Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-437/2021 08.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı həmçinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin etibarnamə əsasında nümayəndəsi X1 və cavabdeh həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kredit borcu üzrə əldən çıxmış faydanın tələbinə dair; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı-nə qarşı ziyan və ipotekada olan əmlakın ipotekadan azad edilməsi tələbinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı kredit borcu üzrə əldən çıxmış faydanın tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1922 manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı-nə qarşı ziyan və ipotekada olan əmlakın ipotekadan azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşıqlı iddianın təmin edilməsi, xx.xx.2014-cü il tarixli 251/14/PBQ saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 251/14/PBQ saylı ipoteka (girov) müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsi yerləşən 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 59,0 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) yüklülükdən azad edilməsinə dair məktubun verilməsi, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş 20000 (iyirmi min manat) manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixli 251/14/PBQ saylı kredit müqaviləsi üzrə borcunun olmamasına dair arayışın və xx.xx.2014-cü il tarixli 251/14/PBQ saylı ipoteka (girov) müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsi yerləşən 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 59,0 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) yüklülükdən azad edilməsinə dair məktubun verilməsi, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş 20000 (iyirmi min manat) manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınaraq ona verilməsi barədə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçıbanBank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 251/14/PBQ saylı kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə, illik 26 faiz olmaqla 20000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq günündə həm kredit üzrə əsas borcu həm də kreditə görə hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq Banka maddi ziyan vurmuşdur. Kredit müqaviləsinə əsasən borclu müqaviləs üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə borcun və ona hesablanmış faizlərin tam şəkildə tələb edilməsi hüququ yaranır. Bununla əlaqədar Bank tərəfindən Quba Rayon Məhkəməsini xx.xx.2016-cı il tarixli, 2(027)-2143/2016 saylı qətnaməsilə borcludan ümumilikdə xx.xx.2014-cü il tarixli, 251/14/PBQ saylı kredit müqaviləsi üzrə 13589,28 manat əsas, 3662,47 manat faiz, 200 manat dəbbə pulu, 500 manat hüquqi yardıma görə xərc olmaqla cəmi 17951,75 manat məbləğində borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin qətnaməsindən verilən apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılaraq qətnamə qismən dəyişdirilmişdir. Göründüyü kimi Quba Rayon Məhkəməsi İddiaçı-nin ilkin iddia üzrə tələb etdiyi əsas, faiz və dəbbə pulunu təmin etsə də borclu tərəfindən hazırkı günə kimi məhkəmə qətnaməsi icra edilməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə cəmi 5048 manat borcu mövcuddur. Cavabdehin məhkəmə qətnaməsi icra edilməməsi nəticəsində ASC-yə maddi zərər dəymişdir. Belə ki, 2016-cı il tarixli cavabdehin özündə saxladığı vəsaitlər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli olduğu vəsaitləri ödəmədiyi üçün ASC həmin vəsaitləri təkrar dövriyyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda həmin kreditə görə ödəniləcək faizlərinə hesabladıqda bu məbləğ iki qat artır. Lakin cavabdehin hərəkətsizliyi nəticəsində ASC bu gəlirlərdən məhrum olmuşdur. ASC olraq həmin vəsaitin təkrar kreditləşməyə yönəldilcəyi halda əldə edəcəyimiz gəlirlər əldən çıxmış və bizə zərər vurulmuşdur. Odur ki, xx.xx.2016-cı il tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq 1922 manat məbləğində pulun cavabdehdən vurulmuş zərərin əvəzinə olaraq tutulması zərurəti yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçıbank ASC ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan vurulmuş zərərin əvəzi olaraq 1922 manat pulun tutularaq İddiaçı-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, ilkin iddia tələbi əsassız olduğundan iddia tələbini qəbul etmir. O, “İddiaçıbank” ASC-nin Quba filialından xx xxx 2014-cü il tarixli, 251/12/PBQ saylı müqaviləsinə əsasən illik 26 % olmaqla, 36 ay müddətinə evin təmiri məqsədilə 20000 (iyirmi min) manat məbləğində kredit almışdır. Həmin borcun təminatı kimi Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan bir mərtəbəli yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin borcu aldıqdan sonra ödənişləri etmişdir. Lakin bir müddət sonra maddi imkanı zəif olduğu üçün borcu ödəyə bilməmişdir. Borcun ödənilməməsi səbəbilə “İddiaçıbank” ASC onu məhkəməyə vermişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2016cı il tarixli 2(027)-2143/2016 saylı qətnaməsi ilə “İddiaçıbank” ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh xx xxx 2014-cü il tarixli, 251/14/PBQ saylı kredit müqaviləsi üzrə yaranmış 13589,28 manat kredit borcu, 3662,47 manat faiz borcu, 200 manat cərimə borcu, 500 manat hüquqi yardım xərci olmaqla cəmi 17951,75 manat məbləğində pulun və 22 manat dövlət rüsumun alınaraq “İddiaçıbank” ASC-nin xeyrinə ödənilməsi tələbin ipoteka predmeti olan Cavabdeh ilə “İddiaçıbank” açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 251/14/PBQ saylı ipoteka müqaviləsinə əsasən yüklü edilən Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəmdə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahəsən ibarət olan bir mərtəbəli yaşayış binasına yönəldilməsi, həmin əmlakın hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsaitin Cavabdeh “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətinə olan borcunun hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğin cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahəsən ibarət olan bir mərtəbəli yaşayış binasının ilkin satış qiymətinin 20000 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan bir mərtəbəli yaşayış binasının satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Bundan sonra maddi vəziyyəti qismən düzəldiyi üçün borcundan hissə-hissə ödənişlər etməyə başlamışdır. Lakin Quba Rayon Məhkəməsinin iş üzrə çıxarılmış xx xxxx 2016-cı il tarixli 2(027)-2143/2016 saylı qətnaməsi ilə də razı olmadığı üçün, əsas və faiz borcu, hüquqi yardım haqqı çox yazıldığı üçün apelyasiya şikayəti vermişdir. Həmin iş üzrə apelyasiya şikayəti verdikdən sonra iş Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olduğu dövrdə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx xxxxxx 2018-ci il tarixli, 15525 saylı rəyə əsasən Cavabdeh tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları və xx xxx 2014-cü il tarixli 251/12/PBQ saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq onun xx xxxxxx 2016-cı il tarixə kredit təşkilatına olan borcu 14048,07 manat məbləğində müəyyən edilmiş, həmin borc üzrə 13262,63 manat, faiz borcu üzrə 785,44 manat müəyyən edilmişdir. Həmçinin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 9000 manat ödənişlər etmiş və bu ödənişlər iddiaçı təşkilat tərəfindən kredit üzrə faiz borcunun silinməsinə yönəldilmişdir. Halbuki birinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh 3662,47 manat faiz borcu tutulmuşdur. Göründüyü kimi, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğdən də artıq Cavabdeh faiz borcu tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş əsas və faiz borcuna aid hissədə dəyişiklik edilməli, Cavabdeh xx xxxxxx 2016-ci il tarixdə İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə olan əsas borc 13262,63 manat, faiz borcu 785,4 manat, cəmi 14048,07 manat müəyyən edilmiş, həmin məbləğdən Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək edilmiş 9000 manat ödənişlər çıxıldıqdan sonra İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə 5048,07 manat əsas borc tutulması məqsədə uyğun hesab edilmişdir. Beləliklə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 61/2019 nömrəli qətnaməsi apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(027)-2143/2016 saylı qətnaməsinə apelyasiya şikayəti üzrə qismən, əsas və faiz borclarına, ipoteka predmetinin ilkin satış qiymətinə və hüquqi yardım xərcinə aid hissədə dəyişiklik edilməsi, Cavabdeh İddiaçı bank olamayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə 5048,07 manat əsas borc və hüquqi yardıma görə 200 manat tutulması, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Tofiq Əhmədov küçəsində istifadədə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 50,1 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiyməti 55000 manat müəyyən edilmiş, qətnamə Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Tofiq Əhmədov küçəsində istifadədə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 50,1 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına dair hissədə ləğv edilməsi və həmin hissədə təmin edilməməsi, qalan hissələrdə qətnamə Cavabdeh apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat mən Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE**********002088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyənin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh tutularaq “Dominant konsaltinq” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN**********, Cari hesab AZN:AZ53PAHA********************, Bank “xxxx” ASC-də olan hesaba köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-61/2019 nömrəli qətnaməsində göstərilən xx xxxx 2018-ci il tarixdən sonra banka hər ay 500 manat məbləğində pul ödəmişdir. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-61/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra mən İddiaçı-nin Quba filialına getmiş və yerdə qalan 2071 manat məbləğində pulu ödəmişdir, qətnamədə göstərilmiş 145 manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və Dominant Konsaltinq MMC-nin hesabına 300 manat məbləğində pul ödəmişdir. Ödəniş qəbzlərini Quba rayon İcra və probasiya şöbəsinə təqdim etmişdir və İddiaçı-nin Quba filialı da onun Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 61/2019 nömrəli qətnaməsi üzrə borcu ödəməyini nəzərə alaraq icra sənədinin icraatına “İcra haqqında” Qanun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən iş üzrə tələbkar “İddiaçıbank” ASC-nin xx.xx.2019cu il tarixli məktubu ilə Quba rayon icra və probasiya şöbəsinə müraciət edərək icra sənədi üzrə tələbin təmin olunduğunu və həmin icra sənədinin icraatına xitam verilməsini xahiş etdiyi üçün Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(105)-61/19 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-61/2019 nömrəli qətnaməsində də göründüyü kimi onun İddiaçı-nə xx xxxxxx 2016-cı il tarixə 14048,07 manat borcunun olması, həmin borcdan xx.xx.2018-ci il tarixə kimi ödənilmiş 9000 manat məbləğində pulun çıxılması, onun banka 5048,07 manat borcumun qalması müəyyən edilmişdir. İddia ərizəsinə əlavə etdiyi qəbzlərdən də görünür ki, xx.xx.2018-ci il tarixdən sonra banka 5571 manat məbləğində pul ödəmişdir. Onun isə banka 5048 manat borcu və 200 manat hüquqi yardım xərci borcu var idi. Göründüyü kimi banka 323 manat artıq pul ödəmişdir. Bundan başqa məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş 145 manat və 300 manat ekspertiza xərclərini ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı həmçinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin etibarnamə əsasında nümayəndəsi X4 ilkin iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi X8 ilkin iddia tələbini qəbul etməyək, qarşılı iddia tələbini müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, İddiaçı tərəfindən verilmiş iddia tələbi əsassızdır, iddiaçının tələb etdiyi 1922 manat pulun heç bir hüquqi əsası yoxdur, iddiaçı 1922 manat pulun hansı borca görə tələb etməsini əsaslandırmamışdır. Cavabdeh iddaiçı İddiaçı-nə olan borcunu ödəmiş, bundan sonra borcunu ödəməsi barədə qəbzləri banka təqdim etmiş, İddiaçı-nin Quba filialının müdiri Bəhmən Qəhrəmanovun xx xxxxxxx 2019-cu il tarixli Quba rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubu əsasən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan sonra Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən Sumqayıt Aeplyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(105)-61/19 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı dəfərlə banka müraciət edilərək ipotekanın predmetinin girovdan çıxarılması barədə notarisa məktubun verilməsini xahiş etmişdir. Hər dəfə müxtəlif bəhanələrlə məktubu verməkdən imtina etmişlər. Bundan sonra Azərbaycan Respublikası Prezidentinə, Mərkəzi Banka və digər orqanlara müraciətlər edilmiş, edilmiş müraciətlərin nəticəsində araşdırma aparılacağı bildirilsə də İddiaçı-nin Cavabdeh qarşı qərəzi nəticəsində araşdırmanın heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələninin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd olunmalı, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçıbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 251/14/PBQ saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 26 % olmaqla, 36 ay müddətinə evin təmiri məqsədilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçıbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 251/14/PBQ saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçıbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 251/14/PBQ saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəmdə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış binası ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(105)-61/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2016-cı il trarixli 2(027)- 2143/2016 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti üzrə qismən, əsas və faiz borclarına, ipoteka predmetinin ilkin satış qiymətinə və hüquqi yardım xərcinə aid hissələrdə dəyişiklik edilmiş, Cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə 5048,07 manat əsas borc və hüquqi yardıma görə 200 manat tutulması, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Tofiq Əhmədov küçəsində istifadədə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 59,1 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiyməti 55000 manat müəyyən edilmiş, qətnamə Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Tofiq Əhmədov küçəsində istifadədə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 59,1 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeydi-yaşayış binası satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına dair hissədə ləğv edilməsi və həmin hissədə təmin edilməməsi, qalan hissələrdə qətnamə Cavabdeh apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan İddiaçı-nin Quba filialının Quba rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli məktubunda Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(105)-61/2019 saylı mülki iş üzrə Cavabdeh barəsində verilmiş icra sənədinin icraatına xitam “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən borc tam olaraq ödənildiyi üçün İcra Haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(105)-61/19 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankına və müxtəlif dövlət orqanlarına ünvanlanmış çoxsaylı müraciətlərdən görünür ki, Cavabdeh Nəvəf oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-61/2019 nömrəli qətnaməsi ilə borcunu ödədiyi üçün ipotekaya qoyduğu Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan qeyri yaşayış binasının (mağaza) ipotekadan azad edilməsi barədə məktub verilməsi üçün İddiaçı-nə müraciət etmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı kredit borcu üzrə Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1922 manat pulun tutularaq ödənilməsini xahiş etsə də, 1922 manat pulun necə hesablandığı, hansı əsasla 1922 manat tutulmalı olduğu iddiaçı tərəfindən sübut edilməmişdir. Həmçinin Cavabdeh “İddiaçıbank” ASC-nin Quba filialından xx xxx 2014-cü il tarixli, 251/12/PBQ saylı müqaviləsinə əsasən illik 26 % olmaqla, 36 ay müddətinə evinin təmiri məqsədilə 20000 (iyirmi min) manat məbləğində kredit almış, həmin borcun təminatı kimi Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan qeyri yaşayış binası (mağaza) ipoteka müqaviləsi ilə yüklü edilmiş, Cavabdeh “İddiaçıbank” ASC-nə olan borcunu müqavilədə nəzərdə tutulmuş qaydada ödəyə bilmədiyi üçün “İddiaçıbank” ASC Cavabdeh qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsilə Quba Rayon Məhkəməsinə müraciət etmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(027)-2143/2016 saylı qətnaməsi ilə “İddiaçıbank” ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh xx xxx 2014-cü il tarixli, 251/14/PBQ saylı kredit müqaviləsi üzrə yaranmış 13589,28 manat kredit borcu, 3662,47 manat faiz borcu, 200 manat cərimə borcu, 500 manat hüquqi yardım xərci olmaqla cəmi 17951,75 manat məbləğində pulun və 22 manat dövlət rüsumun alınaraq “İddiaçıbank” ASC-nin xeyrinə ödənilməsi tələbin ipoteka predmeti olan Cavabdeh ilə “İddiaçıbank” açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 251/14/PBQ saylı ipoteka müqaviləsinə əsasən yüklü edilən Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan bir mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakın hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsaitin Cavabdeh “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətinə olan borcunun hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğin cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahəsən ibarət olan bir mərtəbəli qeyri yaşayış binasının ilkin satış qiymətinin 20000 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəmdə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan bir mərtəbəli qeyri yaşayış binasının satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-61/2019 nömrəli qətnaməsi apelyasiya şikayətim qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(027)-2143/2016 saylı qətnaməsinə apelyasiya şikayəti üzrə qismən, əsas və faiz borclarına, ipoteka predmetinin ilkin satış qiymətinə və hüquqi yardım xərcinə aid hissədə dəyişiklik edilməsi, Cavabdeh İddiaçı bank olamayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə 5048,07 manat əsas borc və hüquqi yardıma görə 200 manat tutulması, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Tofiq Əhmədov küçəsində istifadədə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 50,1 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiyməti 55000 manat müəyyən edilmiş, qətnamə Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Tofiq Əhmədov küçəsində istifadədə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 50,1 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına dair hissədə ləğv edilməsi və həmin hissədə təmin edilməməsi, qalan hissələrdə qətnamə Cavabdeh apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat mən Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE**********002088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyənin kodu olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh tutularaq “Dominant konsaltinq” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN**********, Cari hesab AZN:AZ53PAHA********************, Bank “xxxx” ASC-də olan hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra Sumqayıt Apelyasiya Məhkəməsi tərəfidən verilmiş icra vərəqəsinə əsasən icra edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya şöbəsində icra işi üzrə icraat zamanı İddiaçı-nin Quba filialının məktubuna əsasən Cavabdeh barəsində verilmiş icra sənədinin icratına xitam verilməsi xahiş edilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarına əasən Cavabdeh tərəfindən borc tam olaraq ödənildiyi üçün İcra Haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(105)-61/19 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmış, bundan sonra iddiaçı Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-61/2019 nömrəli qətnaməsi ilə borcunu ödədiyi üçün ipotekaya qoyduğu Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan qeyri yaşayış binasının (mağaza) ipotekadan azad edilməsi barədə məktub verilməsi üçün İddiaçı-nə müraciət etmiş, bank tərəfindən heç bir əsas olmadan ipoteka predmetinin yüklülükdən azad edilməsinə dair məktubun verilməsindən yayınmışdır. Bundan başqa Cavabdeh İddiaçı-nin hərəkətləri nəticəsində ona 20000 (iyirmi min manat) manat məbləğində mənəvi ziyanın dəydiyini bildirsə də, həmin ziyanın dəyməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən isə, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunun 6.1.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlərə ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası)1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən İddiaçı tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixli 251/14/PBQ saylı kredit müqaviləsi üzrə borcunun olmamasına dair arayışın və xx.xx.2014-cü il tarixli 251/14/PBQ saylı ipoteka (girov) müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsi yerləşən 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 59,0 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının (mağaza) yüklülükdən azad edilməsinə dair məktubun verilməsi hissəsində təmin edilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən İddiaçı tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixli 251/14/PBQ saylı kredit müqaviləsi üzrə borcunun olmamasına dair arayışın və xx.xx.2014-cü il tarixli 251/14/PBQ saylı ipoteka (girov) müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsi yerləşən 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 59,0 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) yüklülükdən azad edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-437/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-437/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver