Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-405/2025 06.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Şıxbaba oğlunun, Cavabdeh X2, onun nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı Şıxbaba oğlunun cavabdeh X3 qarşı pul və maddi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Şıxbaba oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 öhdəlik üzrə 4900 (dörd min doqquz yüz) manat, həmin pulun uçot faiz dərəcəsinə görə 4263 (dörd min iki yüz altımış üç) manat və ödənilmiş dövlət rüsumuna görə 112 (bir yüz on iki) manat olmaqla, cəmi 9275 (doqquz min iki yüz yetmiş beş) manat pulun alınaraq alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonunun Timiryazev kəndində ona məxsus bağ sahəsi vardır və o uzun illərdir təsərrüfatla məşğul olur. 2023-cü ilin oktyabr ayında cavabdeh malın (alma) dəyərini sonradan ödəmək şərtilə ondan 11903 kq nisyə meyvə almış və onun hazırda 4900 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Dəfələrlə meyvənin pulunu tezliklə ödəyəcəyini bildirsə də, hazırki vaxtadək həmin öhdəliyinə əməl etməyərək ona xeyli miqdarda ziyan vurmuşdur. Ehtiyaclarını və xərclərini həmin bağdan yetişdirdiyi məhsul hesabına təmin edir və görəcəyi işləri ona görə proqnozlaşdırır. Cavabdehin öhdəliyinə əməl etməməsi nəticəsində bağa çəkdiyi xərcləri tam olaraq ödəyə bilməmiş və onun bu hərəkətləri nəticəsində ona əlavə olaraq 4263 manat məbləğində ziyan dəymişdir. Belə ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mərkəzi Bank sonuncu uçot faiz dərəcəsini 7.25 % müəyyən etdiyindən dəymiş ziyanın illik məbləği 4263 manat müəyyən edilmişdir (4900x7,25x12). Məhkəmədə iclasında İddiaçı Şıxbaba oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmədə iclasında cavabdeh X4 izahatında bildirmişdir ki, o iddiaçıdan alma almış və pulunu ödəmişdir, onun iddiaçıya 4400 manat borcu qalmışdır, həmçinin onun 4500 manat dəyərində olan meyvə yeşikləri iddiaçının bağında qalmışdır, iddiaçı həmin yeşikləri satmış və bununla da ona olan borcu ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi qismində vəkili izahatlarında iddiaçı tərəfindən cavabdehə məxsus yeşiklərin satıldığını və aralarında olan borcun bağlandığını əsas gətirərək, iddianın əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsi qismində vəkilinin izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialından görünür ki, İddiaçı Şıxbaba oğlunun ərizəsi əsasında Quba RPŞ-də HK-1/2539 saylı təhqiqat materialı üzrə iş açılmışdır. Həmin qərardan göründüyü kimi, izahatı alınmış İddiaçı Şıxbaba oğlu bildirmişdir ki, Quba rayonu Timiryazev qəsəbəsində bağçılıqda məşğul olur. 2023-cü ilin oktyabr ayında 2-ci Nügədi kənd sakini X4 bağından 11903 kq alma almışdır. Həmin şəxsə məxsus olan 1000-dək karzin sahəsində qalmışdır. Qoşqar ona karzinləri sataraq pulunu götrüməsini demişdir. Sonradan özü göndərdiyi karzinləri onun dediyi qiymətlə həmin şəxslərə verərək əvəzində 650 manat borcundan ödəmiş, qalan 4212 manat borcunu ödəməmişdir. Qalan borcu, yaxın müddətdə ödəyəcəyini bildirmişdir. İzahatı alınmış X4 bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında İddiaçı Şıxbaba oğlundan 11 ton alma aldığını,ondan qabaq da onunla alveri olduğunu, iddiaçının bağında qalmış ona məxsus meyvə karzinlərinin satdırıb 650 manat ona olan borcundan çıxdıqdan sonra, onun 4900 manat borcu qaldığını və yaxın zamanlarda qalan borcunu da ona qaytaracağını bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 sentyabr 2024cü il tarixli qərardan göründüyü kimi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı Şıxbaba oğlunun ərizəsi əsasında toplanmış HK-1\2539 saylı material üzrə cinayət işinin başlanılması rədd edilməsi, vət. İddiaçı Şıxbaba oğluna, X1 borc tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi və qərarın surətinin maraqlı tərəflərə və rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cavabdeh qeyd edilən qərardan şikayət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alğı-satqı barədə şifahi razılıq əldə olunmuş, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər müqavilənin predmeti qismində mallar cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin malın dəyərini şərtləşdirilmiş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi malın dəyəri üzrə 4900 manat məbləğində ödənilməmiş borcun tutulması hissəsində əsaslı olmaqla təmin edilməli və 4900 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda AR Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 4263 manat faiz məbləğinin tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mməhkəmə pulun qaytarılmamasına görə hesablanmış faiz borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin dispozitiv şərtlərinin müəyyən edilməsi mümkün olmadığından, idida tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məbləğin qaytarılmaması dövrünü əhatə edən 2023cü ilin oktyabr ayından hazırki vaxtadək hansı dövr üçün hesablanmasına və həmin dövr üçün iddiaçının cavabdehə yönələn qeyd edilən tələbinin birbaşa irəli sürülməsini sübut edən hər hansı sübut təqdim olunmamışdır. Ona görə də iddia tələbi faiz borcunun tutulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddia tələbi ilə 112 (bir yüz on iki) manat ödənilmiş dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, X1 dövlət rüsumu üçün ödənilmiş 112 (bir yüz on iki) manat məbləğdən ödənilmiş tələblərin məbləğinə münasib hissəsini təşkil edən 59 (əlli doqquz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Dövlət rüsumunun 53 (əlli üç) manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X1 4900 (dörd min doqquz yüz) manat borc və dövlət rüsumu üzrə 59 (əlli doqquz) manat tutularaq İddiaçı Şıxbaba oğlunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 53 (əlli üç) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-405/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-405/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver