Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-406/2024 16.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 01 iyul 2010-cu il təvəllüdlü X4 və 22 avqust 2012-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün 220 manat olmaqla hər ay sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahı 2009-cu ildə rəsmi qaydada qeyd etdirməklə evlənmiş və birgə nikahdan xx.xx.2010-cu il tarixində Məryəm və xx.xx.2012-ci il tarixində Süleyman adlı uşaqları anadan olmuşdur, uşaqlar hal-azırda onun himayəsindədirlər. Bildirir ki, aralarında olan narazılıqlara görə ayrılmışdılar. 2015-ci ildə məhkəmə vasitəsilə nikah pozulmuş və uşaqlar onun himayəsində olduğu üçün məhkəməyə aliment tələbi barədə iddia ərizəsi ilə müraciət edib və Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü Məryəm və xx.xx.2012-ci il təvəllüdlü Süleymanın saxlanılması üçün hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh qət edilən alimenti ödəməkdən qəsdən boyun qaçırdığı üçün cinayət işi başlanmış, istintaq ərəfəsində onları barışdırmışlar, onlar barışdıqdan sonra alimentdən imtina etdyi barədə ərizə yazmış, ona görə də, S.Aqarzayevanı cinayət məsuliyyətindən azad etmişlər və onlar xx.xx.2022-ci ildə yenidən nikahı rəsmiləşdirmişlər. 2 aya yaxın birgə yaşadıqdan sonra S.Aqarzayeva evdə dava salıb onu və uşaqları təhqir edib çıxıb getmişdir. Ona məlum olmuşdur ki, Cavabdeh məqsədi ailəni bərpa etmək, uşaqlarına qovuşmaq deyil, alimentə görə cəlb olunduğu məsuliyyətdən yaxa qurtarmaqdır. Cavabdeh Quba rayon Məhkəməsində nikahın pozulması və azyaşlı uşaqların onun himayəsinə verilərək 400 manat aliment tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah ləğv edilmiş və xx.xx.2010-cu il təvəllüdlü Məryəm və xx.xx.2012-ci il təvəllüdlü Süleymanın onun yanında qalmaları qət edilmişdir. Onların arasında olan nikah pozulduğdan sonra da cavabdeh azyaşlı uşaqların mənəvi və maddi vəziyyəti ilə maraqlanmamış, o isə uşaqların maddi cəhətdən təmin edilməsində çətinlik çəkir, Cavabdeh isə kənddə olan fermada çalışır və hər ay 500-600 manat əmək haqqı alır, uşaqların saxlanılmasına maddi yardım göstərmir ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə aliment tələbi barədə müraciət edir. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehin borcun silinməsi məqsədilə barışdığını bilməmiş və əvvəki illərin borcunu da uşqlara görə bağışlamışdır. Yəni cavabdeh hər hansı vəsait ödəməmişdir. Hazırda maddi imkanı qənaətbəxş deyil, daimi iş yeri yoxdur və fərdi qaydada bağlarda, fərdi təsərrüfatlarda işləyir. Uşaqları atasının və anasının köməkliyi ilə saxlayır. Cavabdeh işləyir və əmək haqqısı da yaxşıdır, Hər uşağa 235 manat aliment tələb edir və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh ilkin məhkəmə iclasında iddanı qəbul etməyərək, izahatında bildirmişdir ki, o iddianı qəbul etmir, kənddə fermada işləyir, 350 manat əmək haqqı alır, iki uşağa görə cəmi 250 manat ödəyə bilər, tələb olunan məbləğdə aliment ödəmək iqtidarında deyil. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada növbəti məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Quba Rayon Məhkəməsinin 2(027)-1526/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 22 iyul 2010-cü ildə bağlanmış nikahın pozulması, 01 iyul 2010-cu il təvəllüdlü X8 və 22 avqust 2012-ci il təvəllüdlü X6 ataları- İddiaçı yanında saxlanması qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-2142/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il və xx.xx.2012-ci il təvəllüdlü uşaqlar X9 və X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay hər uşağa-görə 70 (yetmiş) manat olmaqla, ümumilikdə 140 (yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-176/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, 2(027)-2142/2019 saylı, xx.xx.2019-cu il tarixli cra sənədi üzrə Cavabdeh İddiaçı olan aliment borcunu ödəmədiyinə görə 2240 manat aliment borcu yaranmış və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəiylə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 0001 nömrəli nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından doğulmuş 01 iyul 2010-cu il təvəllüdlü X5 və 22 avqust 2012-ci il təvəllüdlü X3 ataları - İddiaçı yanında qalması müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-T 021070 saylı ”Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 01 iyul 2010-cu il təvəllüdlü X9 anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 932942 saylı ”Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 22 avqust 2012-ci il təvəllüdlü X6 anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 388799 saylı “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Quba rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı yoldaşı Cavabdeh ilə barışdığını qeyd edərək, 2(027)-2142/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.20121-ci il tarixli qərarında göründüyü kimi Quba Rayon Məhkəməsinin 2(027)-2142/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, məhkəmə qətnaməsi əsasında uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay cəmi 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflər barışdığı üçün alimentə dair icra sənədi üzrə icraata xitam verildikdən sonra tərəflər yenidən rəsmi nikaha daxil olmuş və qısa müddət sonra yenidən məhkəmənin qətnaməsi əsasında nikahları pozulmuşdur. Qeyd edildiyi kimi, alimentlə bağlı icra sənədininin icrasına xitam verildiyindən, iddiaçı uşaqlarının gündəlik tələbatının artmasını və cavabdehin müntəzəm işinin olmasını əsas götürərək, hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin aylıq müntəzəm əmək haqqı aldığı müəyyən edilmişdir. Lakin həmin məbləğin 1/3 hissəsi kimi tutulacaq aliment, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olduğundan, cavabdehdən tutulacaq aliment hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında olmaqla, həmçinin tutulacaq alimentə nisbətdə qalıq məbləğ sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, 01 iyul 2010-cu il təvəllüdlü X5 və 22 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 170 (yüz yetmiş) manat alimentə nisbətdə qalıq məbləğ sabit pul məbləğində olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində alimentin müəyyən edilməsini ağlabatan hesab edilir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşağın taminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Alimentin alınmasına dair Quba Rayon Məhkəməsinin 2(027)- 2142/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında icra sənədi üzrə icraata xitam verildiyindən və hazırki iddia ərizəsilə xx.xx.2023-cü ildə müraciət edildiyindən, aliment həmin tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı, alimentlə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 60 (altımış) manat 80 (səksən) qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, 01 iyul 2010-cu il təvəllüdlü X5 və 22 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən tutularaq hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 170 (yüz yetmiş) manat alimentə nisbətdə qalıq məbləğ sabit pul məbləğində olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 60 (altımış) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-406/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-406/2024
16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver