Məhkəmə qərarları › İş №2(027)-46/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-46/2020

07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-46/2020 07.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X34 katibliyi, İddiaçı-nin nümayəndəsi X17 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh, Zamin2, X11 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə Quba rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «İddiaçı »QSC ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh, Zamin2, X7 müştərək qaydada 011R********** saylı kredit razılaşması üzrə 14870,64 manat məbləğində kredit borcu 4165,54 manat məbləğində faiz borcu və 5374 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24410,18 qəpik manat borcun və ödənilmiş 30 manat məhkəmə rüsumunu İddiaçı xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli 11L000000838 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100 000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdı. Bu müqaviləyə əsasən cavabdehə verilən məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyən olunur. Cavabdeh idiaçı ilə bağladığı xx.xx.2011-ci il tarixli 011R**********saylı kredit razılaşması əsasında 30 ay müddətinə aylığ faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaqla, 23500 (iyirmi üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh razılaşmanın 1.2 bəndinin tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, ödəməli olduğu vəsaiti xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. O, kredit razılaşması üzrə götürdüyü kredit borcundan götürdüyü məbləğdən 8629.36 manat ödəmiş, 14870.64 manat məbləğində əsas kredit borcu qalmışdır. Cavabdeh borcunu kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 391 gün üçün hesablanmış faiz borcu 4165.54 manat təşkil edir. Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə Zamin2 və X15 zaminlik müqavilələrinə əsasən bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər. Beləki, həmin şəxslər zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı-nin nümayəndəsi X25 iddia ərizəsinə uyğun izahat verərək, zaminlərdən X9 vəfat etdiyi və evinin mərhum həyat yoldaşının adına qeydiyyata alındığını, mirasın həyat yoldaşı tərəfindən qəbul edildiyini, bildiərərk iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmişlər və iclasa gəlməməylərinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11L000000838 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 23500 (iyirmi üç min beş yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı ilə digər cavabdehlər arasında bağlanmış zaminlik müqaviləsinə görə zaminlər Zamin2, X15 və iddiaçının qarşısında kredit müqaviləsi üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan 11L000000838 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100 000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdı. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylığ faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaqla Cavabdeh 23500 (iyirmi üç min beş yüz) manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ilə X23 arasında 11S000001322 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ilə X15 arasında 11S000003072 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı-nin təqdim etdiyi maliyyə arayışından görünürki Cavabdeh xx.xx.2020-ci il tarixə banka olan borcu əsas məbləğ üzrə 14867,06 manat, faiz borcu üzrə 0, cərimə borcu 0, cəmi 14867,06 manat məbləğində, cərimə hesablanmış gecikdirilən günlərin sayı 1633 gün təşkil edir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Zamin1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2016cı il tarixli 239 saylı arayışına əsasən mərhum X15 SMU-30-da yaşamış, xx.xx.2016-cı il tarixdə vəfat etmiş, aşağıdakı vərəsələri, 1966-cı il təvəllüdlü həyat yoldaşı X24, 1988-ci il təvəllüdlü X18, 1990-cı il təvəllüdlü X19,1992-ci il təvəllüdlü X20, 1994-cü il təvəllüdlü X22 qalmışdır. İş materiallarında olan Quba SMU-30 ünvanında qeydiyyatda olan X4 rayon notariusuna ərizə verərək, xx.xx.2016-cıil tarixdə vəfat etmiş atası X7 qalmış miras əmlakdan ona çatan payı qəbul etmədiyi və etmək fikrində olmadığı, həmçinin müddətin uzadılması iddiası ilə bağlı məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan Quba SMU-30 ünvanında qeydiyyatda olan X5 rayon notariusuna ərizə verərək, xx.xx.2016-cıil tarixdə vəfat etmiş atası X7 qalmış miras əmlakdan ona çatan payı qəbul etmədiyi və etmək fikrində olmadığı, həmçinin müddətin uzadılması iddiası ilə bağlı məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan Quba SMU-30 ünvanında qeydiyyatda olan X6 rayon notariusuna ərizə verərək, xx.xx.2016-cıil tarixdə vəfat etmiş atası X7 qalmış miras əmlakdan ona çatan payı qəbul etmədiyi və etmək fikrində olmadığı, həmçinin müddətin uzadılması iddiası ilə bağlı məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan Quba SMU-30 ünvanında qeydiyyatda olan X8 rayon notariusuna ərizə verərək, xx.xx.2016-cıil tarixdə vəfat etmiş atası X7 qalmış miras əmlakdan ona çatan payı qəbul etmədiyi və etmək fikrində olmadığı, həmçinin müddətin uzadılması iddiası ilə bağlı məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan Quba rayonu Xüsusi Notariusu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli X40 X16 əsasən Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X18 nun vərəsəsi X10 SMU-30 (AZE15457451,xx/xx/2016-QUBA RPŞ və ŞV bölməsi) və o miras-əmlakdan 1/1 hissədə pay almalıdır. İş materiallarında olan Quba şəhəri texniki inventarlaşma bürosu tərəfindən xx.xx.1997-ci il tarixli 1161 nömrəli qeydiyyat vəsiqəsindən məlum olurki, SMU-30-da 1 mərtəbəli, 3 otaqlı, yaşayış evi, ümumi sahəsi 102.1 kv.m, o cümlədən yaşayış 56.6 kv.m, Quba .əhər XDS-nin İK-nin xx.xx.1987-ci il tarixli 54 nömrəli qərarı əsasında X9 adına qeydə alınmışdı. İş materiallarında olan Azərbaycan Respublikası “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 4018A, kod 30301004 saylı Şəhadətnamədən görünürki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün 0.04 ha torpaq sahəsi X9 mülkiyyətinə verilib, təsərrüfatına həyat yoldaşı X24, övladları, X18, X19, X20, X22 aiddir. İş materiallarında olan DƏDRX 5 saylı ərazi idarəsinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onlarin məhdulaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən X13 verilən arayışa əsasən Quba şəhəri ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba rayon Xüsusi Notariusu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli X40 X14 görünürki, Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2016-cı ildə vəfat etmiş X1 qalmış arvadı X10 SMU-30 (AZE15457451, xx/xx/2016-Quba RPŞ) birgə əmlakın 1/1 hissədə pay almalıdır. İş üzrə cavabdehlər isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Həmin Məcəllənin 1306.1- ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyət daşıyırlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtləki, əldə edilən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcları yaranmışdır. İş materiallarında olan, xx.xx.2016-cı il tarixli X40 X2 görünürki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X12 vərəsəsi həyat yoldaşı X21r. Belə olduğu halda kreditorun qarşısında öhdəliyin icrası onun üzərinə düşür. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək, hesab edir ki, cavabdehlər Cavabdeh, Zamin2, X3 müqavilələri üzrə üzərlərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiklərindən 011R********** saylı kredit razılaşması əsasında yaranmış 14867,06 manat məbləğində kredit borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «İddiaçı » QSC ilə cavabdehlər Cavabdeh, Zamin2, X24 arsında bağlanmış 011R********** saylı kredit razılaşması əsasında yaranmış 14867,06 (on dörd min səkkiz yüz altımış yeddi manat altl qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar