Məhkəmə qərarları › İş №2(027)-444/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-444/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-444/2022 08.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 07.03.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********53601 olan X1 9 markalı telefon üçün 520,8 (beş yüz iyirmi manat səksən qəpik) manat ödənilməmiş hissə, 52,2 (əlli iki manat iyirmi qəpik) manat cərimə, 09.03.2021-ci il tarixli müqavilə üzrə Aspirator Gorenje üçün 648 (altı yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat cərimə borcu olmaqla, cəmi 1285 (bir min iki yüz səksən beş) manat məbləğində pulun və 32,85 (otuz iki manat səksən beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 07.03.2021-ci il müqaviləyə əsasən, İMEİ kodu **********53601 olan X1 9 markalı telefon, 09.03.2021-ci il tarixli müqaviləyə əsasən Aspirator Gorenje almış və nəticədə 1285 (bir min iki yüz səksən beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 535,8 (beş yüz otuz beş manat səksən qəpik) manat, İMEİ kod **********53601 olan X1 9 markalı telefon üçün ümumilikdə 573 (beş yüz yetmiş üç) manat olmaqla, ondan 520,8 (beş yüz iyirmi manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52,2 (əlli iki manat iyirmi qəpik) manat cərimə; 09.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat olan Aspirator Gorenje üçün ümumilikdə 712 (yeddi yüz on iki) manat olmaqla ondan 648 (altı yüz qırx səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64 (altmış dörd) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 51 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********21972 olan X1 9 markalı telefon, 09.03.2021-ci il tarixli müqaviləyə əsasən Aspirator Gorenje almış və nəticədə 1285 (bir min iki yüz səksən beş) manat borc yaranmışdır. Cavabdeh 07.03.2021-ci il tarixli müqavilə üzrə 520,8 (beş yüz iyirmi manat səksən qəpik) manat ödənilməmiş hissə, 52,2 (əlli iki manat iyirmi qəpik) manat cərimə, 09.03.2021-ci il tarixli müqavilə üzrə 648 (altı yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat cərimə borcu olmaqla, cəmi 1285 (bir min iki yüz səksən beş) borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi 29 noyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 07.03.2021-ci il və 09.03.2021-ci il tarixdə bağlanmış müqavilələr üzrə ödənilməmiş 1285 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2021-ci il tarixli və 09.03.2021-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh İMEİ kodu **********53601 olan X1 9 markalı telefon və Aspirator Gorenje almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********53601 olan X1 9 markalı telefonu və Aspirator Gorenje tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş 18.10.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilələr üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Ərizəyə əlavə olunmuş 30.11.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 32,85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı "xxxx" MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 07.03.2021-ci il tarixli müqavilə üzrə 520,8 manat, 09.03.2021-ci il tarixli müqavilə üzrə 648 məbləğində ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 07.03.2021-ci il tarixli müqavilə üzrə 5 manat, 09.03.2021-ci il tarixli müqavilə üzrə 6 manat məbləğində müəyyən edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 32,85 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 07.03.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********53601 olan X1 9 markalı telefon üçün 520,8 (beş yüz iyirmi manat səksən qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 09.03.2021-ci il tarixli müqavilə üzrə Aspirator Gorenje üçün 648 (altı yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə borcu olmaqla, cəmi 1179,8 (bir min bir yüz yetmiş doqquz manat səksən qəpik) manat məbləğində pul və 32,85 (otuz iki manat səksən beş qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar