Məhkəmə qərarları › İş №2(027)-402/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-402/2020

24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-402/2020 24.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddaçı İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12,13 və xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh məxsus mal-qara (nəzarətsiz heyvanlar) tərəfindən onlara məxsus 1,20 ha torpaq sahəsində yerləşən meyvə bağı dəymiş zərərin və əldə çıxmış faydanın cəmi məbləği olan 6813 manat məbləğində pulun, 110 manat məbləğində hüquqi yardıma görə ödədiyi pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq onlara ödənilməsinədair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Quba rayonu, Alpoud kəndində yerləşən xüsusi mülkiyyətlərində 1,20 ha torpaq sahəsində meyvə bağları var. Onlar xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin ətrafı dəmir armaturlarla hasarlayıb həmin sahədə 230 ədəd krım sortu gilas ağacı və 10 ədəd Türkiyə istehsalı olan qoz ağacı əkərək 4 ildir ki, həmin bağa qulluq edirlər. Onların mülkiyyətlərində olan bağ sahəsinin ətrafı dəmir tordan hasarla bağlasalar da, Cavabdeh üç dəfə, yəni 12,13, xx xxxxxxx 2019-cu il tarixlərdə təsərrüfatında olan 19 baş camışı və 2 baş atı onların meyvə bağlarına qəsdən salaraq meyvə ağaclarına çox ciddi ziyan vurmuşdur. Onlar bununla bağlı iradlarını cavabdehə bildirdikdə, cavabdeh onlara etinasızlıq edərək kimə istələr şikayət edə biləcəylərini bildirmişdir. Cavabdehin etinasız davranışlarına və bağ sahəsinin yararsız hala salınmasına dözməyərək ərizə ilə Quba Rayon Polis Şöbəsinə müraciət etmişlər. Quba Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı cavabdeh özü də təsərrüfatında olan heyvanların bizə məxsus bağ sahəsinə daxil olmasını etiraf etmiş, lakin bunu qəsdən etmədiyini bildirmişdir. Quba rayon Polis Şöbəsinin təhqiqatçısı Fərid Rəcəbovun xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, bonlara Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hal-hazırda cavabdehə məxsus heyvanların onların bağ sahələrinə daxil olması nəticəsində onlara çox ciddi maddi ziyan dəymişdir və həmin ziyanın vurulması onların şikayətlərinə Quba rayon Polis Şöbəsində baxılarkən Quba Dövlət X3 Bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılovun iştirakı ilə bağa baxış keçirilməsi və bağda olan 230 ədəd ağacm 8 ədədinin müxtəlif səbəblərdən quruması, geridə qalan 222 ədəd ağacın 90 faizinin isə iri buynuzlu mal-qara tərəfindən yarpaqlarının, zoğlarının müxtəlif dərəcədə yeyilməsi və sındırılması və bu halın ağacların gələcək inkişafına mənfi təsir göstərməsi ilə nəticələnəcəyi ilə sübut olunur. Eyni zamanda qeyd edilən bağa mütəxəssislər tərəfindən baxış keçirilərkən mal-qara tərəfindən zərər görmüş meyvə ağaclarına bundan sonra da 1-2 il müddətinə yüksək səviyyədə aqrotexniki qulluq həyata keçiriləcəyi təqdirdə meyvə ağaclarının normal vəziyyətə gətirilməsinin mümkün olduğu qeyd edilmişdir. Bundan sonra onlar vəkil sorğusu vasitəsilə rəsmi qaydada Quba Dövlət X4 müraciət edərək onlara cavabdeh tərəfindən vurulmuş zərərin məbləğinin hesablanması ilə bağlı rəy verilməsini xahiş etmişlər. Quba Dövlət X3 xx xxxxxx 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, onlara məxsus meyvə bağında 230 ədəd gilas və 10 ədəd qoz ağacları olmaqla 1,2 hektar cavan meyvə bağında 8 ədəd gilas ağacının müxtəlif səbəblərdən qurayaraq yararsız vəziyyətə düşməsi, bağda mövcud digər 222 ədəd meyvə ağaclarına yüksək səviyyədə aqrotexniki xidmət işlərinin həyata keçirilməsi üçün təxmini olaraq 2019-2020-ci təsərrüfat ilində 2302 manat, 2020- 2021-ci təsərrüfat ili üçün isə 2531 manat vəsaitin xərclənməsinə ehtiyacın olduğu, qeyd edilən meyvə bağında mövcud olan 10 ədəd qoz tingindən məhsul gözlənilmədiyi, digər meyvə ağacları olan 222 ədəd gilas ağaclarından tam məhsula düşmədiyi üçün təxmini olaraq birinci ildə 400 kq, ikinci ildə isə 700 kq gilas məhsulunu toplanması gözlənilir. Yekun olaraq iki ildə toplanmış 1100 kq gilasın ortalama bazar qiyməti 1,80 manat olduğu halda cəmi 1980 manat vəsait əldə oluna bilər. Bununla da cavabdehin təqsiri hərəkətləri nəticəsində onlara cəmi 6813 manat məbləğində ziyan dəymişdir. Hal-hazırda isə ziyan tələbinə dair məhkəmədə iddia qaldırmaq üçün Quba ASAN vəkil bürosunun hesabına cəmi 110 manat məbləğində ödəniş etmişlər, eləcə də 30 manat məbləğində Quba Rayon Məhkəməsinin hesabına dövlət rüsumu ödəmişlər. İddiaçı1 məhkəmə iclasında tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı2 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin və digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın AN-İ ******* saylı Alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 Quba rayonu, Çiçi kəndində yerləşən 0.06 ha torpaq sahəsini 2000 manata X1 xx.xx.2019-cu il tarixdə almışdır. İş materiallarına əlavə olunmuş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu, Çiçi kəndində yerləşən 0.60 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın AN-İ ******* saylı Alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Quba rayonu, Çiçi kəndində yerləşən 0.6 ha torpaq sahəsini 3500 manata X2 xx.xx.2015-ci il tarixdə almışdır. İş materiallarına əlavə olunmuş Quba RPŞ-nin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh əməlində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə cinayətinin, yəni Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba Dövlət X7 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, meyvə bağında 230 ədəd gilas və 10 ədəd qoz ağacları olmaqla 1,2 ha cavan meyvə bağından ibarətdir. Meyvə bağında 8 ədəd gilas ağacı müxtəlif səbəblərdən quruyaraq yarasız vəziyyətə düşmüşdür. Bağda mövcud digər 232 ədəd meyvə ağaclarına yüksək səviyyədə aqrotexniki xidmət işlərinin həyata keçirilməsi üçün təxmini olaraq 2019-2020-ci təsərrüfat ilində 2302 manat, 2020-2021-ci təsərrüfat ili üçün isə 2531 manat vəsaitin xərclənməsinə ehtiyac olacaqdır. Meyvə bağında mövcud olan 10 ədəd qoz tingindən məhsul gözlənilmir. Digər meyvə ağacları olan 222 ədəd gilas ağaclarından tam məhsula düşmədiyi üçün təxmin olaraq birinci ildə - 400 kq, ikinci ildə isə 700 kq gilas məhsulunun toplanması gözlənilir. Yekun olaraq iki ildə toplanmış 1100 kq gilasın ortalama bazar dəyəri 1,80 manat olduğu halda cəmi 1980 manat vəsait əldə oluna bilər. İş materiallarına əlavə olunmuş hüquqi yardımın göstərilməsi haqqında müqavilələrin surətindən görünür ki, iddiaçılar hüquqi yardıma görə 110 manat (60 manat, 50 manat olmaqla) məbləğində pul vəsaiti ödəmişlər. İş üzrə təyin edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4579 saylı rəyindən görünür ki, Quba rayonu, Çiçi kəndinin Alpoud məntəqəsində yerləşən 1.2 ha sahəsi olan meyvə bağına, Cavabdeh məxsus mal-qaranı qəsdən salaraq meyvə ağaclarının zədələnməsindən, iddiaçılara dəymiş zərərin məbləği təxminən 6813 manat məbləğindədir. İki ildə toplanmış 1100 kq gilasın ortalama bazar qiyməti 1.8 manat olduğu halda cəmi 1980 manat, 1.2 ha cavan gilas bağına bir təsərrüfat ili ərzində lazım olan gübrələrvə digər kimyəvi maddələrin təxmini miqdarı və dəyəri 1797 manat, 1.2 ha cavan gilas bağına bir təsərrüfat ili ərzində görüləcək işlərə sərf olunacaq vəsaitin təxmini miqdarı 3036 manat məbləğindədir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh təqsiri səbəbindən iddiaçılara məxsus Quba rayon u, Çiçi kəndində yerləşən 1.2 ha torpaq sahəsində mövcud olan ağaclara 6813 məbləğində ziyan dəymişdir. Belə ki, iş üzrə təyin edilmiş xx.xx.2020-ci il tarixli, 4579 saylı rəyi ilə müəyyən edilmişdir ki, Quba rayonu, Çiçi kəndinin Alpoud məntəqəsində yerləşən 1.2 ha sahəsi olan meyvə bağına, Cavabdeh məxsus mal-qaranı qəsdən salaraq meyvə ağaclarının zədələnməsindən, iddiaçılara dəymiş zərərin məbləği təxminən 6813 manat məbləğindədir. İki ildə toplanmış 1100 kq gilasın ortalama bazar qiyməti 1.8 manat olduğu halda cəmi 1980 manat, 1.2 ha cavan gilas bağına bir təsərrüfat ili ərzində lazım olan gübrələrvə digər kimyəvi maddələrin təxmini miqdarı və dəyəri 1797 manat, 1.2 ha cavan gilas bağına bir təsərrüfat ili ərzində görüləcək işlərə sərf olunacaq vəsaitin təxmini miqdarı 3036 manat məbləğindədir. Ona görə də, iddiaçıların iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, Cavabdeh iddiaçıların iddia tələblərini təkzib edəcək hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran Cavabdeh təqsirli olması öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edilənərə əsasən hesab edir ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Quba rayonu, Çiçi kəndində yerləşən 1.2 ha torpaq sahəsində mövcud olan meyvə ağaclarına vurulmuş zərərin əvəzi olaraq 6813 manat məbləğində pul alınaraq iddiaçılara verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh hüquqi yardıma görə ödənilmiş 110 manat məbləğində pul alınaraq iddiaçıların xeyrinə tutulmalıdır. İş üzrə ekspertiza xərcini təşkil edən 120 manat məbləğində pul Cavabdeh tutularaq, Məhkəmə Ekspetiza Mərkəzinin hesabına ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Quba rayonu, Çiçi kəndində yerləşən 1.2 ha torpaq sahəsində mövcud olan meyvə ağaclarına vurulmuş zərərin əvəzi olaraq 6813 manat məbləğində pul alınaraq İddiaçı1 verilsin. Cavabdeh hüquqi yardıma görə ödənilmiş 110 manat məbləğində pul alınaraq iddiaçıların xeyrinə tutulsun. İş üzrə ekspertiza xərcini təşkil edən 120 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlığı Agentliyinin (Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. İddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Cavabdehn tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar