Məhkəmə qərarları › İş №2(027)-410/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-410/2020

01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-410/2020 01.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyayt nişanlı avtomaşına vurduğu zərərin əvəzi olaraq 189 (yüz səksən doqquz) manat pulun, xxxx MMC-nin hesabına ödənilmiş 30 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla keçmiş qaynatasının yaşadığı Quba rayonu, Hacıqayıb kəndinə gedərək uşaqları ilə görüşmüşdür. Uşaqları Sədail və Həmidlə görüşüb onları avtomaşına mindirmək istəyərkən Cavabdeh onu təhqir edərək avtomaşının sağ qabaq qapısını əli ayağı ilə vurub əzmişdir. Nəticədə avtomobilinə 189 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh onun avtomobilinə vurduğu ziyanı ödəməmişdir. İddiaçı məhkəmə iclasında tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ –nin TQ –nun xx.xx.2019-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə, saat 14:30 radələrində Quba rayonu, Hacıqayıb kəndində yaşadığı evin qarşısında aralarında şəxsi mübahisələr zəminində yaranmış mübahisə zamanı yeznəsi İddiaçı nalayiq ifadələrlə təhqir edərək, ona məxsus “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısını bir neçə dəfə açıb zərblə bağlayaraq yumruqla vurub əzmiş, nəticədə ona 189 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh əməlində cinayət tərkibi deyil, İXM-nin 510-cu maddəsinin, yəni xırda quliqanlığın tərkibi vardır. Ona görə də, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti onun barəsində tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilmiş və İddiaçı isə avtomobilə dəymiş ziyan tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. İş materillarından görünür ki, “VAZ-2106” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçının sahibliyindədir. İş materillarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ziyan aktında görünür ki, “VAZ- 2106” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşına 189 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı “VAZ- 2106” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran Cavabdeh təqsirli olması Quba RPŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə və “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ziyan aktı ilə öz təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı “VAZ-2106” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Ona görə də, Cavabdeh 30 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edilənərə əsasən hesab edir ki, Cavabdeh İddiaçı sahibliyində olan “VAZ- 2106” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 189 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı sahibliyində olan “VAZ-2106” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 189 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən “VAZ-2106” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə görə ödənilmiş 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar