Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-456/2023 09.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X21 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mirası qəbul etmə müddətinin bərpa edilməsinə dair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quba regionla Cavabdehtariat Ofisinə qarşı “mirası qəbul etmə müddətinin bərpa edilməsinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi Seyid X13 atası Hacı X14 məxsus olmuş hazırda Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən 2 saylı musiqi məktəbinin yerləşdiyi xüsusi mülkiyyət olan yaşayış evinə dair mirasın qəbul etmə müddətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşamış, sonradan ailə həyatı quraraq Bakı şəhərinə köçmüş və hal-hazırda da orada yaşayır. Atası İsmayılov X1 anası Seyid X13 atası Hacı X14 hal-hazırda Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən 2 saylı musiqi məktəbi xüsusi mülkiyyət əsasında məxsus olmuşdur. Atası Əliheydərin babası və yaşayış evinin mülkiyyətçisi Hacı X19 xx.xx.1927-ci il tarixdə vəfat etmişdir. 23 sentyabr 1932-ci il tarixdə atası Əliheydərin babası Hacı X14 məxsus olan yaşayış evi Quba rayon icraiyyə Komitəsinin qərarı ilə Dövlət nəfinə keçirilmişdir. X17 öz anası Seyid X20 və ailəsi ilə Quba şəhəri Bakıxanov küçəsi 6 saylı evdə yaşamışlar. X23 27 may 2022-ci il tarixli arxiv arayışına əsasən X23 Bakı şəhər vergi idarəsi fondunun Bakı quberniyası Quba qəzası üzrə 1917-ci ilə dair dövlət gəlir vergisi ödəyən ödəyicilərin siyahısından məlum olur ki, Quba şəhər sakini X33 Hüseynov Quba şəhərində yerləşən daşınmaz əmlaka görə illik 22 rubl 50 qəpik dəyərində rüsum ödəmişdir. X23 21 iyun 2022-ci il tarixli arxiv arayışına əsasən X28 üzrə Quba şəhər məscidinin sənədlərində X7 23 avqust 1912-ci il tarixdə doğulması, atası X6, anası Seyid X20 olması qeyd olunmuşdur. X23 27 iyul 2022-ci il tarixli arxiv arayışına əsasən X23 sənədləri üzrə Quba şəhərinin 1886-cı ilə dair kameral siyahısında X19 30 yaş qeyd olunmuşdur. X4 20 iyun 1981-ci il tarixdə, nənəsi X15 13 dekabr 1955-ci ildə vəfat etmişlər. X30 Xidmət Mərkəzində Notariat ofisinin 19 sentyabr 2022- ci il tarixli 2425 saylı məktubuna əsasən, xx.xx.1927-ci il tarixdə vəfat etmiş Hacı X10 qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətinə baxaraq, mirasın qəbulu müddəti ötdüyündən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək, bildirdi ki, nənəsi atasından miras qalmış əmlakı qəbul etməmiş, babasından miras qalmış əmlakla bağlı müraciət edib etməməsini bilmir. İddiaçın ötürülmüş müddətin bərpası ilə bağlı müraciət etmişdir. Müddətin hansı səbəbdən ötürülməsini bilməmişdir. İş üzrə Cavabdeh nümayəndəsi məhkəməyə ərizə tədqim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan X23 27 may 2022-ci il tarixli arxiv arayışından görünür ki, X23 Bakı şəhər vergi idarəsi fondunun Bakı quberniyası Quba qəzası üzrə 1917-ci ilə dair dövlət gəlir vergisi ödəyən ödəyicilərin siyahısından məlum olur ki, Quba şəhər sakini X33 Hüseynov Quba şəhərində yerləşən daşınmaz əmlaka görə illik 22 rubl 50 qəpik mdəyərində rüsum ödəmişdir. İş materiallarında olan X23 21 iyun 2022-ci il tarixli arxiv arayışından görünür ki, X28 üzrə Quba şəhər məscidinin sənədlərində X7 23 avqust 1912-ci il tarixdə doğulması, atası X6, anası Seyid X20 olması qeyd olunmuşdur. İş materiallarında olan X23 27 iyul 2022-ci il tarixli arxiv arayışından görünür ki, X23 sənədləri üzrə Quba şəhərinin 1886-cı ilə dair kameral siyahısında X19 30 yaş qeyd olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinin tələbinə görə, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1137-ci maddəsində göstərilir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törədən və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras payının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsilə açılır. Həmin Məcəllənin 1159.1-maddədinə əsasən-Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1243.3-cü maddəsinin tələbinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başlandıqdan hesab edilir ki, mirasın nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. İddia ərizəsindən görünür ki, miras əmlak iddiaçının atasının babasına məxsus olmuş, sonradan dövlət nəfinə keçmişdir. İddiaçı qeyd edilən əmlakla bağlı vərəsə olduğunu iddia edərək, onun vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı şəxsin vərəsə olaraq tanınması üçün heç bir əsas müəyyən edilməmişdir. Belə ki, onun qeyd etdiyi şəxslərin, yəni atasının babasının qohumları ilə bağlı, onların yaşayıb-yaşamaması ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. Həmçinin sözügedən mülkün iddiaçının atasının babasına məxsuslugunu təsdiq edən sübutlar məhkəməyə təqdim elilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı bununla bağlı, yəni müvafiq mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürmə səbəblərini əsaslandırmamış, iddia ərizəsini müvafiq arxiv idarəsindən yığılmış sənədlərin məzmununu izah etməklə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallan sübut edə bilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və yuxarıda göstərilən əsaslara görə hesab edir ki, İddiaçı cavabdeh Quba regionla Cavabdehtariat Ofisinə qarşı “mirası qəbul etmə müddətinin bərpa edilməsinə dair” tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Quba regionla Cavabdehtariat Ofisinə qarşı “mirası qəbul etmə müddətinin bərpa edilməsinə dair” tələbinə dair rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-456/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-456/2023
09.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver