Məhkəmə qərarları › İş №2(027)-406/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-406/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-406/2025 31.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçılar və ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçılar və ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ərizə verərək, iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə verərək, qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçılar və ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 165 manat dövlət rüsumu və Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu mülki iş üzrə iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanıldığından dövlət büdcəsindən İddiaçı və Cavabdeh1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qarşılıqlı iddia üzrə iddiaçılar və ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 165 manat dövlət rüsumu mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanıldığından dövlət büdcəsindən İddiaçı qaytarılsın. Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanıldığından dövlət büdcəsindən Cavabdeh1 qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə QUBA Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar