Məhkəmə qərarları › İş №2(027)-460/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-460/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-460/2021 15.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ pul ” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı, bir yerdə bir zavodda işlədiyi, xoş münasibətdə olduğu ünvan 1 ünvanında (Kultbazanın yataqxanası,) yaşamış Cavabdeh adlı şəxs 2017-ci ilin sonlarında ailə vəziyyətinin ağır olduğunu (xəstələri olduğunu),təcili ona borca pul tapmağı xahiş edib. Söz verib ki, imkan düşən kimi borcun qaytaracaqdır. Xoş münasibətdə olduğumuzu,çətin vəziyyətə düşdüyünü nəzərə alaraq mən 1600 manat pul tapıb ona verdim. Cavabdeh dərin minnatdırlığını bildirərək ona verdiyi pulu tezliklə qayutaracağına söz verib. Cavabdeh ondan götürdüyü pulun 600 manatını 2018-2019-cu ilin ortalarına qədər hissə-hissə qaytarıb. Ondan sonra pulun qalan hissəsini istəyəndə hər dəfə bildirib ki, ailə vəziyyəti tam düzəlməyib, bir az da gözlə, pulun qalan hissəsini də qaytaracaqdır. Beləliklə, 2019-cu il mart ayının ortalarına qalan borc 1000 ( bir min) manat təşkil edib. Mart ayında növbəti dəfə Pərvindən pul istəyərkən yenə də pulun qaytarılmasından imtina etməyib. Lakin, maddi vəziyyətinin ağır olduğunu bildirərək, hər ay 200 (iki yüz) manat qaytaracağına söz verib. Yenə də razılaşıb, Əvəzində, o bu barədə ona yazılı qəbz verib. Lakin, qəbz verdikdən bir müddət sonra Cavabdeh işə gəlməyib, nə də ki,ödəniş etməyib. Bir neçə ay sonra onu axtarıb tapıb. Söhbət zamanı Pərvin bildirib ki, gəlirli işə düzəlib. Özünü düzəltsin və tezliklə ona olan borcundan ödənişlərə başlayacaqdır. İddiaçı yenə razılaşıb. Lakin,cavabdeh sonrakı dövrlərdə də heç bir ödəniş etməyib. Ödəniş etməməyini yenə də maddi vəziyyətinin ağır olması ilə izah edib. Odur ki, Cavabdeh əvvəlcə şifahi, daha sonra üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət edib və ona verdiyi borcdan qalmış 1000 (bir min) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş sənədlərini hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin sənədlərində olan yazılı qəbzin surətindən məlum olur ki, Cavabdeh qalan pulu hissə- hissə, yəni hər ay 200 manat ödəniş edəcək. İşdə olan MAPS arayışından məlum olur ki, Cavabdeh Quba rayonu Vladimirovka kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vasitədən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin məcəllənin 739.1-ci maddəsinə görəb borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1000 (bir min) manat pul alınaraq, İddiaçı verilməsi barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar