Məhkəmə qərarları › İş №2(027)-431/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-431/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-431/2021 02.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan qızının sədrliyi, Hacıyev Əmiraslan Arif qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» ASCnin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 233.81 manat əsas borc, 78.25 manat faiz borcu, 10.39 manat cərimə borcu olmaqla, cəmi 322.45 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdırki, Cavabdeh xx xxxxxx 2019cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” BOKT-dan illik 40 % olmaqla, 36 ay müddətinə kredit götürmüşdür. “FİNtrend” BOKT ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 484 nömrəli xx xxx 2018-ci il tarixli 004 nömrəli müqavilə ilə xx xxxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC- yə ötürülmüşdür. Bank üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borclu müqavilənin şərtlərini pozaraq, üzərinə düşən öhdəliyi lazımi qaydada terinə yetirməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə Cavabdeh kredit təşkilatına xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 233.81 manat əsas borcu, 78.25 manat faiz borcu, 10.39 manat cərimə borcu olmaqla, cəmi 322.45 manat məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh «xxxx» ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 233.81 manat əsas borc, 78.25 manat faiz borcu, 10.39 manat cərimə borcu olmaqla, cəmi 322.45 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 13-0***-******* saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 40% olmaqla,36 ay müddətinə 359 manat məbləğində kredit verilib. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxx» ASC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 13-0***-******* saylı kredit müqaviləsinə əsasən banka 233.81(iki yüz otuz üç) manat səksən bir qəpik əsas borcu, 78.25 (yetmiş səkkiz) manat iyirmi beş qəpik faiz borcu, 10.39 (on)manat otuz doqquz qəpik cərimə borcu olmaqla, cəmi 322.45 (üç yüz iyirmi iki) manat qırx beş qəpik məbləğində borcu yaranmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, «xxxx” KB ASC tərəfindən məhkəməyə ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan MAPS arayışından görünürki, Cavabdeh Quba rayonu Digah kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş “Maliyyə” arayışı ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, Cavabdehnın kredit müqaviləsi üzrə ödənilməmiş 233.81(iki yüz otuz üç) manat səksən bir qəpik əsas borcu, 78.25 (yetmiş səkkiz) manat iyirmi beş qəpik faiz borcu, 10.39 (on) manat otuz doqquz qəpik cərimə borcu, cəmi 322.45 (üç yüz iyirmi iki) manat qırx beş qəpik məbləğində borcu qalmışdır. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh 233.81(iki yüz otuz üç) manat səksən bir qəpik əsas borc, 78.25 (yetmiş səkkiz) manat iyirmi beş qəpik faiz borcu, 10.39 (on) manat otuz doqquz qəpik cərimə borcu, cəmi 322.45 (üç yüz iyirmi iki) manat qırx beş qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 20 (otuz) manat məbləğdə pul vəsaiti «xxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar