfindən əkilib becərilmiş və torpaq vergiləri onlar tərəfindən ödənilmişdir. Göründüyü kimi, məhkəmələr tərəfindən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə riayət edilmədən bağlandığından bağlanmış hesab edilməsə də, həmin müqaviləni faktiki olaraq mövcudluğu təkzib edilməmişdir. İşin hallarından isə göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair alqısatqı müqaviləsi bağlanarkən tərəflərin niyyətləri cavabdeh X5 8 baş iri buynuzlu malqaranı mənimsəməsi ilə bağlı vurduğu ziyanın əvəzinə torpaq sahəsini qiymətləndirib əvəzləşdirməklə vermək olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, torpaq sahəsi cavabdeh X5 8 baş iri buynuzlu mal-qaranı mənimsəməsi ilə bağlı vurduğu ziyanın əvəzinə qiymətləndirib əvəzləşdirməklə verildiyi, eyni zamanda torpaq sahəsinin verilidiyi 2004-cü ildən ötən 18 il ərzində hər hansı tələb irəli sürülmədiyi halda hazırkı qarşılıqlı iddia ərizəsində qeyd edilən dəlillərlə əldən çıxmış fayda tələbi ilə çıxış etmək tamamilə qanunsuzdur və tələbin hüquqi əsası mövcud deyil. Həmçinin, cavabdehin məhkəməyə təqdim etdiyi arxiv arayışları ilə bağlı məhkəmənin diqqətinə çatdırır ki, həmin arayışları təqdim etməklə cavabdeh fərqli fikir formalaşdırmaqla məhkəməni işin həqiqi hallarından yayındırmağa çalışır. Belə ki, cavabdeh 1999-cu ildə İ Hügədi AİK-nin sənədi ilə X52 aldığı əmlaka daxil edilmiş əmlakçıların siyahısında Ağahüseyn Ağahüseynovun, Məsmə Ağahüseynovanın və Mehriban Ağahüseynovanın da adlarının olmasına istinad edərək şərikli təsərrüfatlarının olması görüntüsünü yaratmağa çalışmışdır. Hansı ki, həmin dövrdə dövlət əmlakı özəlləşdirilərkən əmlak payı qanunvericiliyin tələbinə uyğun olaraq sovxozun işçilərinə əmək stajına mütənasib olaraq əmsallaşdırmaqla verilirdi. Əmlak payının pul nominalı ilə müəyyən edilməsinə baxmayaraq, faktiki olaraq payın naturada verilməsi nəzərdə tutulduğundan isə dəyəri daha yüskən olan əmlakın əmlak payına uyğun naturada verilməsində çətinliklər yaranırdı. Bu çətinliklərin qarşısını alaraq əmlakların özəlləşdirilməsinin mümkün olması üçün isə əmlak payı daha az olan əmlakçılar öz əmlak paylarına düşən hissəni əmlak payı daha çox olanlara satmaqla, öz paylarının əmlak payı daha çox olan əmlakçının payına hesablanması barədə ərizə yazırdılar. 1999-cu ildə İ Nügədi AİK-nin sənədi ilə X52 əmlak payı olaraq aldığı quşçuluq binası üzrərində Qafar Nəcəfovun əmlak payı 5482 (min manatla), Süleymanşah Novruzovun əmlak payı 950 (min manatla), Ağahüseyn Ağahüseynovun əmlak payı 1053 (min manatla), Məsmə Ağahüseynovanın 1416 (min manatla), Mehriban Ağahüseynovanm 711 (min manatla), Qurban Kərimovun 7000 (min manatla), Mafızə İsgəndərovanın 400 (min manatla) olmuşdir. Beləliklə, quşçuluq binasının özəlləşdirilməsi üçün Süleymanşah Novruzov, Ağahüseyn Ağahüseynov, Məsmə Ağahüseynova, Mehriban Ağahüseynova və Qurban Kərimov öz əmlak paylarını X9 və bununla əlaqədar AİK-ə ayrı-ayrılıqda ərizələr təqdim edərək quşçuluq binasından onlara çatası əmlak payının X64 üçün hesablanmasını xahiş etmişlər. Lakin cavabdeh X17 Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialından əldə etdiyi sənədlər toplusundan özlərinin Quba rayon AİK-ə təqdim etdikləri ərizələri çıxararaq, yalnız öz mənafelərinə uyğun hissəni məhkəməyə təqdim etməklə, guya ki, X64 ilə şərikli təsərrüfat yaratdıqları görüntüsünü yaratmağa çalışmışlar. Hazırda, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialın 21 yanvar 2022-ci il tarixli, 16/22 saylı vəkil sorğusu əsasında arxiv arayışları və ərizələr Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialından əldə edilımiş və məhkəməyə təqdim ediləcəkdir. Göründüyü kimi, cavabdeh X17 qarşılıqlı iddia ərizəsində tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Sadalanan bu faktlardan və qeyd olunan hüquq normalarının tələblərindən bir daha aydın olur ki, qarşılıqlı iddia tələbi heç bir mötəbər sübuta əsaslanmadan sadəcə mülahizələrlə əsaslandırılmışdır. Qarşılıqlı iddia ərizəsində qeyd edilən dəlillər cavabdeh Ağahüseyn Ağahüseynovun həmin vaxtın üzərindən uzun müddət ötdüyünü düşünərək uydurduğu həqiqətən də tamamilə uzaq olan məlumatlardır. Odur ki, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızının nümayəndələri Şahid1 və Vəkil ilkin iddianı müdafiə edərək, İddiaçıı izahatına uyğun izahat verərək, ilkin iddianın təmin olunmasını, İddiaçı cavabdeh X7 qarşı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh X5 qarşılıqlı iddia ərizəsinə iddia müddəti tətbiq edərək, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişlər. X17 qarşlıqlı iddiasını onunla onunla əsaslandırmışdır ki, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.09.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.8 ha torpaq sahəsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.09.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.5322 ha torpaq sahəsi onun mülkiyyətimdədir. Uzun illərdir ki, İddiaçı ilə aralarında torpaq mübahisəsi məsələləri davam etmişdir. Belə ki, Quba Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(027)-2298 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh, X6, X24, X21 və X18 qarşı torpaq alqı-satqı əqdlərinin etibarlı hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir. Bundan başqa, Quba Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(027)-677/2020 saylı qətnaməsi ilə İddiaçı Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsinə dair X64 ilə Ağahüseynov Ağahüseyn X1, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X31, X28 arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahə dair X52 adına Çıxarışın verilməsini Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin iddia ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(105)-1562 saylı qətnaməsi ilə təmin edilməmiş, Quba Rayon Məhkəməsinin iş üzrə 26 oktyabr 2020-ci il tarixli, 2(027)-677/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(105)-1562/2021 saylı qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayəti də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(102)-5582/2021 saylı qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, İddiaçı ona və ailəsinə qarşı iddia tələbləri Quba rayon Məhkəməsi, Sumqayıt Apelyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən əsassız olduğu üçün təmin edilməmişdir. Belə ki, o və onun ailə üzvlərinə Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli, 07 saylı qərarına əsasən, JN:868, KOD 30319018 saylı Dövlət Aktı tərtib edilərək, 1,33 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Yəni, mübahisəli torpaq sahəsi onların birgə mülkiyyətindədir. İddiaçı mərhum X38 ilə onların arasında müqavilə əsasında Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,80 ha əkin sahəsi 0.53,2 ha bağ sahəsi olmaqla cəmi 1,33 ha torpaq sahəsinin iddiaçının atasına satılmasını bildirsə də, məhkəmə qətnamələri ilə belə bir alqı-satqının olmaması qanunun tələbləri üzrə öz təsdiqini tapmışdır. İddiaçı hal-hazırda iddia tələbində 2003-cü ildə onlar tərəfindən ona yaylağa aparmaq üçün 8 baş iri buynuzlu mal-qara verildiyini, lakin 2003-cü ilin noyabr ayında heyvanlar yaylaqdan qayıdan vaxt o, heyvanları geri qaytarılmadığını və bunun əsassızda guya mübahisəli torpaq sahəsinin onun tərəfimdən onlara satıldığını qeyd etsə də, mübahisə predmetini təşkil edən 8 baş iri buynuzlu mal-qara onun tərəfindən yaylağa aparılmamışdır. Belə ki, qeyd olunan 8 baş iri buynuzlu mal-qara İddiaçı qardaşı Nəcəf Nəcəfov tərəfindən satılmışdır. İddiaçının mərhum X38 ilə şərikli təsərrüfatları olmuşdur. Belə ki, onun və ailə üzvlərinin mülkiyyətində olan Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli, 07 saylı qərarına əsasən, JN:868, KOD 30319018 saylı Dövlət Aktı tərtib edilərək, 1,33 ha torpaq sahəsini birgə təsərrüfat quraraq idarə etməyə başlamışlar. Lakin, iddiaçının mərhum X38 şərikli təsərrüfatdan sui-istifadə etmiş, əldə etdiyi gəliri özünə götürmüşdür. Mübahisəli torpaq sahəsindən alma bağı kimi istifadə edilir və alma ağacları əkilmişdi. 2003-cü ilə qədər torpaq sahəsindən əldə edilmiş faydanı iddiaçı və onun ailəsi mənimsəmişdir. 2003-cü ildən o və onun ailə üzvləri həmin torpaq sahəsindən istifadə etməmişlər. Təxminən 2004-cü ildə iddiaçı və onun ailəsi tərəfindən mülkiyyət hüququ əsasında ona və ailə məxsus olan torpaq sahəsində əkdiyi, meyvə verən 25-30 illik alma ağaclarının 250 ədədi kəsilmiş və satılmışdır. Onun yerində arpa əkilmişdir. 2014-cü ildən mübahisəli torpaq sahəsini iddiaçının qardaşı Şahid1 istifadə etməyə başlamışdır. Kəndin bələdiyyə sədri Şahid3 saxta arayış alaraq, 2007-ci ildən torpaq sahələri üçün dövlət tərəfindən ayrılmış subsidiyada iddiaçı və iddiaçının ailəsi tərəfindən mənimsənilmişdir. Onun mülkiyyətində olan torpaq sahəsindən iddiaçı və onun ailəsi 2003-cü ildən 2021-ci ilə kimi qanunsuz olaraq istifadə etmişlər. Onun mülkiyyətində olan mübahisəli torpaq sahəsi iddiaçı və onun ailəsi tərəfindən istifadə edilməsəydi hər fəsil o orada arpa və payız kələmi əkərək fayda əldə edə bilərdi. Orta hesabla hər il əkilmiş arpa 5000-6000 manat, kələm isə 10.000-12.000 manat fayda əldə etmək olardı. İddiaçı və onun ailəsi tərəfindən qanunsuz istifadə edilmiş torpaq sahəsindən o bu 18 ildə 270.000 manata yaxın fayda edə bilərdi ki, bu da iddiaçı və onun ailəsi tərəfindən ona vurulmuş ziyan kimi qiymətləndirir və əldən çıxmış fayda hesab edilməlidir. Bundan başqa, iddiaçı və onun ailəsi tərəfindən onun mülkiyyətində olan mübahisəli torpaq sahəsindən 250 ədəd ağac məhv edilmişdir. 1 ağac orta hesabla 150 kq meyvə verir. Almanın qiyməti stabil olaraq 0.80 qəpik təşkil edir. (150x0.80=120, 250x120=30.000) Qeyd olunan hesablama əsasında həmin alma ağaclarının torpaq sahəmdən çıxarılması, məhv edilməsi nəticəsində mənə 30.000 manat məbləğində ziyan dəymişdir. Bundan başqa, bu illər ərzində o torpaq sahəsində kələm əkib fayda əldə edə bilərdi. Beləki, 1 ha torpaq sahəsində minimum 15 ton kələm becərmək olur. Kələmin kilosunu 1 manatdan hesablanmaq, 15.000 manat iddiaçılar tərəfindən əldən çıxmış fayda hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, 250 alma ağacının cavabdeh tərəfindən məhv edilməsinə görə (150x0.80=120, 250x120=30.000) 30.000 manat və 15.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq ona verilməldir. X17 etirazı onunla əsaslandırmışdır ki, iddiaçının şahid kimi məhkəməyə təqdim etdiyi şəxslərlə qohumluq əlaqələri vardır. Bu isə onun hüquqlarının pozulmasına səbəb olur və hüquqaziddir. Belə ki, iddiaçının şahid qismində mülki işə cəlb etdiyi Şahid1 iddiaçının doğma qardaşı, Şahid2 iddiaçının qardaşı arvadı, Şahid5 iddiaçının dayısı oğlu və Əliyev X55 Nəcəfovanın bacısının əridir. Göründüyü kimi, bu şahidlərlə iddiaçının qohumluq əlaqələri vardır və onun əleyhinə ifadə vermələridə əlbətdəki normal haldır. Saxta şahidlərin şahidliyi ilə keçiriləcək və ya qəbul ediləcək hər hansı bir məhkəmə qərarı hüquqazidd qiymətləndirilməlidir və qeyd etdikləri mülki işin araşdırılması zamanı nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, İddiaçı ona qarşı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh X3 yaylaqda otarmaq adı ilə alaraq qaytarmadığı 8 baş iri buynuzlu mal-qaranın yerinə qiymətləndirib əvəzləşdirməklə verdiyi ünvan 1i ərazisində yerləşən 1,33 ha torpaq sahəsinin bu güngü real bazar dəyərini təşkil edən 33.250 (otuz üç min iki yüz əlli) manatın və məhkəməyə iddia verilməsi məqsədilə tərəfindən ödənilmiş 190 (yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını barədə iddası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X5 nümayəndəsi X31 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı isə müdafiə edərək, izahatında İddiaçı iddiasının əsassız olduğunu, göstərmiş, mülki iş üzrə iddia müddəti tətbiq edilərək ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində gösətrmişdir ki, İddiaçı qardaşı onun qudasıdır. Eşitdiyinə görə Qafar kişi 8 baş mal-qarasını saxlamaq üçün kiməsə vermişdir. Sonra eşitmişdir ki, həmin şəxs malların əvəzinə dövlət aktını vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X58 ifadəsində gösətrmişdir ki, Fəxriyyə onun bibisi qızıdır. Qafar Ağahüseynə etibar edərək mallarını saxlamaq üçün vermişdir. Bu barədə Qafarın oğlu Nəcəflə mübahisə etdiyi zaman 8 baş mal-qaranı torpaqla əvəzləşdirmə söhbətlərini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X48 ifadəsində gösətrmişdir ki, Fəxriyyə dayısı qızıdır. Ağahüseyn həmkəndlisidir. Ağahüseyn 8 baş malı yaylağa aparıb, qaytarmayıb. Həmin malların pulunu torpaqla (1,33 ha) verilməsi barədə müqavilə bağlanmış, o da imza etmişdir. Mal-qaranı aparanda görməmiş, Ağahüseyn malları aparıb saxladığını özü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində gösətrmişdir ki, tərəfləri qonşu kimi tanıyır. Ədavəti yoxdur. Qafar kişidən Ağahüseynlə aralarında 8 baş malın yaylaqda olmasının harada olmasını soruşmuş, heyvanların əvəzinə torpaq verilməsi barədə müqaviləyə imza etmişdir. Mülki işin materiallarında olan JN-868 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X69 görünür ki, X17, X13, X23, X31, X28, X14 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə 1.33 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.09.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,8 ha torpaq sahəsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.09.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,5322 ha torpaq sahəsi X5 adına qeydiyyatdan keçmişdir. - tərəflər arasında bağlanmış 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsində Ağahüseynovlar ailəsi Ağahüseyn, Mehriban, Kamilə, Pənah və Pərviz 10.10.2001-ci il tarixdə Dövlət Yerquruluşu layihə İnstitutu tərəfindən verilmiş JN № 868 №li (Kod ********) Torpağa Mülkiyyət Hüququna X74 əsasən onlara məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən (0,80 ha əkin sahəsi 53,2 ha bağ sahəsi) olmaqla cəmi 1,33 ha torpaq sahəsini ******* manata X10 göstərilmişdir. - 18 avqust 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 685556 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X64 17.08.2014cü il tarixdə ölmüşdür. - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmaədən görünür ki, Nəcəfova Fəxriyyə Qafar qızı 17.08.2014-cü ildə ölmüş X52 vərəsəsi sırasına daxildir. - Quba rayon PŞ-nin TQ-nun polis baş leytenantı İbrahimov Hüseyn Orucəli oğlunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 yanvar 2018-ci il tarixli qərarından görünür ki, X25 2003-cü ilin may ayında mərhum X49 yaylaq otarmaq adı ilə aldığı 8 baş iri buynuzlu mal-qaram sonradan müəyyən səbəblərə görə o qaytara bilmədiyindən, aralarında olan razılaşmaya əsasən özünə və ailə üzvlərinə məxs 1,33 ha pay torpaq sahəsini 1.700.000 (yəni 170 şirvana) qiymətiləndirərək X19 bu barədə 20.09.2004-cü il tarixdə Ağahüseyn Ağahüseynovun onun ailə üzvlərinin, eləcə də hal şahidləri R.İskəndərovun və Z.Tarverdiyevin iştirakları, alqı-satqı müqaviləsi tərtib edərək, dövlət aktlarını Qafar Nəcəfova vermişdir. - Quba Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(027)-2298/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı X7, X6, X24, X21 və X18 qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsinə dair iddiası təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli, 2(105)-1133/2019 saylı qətnaməsindən görünür ki, Quba rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnamsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.08.2019-cu il tarixli, 2(102)-5966/2019 saylı qətnaməsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1133/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbindən imtinası təsdiq edilsin və iş üzrə icraata xitam verilmişdir. - Quba Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2(027)-677/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsinə dair X64 ilə Ağahüseynov Ağahüseyn X1, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X31, X28 arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və uba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahə dair X52 adına Çıxarışın verilməsini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.06.2021-ci il tarixli, 2(105)-1562/2021 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2(027)-677/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.11.2021-ci il tarixli, 2(102)-5582/2021 saylı qətnaməsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1562/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 1.Məhkəmənin ilk iddia üzrə qiymətləndirməsi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk İddiaçı cavabdehə qarşı torpaq alqı-satqı əqdlərinin etibarlı hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Quba rayon məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Quba rayon məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər X17, X11, X32, X31 və X18 qarşı torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayətinə kassasiya instansiyasında baxılarkən İddiaçı mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair Quba rayon məhkəməsində iddia qaldırmaq qərarına gəldiyi üçün hazırki iddia tələbindən imtina etmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.08.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1133/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi İddiaçı iddia tələbindən imtinası təsdiq edilsin və iş üzrə icraata xitam verilməis qərara alınmışdır. İşin materiallarından daha sonra görünür ki, İddiaçı cavabdehlər X7, X6, X21, X8, Nurəhmədli (Ağahüseynova) Kamilə Ağahüseyn qızına qarşı müqavilələrin bağlanmış hesab edilməsi və və Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahə dair X52 adına Çıxarışın verilməsininin Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Quba rayon məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 iyun 2021ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.11.2011-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi hazırda qüvvədə olmasa da, həmin qətnamədən görünür ki, ilk iddiaçı cavabdehin mərhum X38na aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 1,33 ha torpaq sahəsinin satıldığını, torpağı alarkən atasının cavabdehə və onların ailə üzvlərinə pullarını tam ödədiyini, torpaq sahəsinin alındığı 2004-cü il tarixdən onların istifadəsində olduğunu, qardaşı X53 25 avqust 2005-ci il tarixdə ölümü ilə bağlı onun yas mərasiminə başları qarışdığından alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirə bilmədiklərini və hazırda da cavabdehlərin həmin torpaq sahəsinə dair müqaviləni rəsmiləşdirməkdən imtina etdiklərini əsas gətirərək alqı-satqı əqdlərinin etibarlı hesab edilməsini iddia etmişdir. Həmin tələbindən imtina etməyinə baxmayaraq sonradan cavabdehlərin dairəsini artıraraq həmçinin X6, X21, X8, Nurəhmədli (Ağahüseynova) Kamilə Ağahüseyn qızına qarşı imzalanmış 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahə dair X52 adına Çıxarışın verilməsini iddia edərkən bu dəfə də tələbinin əsası kimi yenə cavabdeh A.A.Ağahüseynov və digərləri ilə X38 arasında 20 sentyabr 2004-cü il tarixində imzalanmış yazılı alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsinin atasına satılmasını, qeyd olunan müqaviləyə görə satıcılar öz iradələrinə əsasən onlara məxsus olan torpaq sahəsini alıcıya təhvil verməsinə, alıcının isə bunun müqabilində 1.700.000 min köhnə Azərbaycan manatı satıcılara verilməsinə, müqavilə imzalandıqdan sonra torpaq sahəsinin Q.S.Nəcəfovun istifadəsinə və sahibliyinə keçməsinə, 2014-cü ildə isə onun rəhmətə gedikdən sonra həmin torpaq sahəsinin vərəsələrinin istifadəsində olmasına, torpağa dair alqı-satqı müqaviləsinin bağlandıqdan sonra dəfələrlə müraciətlərinə baxmayaraq cavabdehlərin həmin alqısatqı müqaviləsini notariat qaydada təsdiq etməkdən boyun qaçırmalarına istinad etmişdir. Lakin hazırki iddiasında ilk iddiaçı mərhum X38nun cavabdehin 2003-cü ilin noyabr aylında yaylağa apardığı, lakin geri qaytarmadığı 8 baş iri buynuzlu mal-qaranın yerinə özünə və ailə üzvlərinə məxsus Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 1,33 ha torpaq sahəsini 1.700.000 (bir milyon yeddi yüz min) manata qiymətləndirib əvəzləşdirmək təklifini qəbul edərək Dövlət aktı ilə mülkiyyət hüququ əsasında Ağahüseyn Ağahüseynova və onun ailə üzvlərinə məxsus ünvan 1i ərazisində yerləşən 1,33 ha torpaq sahəsinin 20 sentyabr 2004-cü il tarixdə atasına satılmasına dair öz aralarında Şahid1, X47 və X26 şahidliyi ilə «Torpaq alqı-satqısı müqaviləsi» yazaraq imzalamasına, müqavilə imzalanarkən Dövlət aktının əsli atasına təhvil verilməsinə və münasib bir vaxtda notariusa gedib onu rəsmiləşdirmək barədə razlığa gəlmələrinə, həmin torpaq sahəsinin alındığı 2004-cü il tarixdən vəfat edənə qədər atasının istifadəsində olmasına, atası 17 avqust 2014-cü il tarixdə vəfat edəndən sonra torpaq sahəsinin vərəsələri tərəfindən idarə edilməklə istifadə edilməklə bütün vergiləri də tərəflərindən ödənilməsinə, 2017-ci ilin dekabr ayında isə «Şəfəq” qəzetinin 16 dekabr 2017-ci il tarixli nömrəsində Ağahüseyn Ağahüseynovun öz əli ilə atasına verdiyi dövlət aktının guya itirilməsi barədə elan yerləşdirilməsi məlum olduqdan sonra əvvəlcə Ağahüseyn Ağahüseynovun onlara qarşı qanunsuz hərəkətləri barədə Quba rayon polis şöbəsinə şikayət edilməsinə, daha sonra isə tərəfindən cavabedhlərə yuxarıda qeyd edilən iddia tələbləri ilə məhkəməyə müraciət etməsinə, X5 8 baş iri buynuzlu malqaranı mənimsədiyindən, eyni zamanda mənimsədiyi mal qaranın yerinə qiymətləndirib əvəzləşdirməklə verdiyi ünvan 1i ərazisində yerləşən 1,33 ha torpaq sahəsinə dair bağlanmış aıqısatqı müqaviləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə bağlanmış hesab edilmədiyindən mübahisəli torpaq sahəsinin cavabdeh Ağahüseyn Ağahüseynovun mülkiyyətinə keçdiyi halda, cavabdehin əsassız varlanması halının yaranmış olmasına və bu halın, yəni cavabdeh X5 əsassız varlandığı, eləcə də onun torpaq sahəsindən məhrum olduğunun kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təmin edilmədiyi 18 noyabr 2021-ci il tarixdə məlum olmasına istinad etmişdir. Beləliklə hazırki ilk iddia tələbinin mahiyyəti əvvəlki tələblərindən fərqli olaraq cavabdehin 8 baş iri buynuzlu mal-qaranın yerinə özünə və ailə üzvlərinə məxsus Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 1,33 ha torpaq sahəsini 1.700.000 (bir milyon yeddi yüz min) manata qiymətləndirərək 20 sentyabr 2004-cü il tarixdə atası X4 dair öz aralarında bağlanmış müqaviləni notariusa gedib onu rəsmiləşdirməkdən imtina etməklə və 2017-ci ilin dekabr ayında cavabdehin öz əli ilə onlara verdiyi dövlət aktının guya itirilməsi barədə elan verməsi, eləcə də torpaq sahəsini onlardan geri tələb etməklə ilə müşayiət olunan həkətləri fonunda əsassız varlanması təşkil edir. Həmçinin ilk iddia tələbinin mahiyyətinə əsasən cavabdehin əsassız varlanması ilə uzun illər sahibliyində və istifadəsində olan, öz mülkiyyəti bildiyi ailəsinin dolanacaq yeri olan 1,33 ha torpaq onlardan geri alınması iddiaçıya torpağın dəyəri məbləğində zərər dəyməsi ilə nəticələnmişdir. Belə ki, X17 X38nu aldadaraq 2004-cü ildə sözügedən torpaq sahəsini ona satmasaydı, həmin dövrdə bu torpağın sahəsinə və digər xüsusiyyətlərinə uyğun torpaq sahəsi alınacaqdı ki, həmin torpaq sahəsi bu gün atasının vərəsəsi olaraq onun mülkiyyətində olacaqdı. Həmin torpaq sahəsinin 1 sotunun bu günkü bazar dəyəri 250 manat təşkil edir. Hazırda isə həmin torpağa uyğun başqa torpaq sahəsi almaq üçün 33.250 manat vəsait sərf etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-21.3-cü maddələrinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuna və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1) Zərər vurulmalıdır. 2) Zərər şəxsin hüquqazidd hərəkətləri nəticəsində vurulmalıdır. 3) Göstərilən zərərlə şəxsin hüquqazidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096 və 1097-ci maddələrinin mənasından da görünür ki, maddi zərərin (real zərər və əldən çıxmış fayda) və mənəvi zərərin sübutetmə yükü ona zərərin vurulmasını iddia edən şəxsin üzərinə düşür. Həmçinin qeyd edilən Məcəllənin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. - 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. - 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. - 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. - 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmadırır: 1.borclu əmlak əldə etməli, 2.həmin əmlak kreditorun hesabına əldə edilməli,

3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Məhkəmə ilk iddia tələblərinə hüquqi qiymət vermək üçün hazırki iş üzrə eyni tərəflərin iştirak etdiyi, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş hallara istinad edilməsini zəruri sayır. Əvvəla, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, 20.09.2004-cü il tarixli müqavilə tərtib edilən zaman cavabdeh P.A.Ağahüseynov həqiqi hərbi xidmətdə olmuşdur. Bundan başqa, digər cavabdeh K.A.Ağahüseynovanın həmin müqavilədə imzası qeyd edilməmişdir. Başqa sözlə, ilk iddiaçının tələbində xüsusilə vurğuladığı 20.09.2004-cü il tarixli müqavilənin qanuniliyinə əvvəlki məhkəmə aktları ilə tərəflər (ilk iddiaçının atası ilə cavabdeh A.A.Ağahüseynov) arasında alqı-satqı müqaviləsinin qanunla müəyyən olunmuş qaydada olmamasına artıq hüquqi qiymət verilmişdir. Həmçinin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı mərhum atası Q.S.Nəcəfov ilə cavabdeh A.A.Ağahüseynov arasında 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq iddiaçının atası Q.S.Nəcəfov sağlığında həmin müqaviləni notariat qaydasıda rəsmiləşdirməmiş, alqı-satqı müqaviləsi əsasında istifadələrində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahənə dair çıxarış və ya hər hansı bir rəsmi qaydada sənəd əldə etməmişdir. Belə olan halda iddiaçının atasının sağlığında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı prosessual hərəkəti həyata keçirmədiyindən, hazırki, iş üzrə iddiaçının həmin torpaq sahəsini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir Məhkəmə hesab edir ki, ilk iddiaçının mərhum atası ilə cavabdeh A.A.Ağahüseynov arasında bağlanmış alqı-satqı müqaviləsinin notariatda rəsmiləşdirməməklə və hazırda cavabdehin həmçinin həmin torpağı tələb etməklə əlaqədar etdiyi hərəkətləri ilə sonuncunun əsassız varlanması nəticəsində bu günkü real dəyərini təşkil edən 33250 (otuz üç min iki yüz əlli) manatın onun xeyrinə ödənilməsi ilə bağlı hazırki iddianı qaldırmağa da subyektiv hüququ olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur:“Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə eyni zamanda hesab edir ki, ilk iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuş olsa idi belə, tərəfindən əsassız varlanma ilə bağlı qaldırılmiş iddia üzrə isə Azərbaycan Respublikası MM-in 1095-ci maddəsində göstərilmiş kəsici müddətin buraxılmasına yol verilmişdir. Belə ki, işin materiallarından görünür ki, ilk iddiaçı 2018-ci ildən başlayaraq mərhum atası ilə cavabdeh A.A.Ağahüseynov arasında bağlanmış 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə bağlı müxtəlif predmetli iddialarla məhkəmələrə müraciət etməyə başlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ciil tarixli qərarında izah etmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya məhkəməsi həmin qərarında iddia müddəti və kəsici müddət arasındakı fərqlərdən biri kimi göstərmişdir ki, iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Məhkəmə ilk iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfin ərizəsinə qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 1095-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 1095-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və bununla ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs iki il ərzində məhkəməyə müraciət edə bilər. Lakin ilk iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan (ilk iddiaçı özü bildirir ki, “Şəfəq” qəzetinin 16 dekabr 2017-ci il tarixli nömrəsində Ağahüseyn Ağahüseynov onlara verdiyi dövlət aktının guya itirilməsi barədə elan vermişdi) 2 il müddətində əsassız varlanma ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. İlk iddiaçı əsassız varlanma ilə bağlı hüququnun pozulmasının bildiyi an kimi kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təmin edilmədiyi 18 noyabr 2021-ci il tarixdə məlum olmasına istinad etsə də, məhkəmə hesab edir ki, əvvəlki qanuni qüvvəsini almış məhkəmə aktlarında iddiaçının tələblərinin əsassız olması ilə bağlı hüquqi qiymət verilərkən əsassız varlanma ilə əlaqədar hər hansı hüququnun olması izah edilməmişdir. Məhkəmə ilk iddia tələblərinin əsası kimi istinad edilən Quba rayon X63 Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X30 «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 29 yanvar 2018-ci il tarixli qərarına və ilk iddiaçı tərəfin dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verilməsini zəruri saymır. Belə ki, sözügedən qərarda və şahid ifadələrində cavadehə yaylağa aparmaq üçün 8 baş iri buynuzlu mal-qara verildiyi, lakin 2003-cü ilin noyabr ayında heyvanlar yaylaqdan qayıdan vaxt onun heyvanları geri qaytarılmadığı və bunun əsassızda mübahisəli torpaq sahəsinin onun tərəfindən ilk iddiaçının atasının adına rəsmiləşdirilməsi (satıldığı) əksini tapmışdır ki, bu alqısatqıya da əvvəlki qanuni qüvvəsini almış məhkəmə aktları ilə artıq hüquqi qiymət verilmiş və bu hallar (qərar və şahid ifadələri) ilk iddianın əsaslı olmasını təsdiq edən sübut əhəmiyyətinə malik deyillər. Məhkəmə şahid ifadələri ilə bağlı həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. İlk iddiaçı tərəfindən dindirilən şahidlərin onun ilə yaxın qohumluq və tanışlıq münasibətində olmasını məhkəmə onların işin nəticəsində maraqlı olması kimi qiymətləndirir. Beləliklə, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X3 yaylaqda otarmaq adı ilə alaraq qaytarmadığı 8 baş iri buynuzlu mal-qaranın yerinə qiymətləndirib əvəzləşdirməklə verdiyi ünvan 1i ərazisində yerləşən 1,33 ha torpaq sahəsinin bu günkü real dəyərini təşkil edən 33250 (otuz üç min iki yüz əlli) manatın onun xeyrinə ödənilməsini iddia etsə də, cavabdehin ona göstərilən məbləğdə ziyan vurmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, iddianı subyektiv hüququ olmadan qaldırmış, hər bir halda kəsici müddətin buraxılmasına yol vermişdir. Məhkəmə araşdırma zamanı ilk iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsasların olmamasını müəyyən etdiyindən təmin edilməməsi nəticəsinə gəlir.

2. Məhkəmənin qarşılıqlı iddia üzrə qiymətləndirməsi Qarşılıqlı iddiaçı tələbində mülkiyyətində olan torpaq sahəsindən iddiaçı və onun ailəsi 2003-cü ildən 2021-ci ilə kimi qanunsuz olaraq istifadə etmələrini göstərərək 30.000 manat və 15.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınmasını iddia etmişdir. İşin araşdırılmış hallarından məlum olur ki, qarşılıqlı iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli, 07 saylı qərarına əsasən, JN:868, KOD 30319018 saylı Dövlət Aktı tərtib edilərək, 1,33 ha torpaq sahəsini iddiaçının mərhum X38 ilə birgə təsərrüfat quraraq idarə etməyə başlamışlar. Hətta onun ölümündən sonra 2014-cü ildən mübahisəli torpaq sahəsini iddiaçının qardaşı Şahid1 istifadə etməyə başlamışdır. İşin materiallarından görünür ki, 2003-cü ildən qarşılıqlı iddiaçı və onun ailə üzvləri sözügedən torpaq sahəsindən istifadə etməmələri onların özlərinin təşəbüsü ilə baş vermişdir. Bu isə qarşılıqlı iddianın cavabdeh və onun ailəsinin 2003-cü ildən 2021-ci ilə kimi qanunsuz olaraq istifadə etmələrinə dair dəlilini təkzib edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) «zərər anlayışı ilə əhatə olunur. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından qarşılıqlı iddiaçı cavabdehin mərhum atasının şərikli təsərrüfatdan sui-istifadə etməklə, əldə etdiyi gəliri özünə götürməsini, 2003-cü ildən 2021-ci ilə kimi torpaq sahəsindən əldə edilmiş faydanı iddiaçı və onun ailəsinin mənimsəməsini göstərsə də, bu halları, eləcə də, 250 alma ağacının cavabdeh tərəfindən məhv edilməsi ilə bağlı cavabdeh öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddiaya iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə qarşılıqlı iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir Beləliklə, məhkəmə hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar